Cümə axşamı, 2024-03-28, 11:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) ümmətə vəsiyyətləri
2012-12-26, 4:19 PM

Həzrət Peyğəmbərin (s) və İmam Əlinin (ə) ümmətə vəsiyyətləri

Həzrət Peyğəmbər (s) buyurur: "Ya Əli! Sənə elə şeyləri sifariş edirəm ki, əgər onları yerinə yetirsən, davamlı olaraq, xeyir və xoşluqda olarsan.
Ya Əli! Hər kim qəzəbini yatızdırar, halbuki ona etməyə qadirdir, Allah Qiyamət günü onu amanda qərar verər. Bu işin ləzzətini də həmin günü hiss edər.

Ya Əli! Hər kim ölən zaman yaxşı vəsiyyət etməzsə, alicənab deyildir. Mənim şəfaətimi əldə etməz.

Ya Əli! Ən üstün cihad odur ki, insan heç bir kəsə zülm qəsdi etməsin.

Ya Əli! O kəsin ki, dilindən insanlar qorxur, atəş əhlidir.

Ya Əli! Ən pis insan o kəsdir ki, insanlar şərindən amanda qalmaq üçün ona hörmət edərlər.

Ya Əli! Ən pis insan o kəsdir ki, axirətini dünyasını əldə etmək üçün satar. Ondan da pisi o kəsdir ki, axirətini başqalarının dünyasına dəyişər.

Ya Əli! O kəs ki, zülm edildiyi şəxsin üzrxahlığını qəbul etməz, mənim şəfaətimdən məhrumdur. İstər bu üzr istəyən düz desin, yoxsa yalan”.



Həzrət Peyğəmbərin (s) Əbazər vasitəsilə ümmətə vəsiyyəti

"Ya Əbazər! Əməlini, əxlaqını və rəftarını mühasibə edilməmişdən qabaq mühasibə et. Bu mühasibə Qiyamət hesabını asanlaşdırar. Özünü, ölçülməyə məruz qalmamışdan qabaq bütün işlərində ölç. Özünü o günə hazırla ki, o günü Allahdan heç bir şey gizli qalmaz”. Sonra buyurur: "Ey Əbazər! İnsan öz hesabını çəkmədən ali məqamlı təqvaya çatmaz, təqva əhlindən hesab edilməz. Bu dəqiq heablaşmadan agah olar ki, yeyəcəyi, içəcəyi, geyəcəyi haradandır. Halaldan, yoxsa haramdır. Əbuzər, o kəs ki, Allahın qanunlarına etina etməz, malı haradan əldə etdiyinə görə çəkinməz, Allah da Qiyamət günü hansı yolla cəhənnəmə salacağından çəkinməz”.



Həzrət Peyğəmbərin (s) Məaz vasitəsilə ümmətə vəsiyyəti

"Mən sənə bütün haramlardan çəkinməyi tövsiyə edirəm. Sənə vəsiyyət edirəm ki, düz danışasan, əhdinə vəfalı olasan, əmanəti əda edəsən, xəyanəti tərk edəsən, danışan zaman mülayim olasan, salamla başlayasan, qonşuları himayə edəsən, yetimə pənah verəsən, yaxşı əməl edəsən, arzunu qısa edəsən, axirəti sevəsən, hesabdan qorxasan, imanlı olasan, Quranı dərk edəsən, qəzəbi yatızdırasan. Məbada! Müsəlmanı təhqir edəsən, ya günahkarın ardınca gedəsən, ya adil rəhbərə itaət etməyəsən, ya İmamı inkar edəsən, yalançını təsdiq edəsən, Pərvərdigarını hər daşın və hər ağacın yanında yada salasan, hər günaha görə tövbə edəsən, gizli günah üçün gizli tövbə edəsən, aşkar günaha aşkar tövbə edəsən”.



Həzrət Peyğəmbərin (s) ümmətə etdiyi vəsiyyət

Həzrət Peyğəmbər (s) vəfatından bir saat əvvəl İmam Əlini (ə) və əmisi Abbası çağırır. O, ikisinə söykənərək, məscidə daxil olur. Məscidin sütunlarından birinə söykənir. İnsanlar ətrafında toplaşmışdı, Allaha həmd edib, buyurdu: "Ey insanlar! Elə bir peyğəmbər dünyadan getməmişdir ki, özündən sonra irs qoymamış olsun. Məni sizin yanınızda iki qiymətli şey qoyuram. Kitabı və Əhli-beytimi, ona çəng vurun. Hər kim həyatında bu ikisini məhv edərsə, Allah da onu məhv edər”.



İmam Əlinin (ə) insanlara vəsiyyəti

"Allah sizə rəhmət etsin, axirət üçün təchiz olmalı şeylərlə sizi bəzəsin. Sizi o biri dünyaya köçmək üçün dəvət ediblər. Dünyada qalmaq meylini azaldın, layiqli azuqə ilə Allaha tərəf qayıdın. Bilin, ölüm ciddi baxışlarını sizə dikmişdir, sanki sizə sancdığı çəngəlinə düçar olmusunuz. Ağır və dözülməz işlər sizə hücum edər. Ona görə də dünya əlaqələrini kəsin və arxanızı möhkəm təqva ilə bərkidin”.



(Erfan/ Deyerler.org)


Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 866 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]