Bazar ertəsi, 2024-12-30, 8:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt

Entries in section: 79
Shown entries: 1-50
Pages: 1 2 »

İmam Zaman ağa (ə.f) nə vaxt zühur edəcəkdir?

Məhdəviyyət mövzusunda ən mühüm məsələ - zühurun vaxtıdır. Məsumlar (ə) zühurun zamanını İlahi sirr adlandırmış və vaxt təyin etməyi inkar etmişdilər. Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki: - Zühurun dəqiq zamanı haqqında elm ancaq Allaha məxsusdur.

İmam Məhdi (ə.f) | Baxis: 1970 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2014-05-21 | Reytinq: 2.0/3 | Serhler(0)

Zühurun əlamətlərindən biri: Süfyani (lən) qiyamı

 Zühurun əlamətlərinin biri ilə tanış olaq. Burada söhbət İmam Məhdinin (ə.f) zühuru ilə əlaqədar Süfyaninin (lən) qiyamından gedir.
İmam Səccad (ə) buyurur: "Süfyaninin qiyamı - qəti və mütləq məsələlərdəndir. Hər bir qiyam edənin qarşısında bir Süfyani mövcud olar”.
İmam Məhdi (ə.f) | Baxis: 1368 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2014-02-17 | Reytinq: 3.5/2 | Serhler(1)

İmam Zaman ağanın (ə.f) Həzrət Nuha (ə) və Həzrət İlyasa (ə) hansı bənzərliyi var?

 Nübuvvətin və imamətin bünövrəsini bir şey təşkil edir. Bu iki məqam zəncirvari halqa kimi bir-birinə birləşmişdir. İslami hədislərdə İmam Zaman ağanın (ə.f) bəzi peyğəmbərlərə (ə) aid bənzər cəhətlərinə işarə edilmişdir. (Tebyan)
İmam Məhdi (ə.f) | Baxis: 953 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2014-01-22 | Reytinq: 5.0/2 | Serhler(0)

İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?

 "Nüdbə duasında İmam Zamanın (ə.f) künyələrindən biri kimi Əba Saleh adını oxuyuruq. Bəs İmamın (ə.f) belə bir övladı vardırmı ki, onu Əba Saleh adlandırırlar?
İmam Zaman (ə.f) haqqında nəql edilən mötəbər kitablara nəzər salandan sonra belə nəticəyə gəlinmişdir ki, İmamın (ə.f) belə bir məşhur künyəsi olmamışdır. 
İmam Məhdi (ə.f) | Baxis: 1034 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2014-01-13 | Reytinq: 5.0/1 | Serhler(1)

İmam Hüseyn (ə) yəvmul-vurudda kimə şəfaətçi olacaqdır?

 Şəfatin lüğəvi mənası iki şeyin və ya iki nəfərin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində, Quranda və Əhli-beytdən (ə) gələn hədislərdə şəfaət bu mənadadır ki, şəfaət olunan şəxs münasib olmayan şəraitdən qurtular və şəfaətçi ilə rabitə quraraq bağışlanmağa layiq olar. (Tebyan)
İmam Hüseyn (ə) | Baxis: 1153 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-29 | Reytinq: 5.0/2 | Serhler(0)

Məhərrəmliyin ideal əzadarlığı
 
Əba Abdullah (ə) əzadarlığı Həzrət Adəmlə (ə) Həvvanın (ə) xəlq olunduğu günə və hətta ondan da əvvələ təsadüf edir. O zaman ki, Cəbrayil (ə) Allahın tərəfindən ona varlıq aləminin ən gözəl adlarını öyrədirdi. 
İmam Hüseyn (ə) | Baxis: 1008 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Məhərrəm - eşq, məntiq və ağıl məktəbidir

Məhərrəm bizlərə öyrədir ki, insan həyəcanlı halında belə aqilcəsinə rəftar edə bilər. Məhərrəm - eşq məktəbidir, məntiq və ağıl məktəbidir. Bu məktəbi İmam Hüseyn (ə) məktəbindən savayı heç bir yerdə görmək olmaz. Bu, elə bir məktəbdir, ki, həm Seyyidüş-şühəda (ə) bizə dərs verir və həm də vəfalı dostları və tərəfdaşları. (Tebyan)
İmam Hüseyn (ə) | Baxis: 931 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 1.0/1 | Serhler(0)

