Cümə günü, 2024-04-26, 11:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Dahilərdən mənalı sözlər...
2013-06-03, 3:50 AM
Dahilərdən mənalı sözlər...

"Yaxşı adam" dediyimiz, özümüzə ən çox bənzəyəndir.
*******
İnsan heyrəti, ölçüsündə müdrikdir.
*******
Elmsiz din kor, dinsiz elm isə topaldır.
*******
Optimist xoşbəxt bir gic; pessimist, bədbəxt bir gicdir.
*******
Bizdən başqalarında olan qabiliyyət və bacarığa biz şans deyərik.
*******
O işin bacarılmasının qeyri-mümkün olduğunu bilmədikləri üçün bacardılar.
*******
Çox dinləməmiz və az danışmamız üçün iki qulağımız və bir dilimiz vardır.
*******
Sənət təbiətin içindədir; sənətçi onu oradan çıxara biləndir.
*******
Düşüncə, düşünəni dəyişdirər.
*******
Yaxşı bir natiq, təsirli danışmasını bilən deyil, könülü bir inancla sərxoş olandır.
*******
İnsan gəncliyində öyrənər, yaşlılığında anlar.
*******
Başqasını tərifləməyənlərə, tənqid edənlərə, kimsədən məmnun olmayanlara baxın; bunlar kimsənin bəyənmədiyi insanlardır.
*******
İnsanlar nə qədər az mütəfəkkirlərsə, o qədər çox danışarlar.
*******
Cahil kimsənin yanında, kitab kimi səssiz ol.
*******
Dualarınıza diqqət yetirin, reallaşa bilərlər.
*******
Ya ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz.
*******
İnsana olanlar deyil, o insanın içində olanlar əhəmiyyətlidir.
*******
Öyrəndiklərini bir saat kimi cibində daşı; ikidə bir saatı olduğunu göstərmək istəyən insanlar kimi ortaya çıxarma;
əgər biri sənə saatı soruşsa söyləyərsən; amma hər saat başında "saat qülləsi" kimi ötmə!

Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 1410 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]