Cümə axşamı, 2024-04-25, 1:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
2013-03-16, 6:41 AM
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Beş dəstə insan beş əmələ görə cəhənnəmə gedər; padşah zülmünə görə, çöl-biyaban camaatı təəssübünə görə, kənd sahibləri yalanlarına görə, tacirlər xəyanətlərinə görə, kəndlilər nadanlıqlarına görə və mütəfəkkirlər paxıllıqlarına görə.
◘Hər bir müsəlmanın digər müsəlman boynunda altı haqqı var; görüşən zaman salam vermək, dəvətini qəbul etmək, ona qarşı xeyirxah olmaq, ona nəsihət etmək, asqıran zaman ona "yərhəməkumullah” demək, xəstə olan zaman onu yoluxmaq, öləndən sonra dəfn mərasimində iştirak etmək.
◘Altı şey altı yerdə qəribdir; məscid namaz qılmayanlar arasında, Quran onu oxumayanların evində, Quran fasiqin qəlbində, müsəlman qadın dinsiz, zülümkar və bədxasiyyət ərin evində, müsəlman kişi əxlaqsız və alçaq qadının evində və alim sözünə qulaq asmayanların arasında.
◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: "Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə həm Allah, həm də bəndələri məni sevsin, var-dövlətim çox, bədənim sağlam, ömrüm uzun olsun və Qiyamət günü də səninlə məhşur olum.” Peyğəmbər (s) buyurdu: "Sənin bu istədiklərin altı şeyə bağlıdır. Ona görə də gərək həmin altı şeyə riayət edəsən. Allahın səni sevməyini istəyirsənsə Ondan qorx və təqvalı ol. Camaatın səni sevməsini istəyirsənsə onların malına tamah salma. Əgər istəyirsənsə var-dövlətin çox olsun çoxlu sədəqə ver. Bədəninin sağlam olmağını istəyirsənsə çoxlu oruc tut. Əgər uzun ömürlü olmaq istəyirsənsə qohumlarınla mehriban və xoşrəftar ol. Qiyamət günü də mənimlə məhşur olmaq istəyirsənsə Qəhhar Allah qarşısında çox səcdə et.”
◘Elə ki, Allah behişti yaratdı, üç dəfə buyurdu: "Xoş möminlərin halına.” Ərşi saxlayan mələklər də bunu eşitcək təkrar etdilər. Daha sonra xitab olundu: "Hər kəs altı xüsusiyyətə sahib olsa mömin hesab olunur; düz danışmaq, vədəyə vəfalı olmaq, əmanətə xəyanət etməmək, ata-anaya yaxşılıq etmək, sileyi-rəhm, günahdan tövbə.
◘Şəhidin Allah yanında altı mükafatı var; torpağa yıxılan kimi günahları bağışlanar, özünün behiştdəki yerini görər, qəbir əzabından amanda olar, Qiyamət gününün qorxusundan amanda olar, başına elə bir tac qoyulub ki, bircə yaqutu bütün dünyadan üstündür, onunla yetmiş iki huri evləndirərlər və qohumlarından yetmiş nəfər barədə şəfaəti qəbul olunar.
◘Allah-təala buyurur: "Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı şey Məndən; tövbə sizdəndir, bağışlamaq Məndən, itaət sizdəndir, behişt Məndən, şükr sizdəndir, ruzi Məndən, riza (razılıq) sizdəndir, qəza (təqdir) Məndən, səbr sizdəndir, bəla Məndən, dua sizdəndir qəbul etmək Məndən.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 637 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]