İmam Hüseynin (ə) qiyamında və Həzrət Məhdinin (ə.f) zühurunda oxşar cəhətlər

İmam Zaman ağanı (ə.f) İmam Hüseynə (ə) çox bənzədirlər. Əhli-beyt (ə) davamçıları elə bir Aşuranın və Kərbəlanın intizarındadır ki, İmam Zaman ağa (ə.f) ilə bir yerdə gələcəkdir. (Tebyan)
İmam Hüseyn (ə) | Baxis: 1116 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə İmam Hüseyn (ə) yaddan çıxmır‎?

İmam Hüseynin (ə) həyat tarixi, bəşər tarixində ən çox iz buraxan bir hadisə idi. Bu, elə bir hadisədir ki, indiyə qədər də səs-sədası əzadarlıq mərasimlərinin əmələ gəlməsinə səbəb olur. Maraqlısı budur ki, təhrikedici bir qüvvə yoxdur, ancaq pak dini və insani sevgidən qaynaqlanır.
İmam Hüseyn (ə) | Baxis: 1048 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Hüseyn (ə) haqqında hədislər
 
İmam Hüseyn (ə) qiyamının hədəfi
Allah taala Qurani-kərimdə buyurur: "(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”
İmam Hüseyn (ə) | Baxis: 1073 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Zaman ağa (ə.f) zühur edəndən sonra nələr baş verəcəkdir?

 Zühurun ilk zamanlarında İmam Zaman ağa (ə.f) ilə düşmən ordusu arasında çox ağır döyüşlər olacaqdır. Bu döyüşlər qələbə ilə nəticələnəcək və sonra da hökumət təşkil ediləcəkdir. Həzrətin (ə.f) hökumətindəki hər bir kəs ancaq ümmətin mənfəəti üçün işlər görəcəklər. 
İmam Məhdi (ə.f) | Baxis: 1258 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-22 | Reytinq: 3.0/2 | Serhler(1)

İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?


Hədislərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağanın (ə.f) xarici görünüşü Həzrət Peyğəmbərə (s) çox bənzəyir. Siması çox xoş və mülayimdır. Həzrətin (ə.f) siması o qədər gözəldir ki, onu görənlər Allaha belə dua edirlər: "Allahım! O gözəl simanı mənə bir də göstər və gözlərimi onun gözəlliyi ilə bir daha nurlandır”.

İmam Məhdi (ə.f) | Baxis: 702 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Zühuru gözləyənlər gərək namazı dərk etsin

Namaz - dinin sütunudur. İnsan namazın vasitəsilə meraca gedər. Namaz o qədər mühümdür ki, nəinki axirət və İlahi qürbə yaxınlaşmaq üçün, əslində bu dünyamız üçün də böyük təsirə malikdir.
Hədilsərin birində oxuyuruq ki, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və yoxsulluqdan şikayət edir. Həzrət (s) buyurur: "Məgər namaz qılmırsan?”
İmam Məhdi (ə.f) | Baxis: 943 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-19 | Reytinq: 5.0/1 | Serhler(3)

Nə üçün İmam Zamanın (ə.f) zühur dövrü hələ gəlib çatmayıb?

Zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da digər cəhətdən hakimiyyət təşkil edib İmam Zamanın (ə.f) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, bu cür layiqli insanlar dünyaya gəlməyib.
İmam Məhdi (ə.f) | Baxis: 835 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Saleh peyğəmbər

Hicri tarixi ilə 9-cu ildə Həzrət Məhəmməd (s) peyğəmbərin rəhbərliyi ilə İslam ordusu Ərəbistan yarımadasının şimalında Roma qoşunları ilə vuruşmaq üçün Təbuk məntəqəsinə sarı gedirdi. Çox çətin bir səfər idi. İslam qoşunu yorulmuş və susamışdı. Ona görə də Allahın Rəsulu fərman verdi ki, qoşun Təbuk məntəqəsinin yaxınlığında olan Vadil-qurada dayansınlar.
Peyğəmbərlər | Baxis: 1028 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Davud Aleyhisselam

Süleyman əleyhissalamın atasıdır. Səsi çox gözəl idi.
İsrailoğullarına göndərilən peyğəmbərlərdən. Həm peyğəmbər, həm sultan yəni hökmdar idi.Bu baxımından Yandırıb əleyhissalamın Yehuda adlı oğuluna söykənər. Süleyman əleyhissalamın babsıdır. Qüdsdə doğuldu. Orada yaşadı və orada vəfat etdi. Özünə İbrani dilində Zəbur kitabı verildi. Səsi çox gözəl və təsirli idi. Adı Quran-ı kərimdə on altı yerdə keçməkdədir.
Peyğəmbərlər | Baxis: 893 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Peyğəmbərlərin çoxluğunun sirri
   İnsan şüuru peyğəmbər və səmavi kitabların sayını təyin edə bilməz. Bu cür məsələləri məhz Quran yaxud hədislərin vasitəsilə təyin etmək mümkündür. Qurani-kərimdə təkid olunub ki, Allah taala hər ümmət üçün bir peyğəmbər göndərmişdir.

Peyğəmbərliyin (nübuvvətin) lüzumunu qəbul etdikdən sonra belə sual yaranır ki, niyə bütün insanlar üçün vahid proqram, din gəlməyib yaxud peyğəmbərlərin çoxluğu və yenilənməsinin sirri nədir? 
Peyğəmbərlər | Baxis: 980 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 5.0/2 | Serhler(0)

Hud peyğəmbər
 
   Ərəbistan yarımadasının xəritəsinə baxın. Onun sağ tərəfində geniş bir səhralıq görəcəksiniz. Ona Rub`ul-Xali deyirlər. Həyat əlamətlərindən tamamilə uzaq olan bir yer... Nə su, nə bitki... 
Amma, görəsən bu yerlər min illər bundan öncə də səhralıq olmuşdurmu? Yox. Bu vahiməli torpaqlar, məhsuldar yer və yaşıllıq olmuşdur. Arxeoloqlar orada qumların altında dəfn olunmuş qədim bir şəhərin qalıqlarını tapmışlar. 
Peyğəmbərlər | Baxis: 860 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

 Nicat gəmisi

(Həzrət Nuhun əhvalatı)
Dağ və təpələrlə yuxarı qalxdıqca onların zirvə və hündürlüklərində dəniz sədəflərinə rast gəlirik. Bilirik ki, qədim zamanlarda bu yerlər su ilə örtülmüşdür. 
Adi insan və alpinistlər yerin müxtəlif bölgələrində dağların başında və həmçinin İran, İraq, Hindistan, Misir, Şam, Çin və Amerika kimi ölkələrdə sədəf müşahidə edirlər. 
Peyğəmbərlər | Baxis: 961 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(1)

(BuT SINDIRAN)HEZRET IBRAHIMIN (e) EHVALATI

Bahar gəldi. Dəclə və Fərat çayları su ilə doldu. İnsanlar sevindilər. Onlar Ur şəhərində və Babilin digər yerlərində bayram məclisləri qurdular. 
Bahar çatdıqda insanlar sevinirdilər. Çayların səviyyəsi yuxarı qalxdıqda əkinçilr şad olurdular. İnsanlar sevinirdilər, çünki, əkdikləri məhsulları artacaqdı. 
Peyğəmbərlər | Baxis: 976 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 4.0/1 | Serhler(0)

Yunis Peygember ve Baliq.

         Decle ve Ferac caylari arasinda, indiki Iraq erazisinde, Neyneva bolgesinde ehalisinin sayi yuz min neferi ashan boyuk bir qebule yashayirdi. Bu qebile Allahi tanimir, butlere perestish edirdi. Hemin qebilede Yunis adli bir nefer var idi. PEYGEMBERLER  bu defe Yunis Peygember ve onun bashina gelen maraqli ehvelatdan behs edir... 
Peyğəmbərlər | Baxis: 4162 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Yequb Peygember.


