Cümə günü, 2024-04-19, 9:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Həzrət Əlidən (ə) nəql olunmuş hədislər
2013-06-23, 10:20 AM
Həzrət Əlidən (ə) nəql olunmuş hədislər
◘Beş şey olmasaydı, insanlar hamısı saleh və ləyaqətli olardılar; nadanlıq və savadsızlığa qane olmaq, dünya hərisliyi, bolluqda simiclik, riya və ikiüzlülük, öz rəy və fikirlərində xudpəsəndlik.
◘Mən dili saxlamaqdan gözəl dostluq, təqvadan gözəl libas, qənaətdən dəyərli dövlət və mərhəmətli və mehriban olmaqdan gözəl ehsan və səbrdən də dadlı yemək görmədim.
◘Tövratın sonunda beş cümlə var ki, hər sübh tezdən mən onları oxumağı xoşlayıram:
1) Əməlsiz alim şeytana bərabərdir.
2) Ədalətsiz sultan Firona bərabərdir.
3) Dövlətli qarşısında müti olan tamahkar fəqir itə bərabərdir.
4) Faydası olmayan dövlət kərpicə bərabərdir.
5) Heç bir zəruri ehtiyac olmadan evdən çıxan qadın kənizə bərabərdir.
◘Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək məqsədilə dəvəyə minib dünyanı dövr etsəniz dəvə əldən düşər, lakin siz məqsədinizə çatmazsınız:
1) Heç kəs Allahdan başqasına ümid bağlamasın.
2) Günahdan başqa bir şeydən qorxmayın.
3) Heç bir cahil sual soruşmaqdan utanmasın.
4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir.
5) Səbri olmayanın imanı da olmaz.
◘Həzrətdən soruşdular: "Bəndəlik nədir?” Buyurdu: "Bəndəlik beş şeydə özünü biruzə verir; qarını boş saxlamaq, Quran oxumaq, gecə namazı qılmaq, sübh çağı ah-zar edib yalvarmaq və Allah qorxusundan ağlamaqda.”
◘Allah bizə beş imtiyaz verib; fəsahət, camal, kərəm, alicənablıq və camaat arasında ehtiram.
◘Elm beş şeydən başqa heç cür ələ gəlməz; çoxlu sual soruşmaq, çoxlu məşğul olmaq, rəftarın paklaşdırılması, alimlərin xidmətində durmaq və Cəlal sahibi olan Allahdan kömək istəməklə.
◘Cəhənnəmdə bir dəyirman var ki, hey fırlanır. Bilmək istəyirsinizmi ki, nə üyüdür?” Dedilər: "Nə üyüdür?” Buyurdu: "Günahkar alim, fasiq fəqir, zalım rəhbər, xain vəzir və yalançı şəhər hakimi.”
◘O həzrət öz fərmanı altında olan böyüklərə yazır: "Qələmlərinizi nazik edin, sətirlərin də arasında az məsafə qoyun. Artıq kəlmələri atın, ümdə diqqətiniz mənaya yönəlsin və artıq (ifrat) şeylərdən çəkinin. Çünki, müsəlmanların beytül-malının bütün bunlara dözümüyoxdur.
◘Hər kəs gününü bu beş şeydən birinə sərf etməsə o günün haqqını tapdalayıb: Haqqı əda etmək, ya vacibləri yerinə yetirmək, ya yaxşı ad qazanmaq, ya xeyirli bir işin əsasını qoymaq və yaxud da elm kəsb etmək.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 925 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]