Cümə axşamı, 2024-04-25, 0:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Peyğəmbərdən (s) hədislər
2013-01-23, 8:33 PM
Peyğəmbərdən (s) hədislər
◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız vermək, fəryad çəkənin dadına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, aca yemək vermək, susuza su vermək və yayın isti günlərində oruc tutmaq.
◘Allahın bir kəsdən xoşu gəlsə, ona səkkiz xüsusiyyət ilham edər: naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı, səbr, əmanətdarlıq, doğruçulluq və səxavət.
◘İnsanların ən abidi odur ki, vacibatı yerinə yetirir, ən zahidi odur ki, haramlardan çəkinir, ən təqvalısı odur ki zərərinə də olsa, xeyrinə də, həmişə haqqı deyir. Ən pəhrizkarı odur ki, haqlı da olsa mücadilə etməsin, hamıdan çalışqan odur ki, günahları tərk etsin, hamıdan daha artıq əziz olanı ən təqvalı olanıdır, ən dəyərlisi odur ki, boş-boş sözlər danışmasın və ən xoşbəxti odur ki, şərəfli insanlarla oturub-dursun.
◘Hər kəs səkkiz dəstə insanla oturub-dursa, Allah onun vücudunda səkiz şeyi artırar: Dövlətli ilə yoldaşlıq etsə, Allah onun qəlbində dünya məhəbbətini artırar, kimsəsiz salehlərlə yoldaşdlıq edənin Allah səbr və rizayətini artırar, sultanlarla yoldaşlıq edənin Allah qəsavət və təkəbbürünü artırar, qadınlarla oturub-duranın Allah nadanlıq və şəhvətini artırar, uşaqlarla oturub-duran günah etməkdən ötrü cürəti artar və tövbə etməyi təxirə salar, (çünki, uşaqlar şəri nöqteyi-nəzərdən mükəlləf olmadıqları üçün onların ruhiyyəsinin onlarla oturub-duran böyüklərə də keçməsi labüddür), salehlərlə yoldaşlıq edənin itaətə rəğbəti artar, alimlərlə yoldaşdıq edənin elmi çoxalar və nəhayət, zahidlərlə yoldaşlıq edənin axirətə meyl və rəğbəti artar.
◘Səkkiz şey səkkiz şeydən doymaz: Göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim elmdən, dilənçi dilənməkdən, həris mal toplamaqdan, dərya sudan və atəş odundan.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]