Cümə günü, 2024-04-19, 2:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Əmirəlmöminindən (ə) nəql olunan hədislər
2013-03-16, 6:39 AM
Əmirəlmöminindən (ə) nəql olunan hədislər
◘Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar; Allahı tanıyıb ona itaət etmək, şeytanı tanıyıb ona qarşı müxalifətçilik etmək, haqqı tanıyıb ardınca getmək, batili seçə bilib ondan uzaq gəzmək, dünyanı tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq.
◘Kufə məscidində Şam əhlindən olan bir kişi Həzrət Əliyə (ə) yaxınlaşıb ondan bir neçə sual soruşdu: "Ana bətni görməyən altı məxluq kimlərdir?” Buyurdu: "Adəm (ə), Həvva (ə), İbrahimə (ə) göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın (ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın izni ilə cana gəlib uçdu.”
◘Allah-təala altı qrup insanı altı xüsusiyyətə görə əzaba düçar edər; çöl-biyaban əhlini təəssübünə görə, kənd-qəsəbə böyüklərini təkəbbürə görə, rəhbərləri zülmə görə, fəqihləri həsədə görə, tacirləri xəyanətə görə, kənd-qəsəbə əhalisini də cəhalətə görə.
◘Ölü heyvanın pulu, itin pulu, şərabın pulu, zinakarın mehriyyəsi (yəni, ona verilən pul), məhkəməyə verilən rüşvət, qeybət edənə verilən muzd haramdır.
◘Kişinin kamalı beş şeydədir; iki kiçik üzvündə, iki böyük üvzündə və ikisi də sair ona aid olan şeylərdə. İki kiçik üzvü bunlardır; ürək və dil, döyüşdə ürək lazım olur, danışıqda dil. İki böyük üzvü bunlardır: əql və iman. Ona aid olan digər iki şey də bunlardır; malı və üzü.
◘Altı gözəl xüsusiyyət var, lakin bu altı xüsusiyyət altı nəfərdə olsa daha gözəldir; ədalət yaxşıdır, lakin rəhbərdə olsa daha yaxşıdır. Səbr yaxşıdır, lakin yoxsulda olsa daha yaxşıdır, təqva çox gözəldir, lakin alimlərdə olsa daha gözəldir. Səxavət hamı üçün yaxşıdır, lakin dövlətlidən ötrü daha yaxşıdır. Tövbə hər bir günahkardan baş versə yaxşıdır, lakin cavanlardan baş versə daha yaxşıdır. Həya hər kəsdə olsa yaxşıdır, lakin qadınlarda olsa daha yaxşıdır. Ədalətsiz rəhbər yağışsız bulud kimidir. Səbirsiz fəqir nursuz çıraq kimidir, təqvasız alim bəhrəsiz ağaca bənzəyir, simic dövlətli otsuz torpağa bənzəyir, tövbəsiz cavan susuz arxa bənzəyir və həyasız qadın duzsuz yeməyə bənzəyir.
◘Hər kəsdə altı xüsusiyyət olsa onunla dostluq etməyin heç bir xeyri yoxdur; yalan, başqalarının sözünü təkzib etmək, əmanətə xəyanət, təmiz adama böhtan atmaq, başqalarının yaxşılıqlarına qiymət verməmək və öz etdiyi yaxşılığa minnət qoymaq.
Beşinci fəsil
Həzrət İmam Sadiqdən (ə) olan hədislər
◘Altı kəsə salam vermək olmaz; yəhudi, məcusi, nəsrani (yalnız zərurət olan hallar və ya onları hidayət etmək məqsədi istisnadır), ayaqyolunda olan kəsə, şərab süfrəsi kənarında oturan kəs, ərli qadınlara nalayiq sözlər deyən şairlərə və camaatla onların anasını söyməklə zarafat edən kəslərə.
◘Süleyman deyib: "Altı şey məni heyrətə gətirir. Onun üçü ağlamalıdır, üçü gülməli. Ağlamalı şeylər bunlardır: "Məhəmmədin (s) dostları və əshabından uzaq düşmək, qəbrin dəhşətli qorxusu, Allah qarşısında dayanmaq (Qiyamət günü). Gülməyə səbəb olan şeylər bunlardır: Gözü doymayan tamahkarlar dünya arxasınca qaçır, ölüm də onun arxasınca. Qafil insan özü Allahdan qafildir, Allah isə ondan yox. Çox gülən adama nə vaxt baxırsan gülür, amma bilmir ki, Allah ondan razıdır, ya yox.
◘Məhəmmədin (s) sadə və asan dini bunlardan ibarətdir: Namaz, ramazan ayının orucu, həcc, imama itaət və möminlərin haqqına riayət etmək.
◘Mömin dünyanın altı şeyindən öldükdən sonra da yararlanar; ondan ötrü bağışlanma diləyən saleh övlad, ondan yadigar qalan və camaatın oxuduğu Quran, əkdiyi ağac, davamlı sədəqə (Məs. kitabxana, məscid və s.) və ondan yadigar qalan gözəl bir adət.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]