Cümə günü, 2024-04-26, 9:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Həzrət Əmirəl-möminindən (ə) olan hədislər
2013-02-10, 6:52 AM
Həzrət Əmirəl-möminindən (ə) olan hədislər
◘Mömin o kəsdir ki, qazancı halal, xasiyyəti gözəl, qəlbi sağlam olsun, malının artığını bağışlasın, artıq sözü saxlasın, camaat onun şərindən amanda olsun və özü də başqaları barədə insaflı davransın.
◘Yoldaş istəyirsənsə Allah, dünya istəyirsənsə ibrət dərsi, dost istəyirsənsə əməli yazan mələklər, qazanc istəyirsənsə ibadət, həmdəm istəyirsənsə Quran, moizə istəyirsənsə ölüm. Əgər, ölüm bəs deyilsə, atəş bəs edər.
◘Həzrət Əlidən (ə) soruşdular: Asimandan ağır, yerdən geniş, dəryalar qədər ehtiyacsız, daşdan da möhkəm, atəşdən də qaynar, şiddətli şaxtadan da soyuq və zəhərdən də acı olan nədir? Buyurdu: Asimandan da ağır günahsıza vurulan töhmətdir, yerdən də geniş haqqın ətəyi, dəryalar qədər ehtiyacsız qane olan kişinin qəlbi, daşdan da möhkəm münafiqin qəlbi, oddan da isti zülümkar padşah, sərt şaxtadan da soyuq simicə ağız açmaq, zəhərdən də acı səbrdir.
◘Elmin (dini elm və maarifin) var-dövlətdən yeddi üstün cəhəti var; elm peyğəmbərlərin mirasıdır, var-dövlətsə fironların, elmi bağışlayıb əta etdikcə artır, var-dövlət isə azalır, elm alimin qoruyucusudur, var-dövlətsə özü qorunmağa möhtacdır, elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox, var-dövlət kafirə də məxsus ola bilər, möminə də, lakin, elm yalnız möminlərə məxsusdur, alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil, elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 740 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]