Ya Resulum! Quvvet ve besiret sahibi olan bendelerimiz Ibrahimi,Ishaqi ve Yequbu da yad et." ("Sad"suresi,45-ci aye) 

Peygember ailesi 
Peyğəmbərlər | Baxis: 2238 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahin Resulu Muhemmed (s.e.v.v)

Emin olub bizi de emin etdi... 

"(Ya Muhemmed!) Seni alemlere bir rehmet olaraq gonderdik" 
Atasini gormeyen Muhemmed (s.e.s)
Peyğəmbərlər | Baxis: 1374 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 2.0/1 | Serhler(1)

Şüeyb peyğəmbər (ə)

        Gözəl və səfalı yer olan Mədyən şəhərində rifah və asayiş içində bir ərəb tayfası yaşayırdı. Bu şəhərin yaxınlığında gül, ot, bağ və bostanla məşğul olan kiçik bir kənd var idi. Bu kəndin adı Əykə idi. 
         Üç min ildən artıq bundan qısa bir zamanda orada həyat və yaşayış çiçəkləndi. Havanın münasib olması və yağışın yağması otlaqlara və əkinçilik həyatının çiçəklənməsinə kömək etdi. Bu iki məntəqənin əhalisi rifah içində yaşayırdılar. 
Peyğəmbərlər | Baxis: 910 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-10 | Reytinq: 0.0/0 | Serhler(0)

ƏSHABİ-KƏHF 


Miladi tarixi ilə yüz altıncı ildə Roma qoşunları İordaniya torpaqlarını yerlə yeksan etdilər. Nəbətilər dövləti süquta uğradı. 
Roma imperatorunun adı Təracan idi. O bütpərəst və çox təəssübkeş bir insan idi. İmanlı insanları, xüsusən də Həzrət İsa Məsihin ardıcıllarını təqib edirdi. 
Suriya, Fələstin və İordaniya ölkələri bu hərbi hücumdan əvvəl bir növ muxtar hökumətə malik idi. Roma paytaxt kimi bu ölkələrdən yalnız vergi almaqla kifayətlənirdi. Bunun səbəbi romalı qüvvələrin həmin ölkələrdən tanış olmamaları idi. 
Peyğəmbərlər | Baxis: 975 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-05 | Reytinq: 0.0/0 | Serhler(0)

İsa peyğəmbər (ə) 

 
O, Beytül-müqəddəsdə məbəddə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaq yalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barəsində fikirləşirdi. 
İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi: 
"Yollarını azan bu insanları necə yola gətirə bilərəm?” 
Peyğəmbərlər | Baxis: 827 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-05 | Reytinq: 3.5/2 | Serhler(0)

Yəhya peyğəmbər (ə)

 
Məryəm oğlu İsa doğuldu. Möcüzəli uşaq dünyaya gəldi... Allah tərəfindən əzəmət və rəhmətli bir vucud... Məryəmin paklığına inananlar, uşağın danışdığını və Allahın rəhmətindən xəbər verdiyini gördükdə məsələyə inanıb, iman gətirdilər. 
O zaman yəhudi cəmiyyəti fəsad, yalan və dünyapərəstlikdə qərq olmuşdu. Tövratın sözlərinin çox az bir hissəsi qalmışdı. Yəhudilər Allahın kəlamını dəyişdirmişdilər. 
Peyğəmbərlər | Baxis: 1128 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-05 | Reytinq: 0.0/0 | Serhler(0)

Hz.İSMAYIL 
 

    Allah-teala ibrahime ovlad vermemishdi. chunki, onun heyat yoldashi Sara dogmaz qadin idi. Ona gore de Sara fikirleshdi ki, oz kenizi Haceri erine bagishlasin. ibrahim (e) onunla evlensin ve Allah ondan ibrahime ovlad versin. 
    Yashi yetmishi otmush ibrahim (e) Hacerle evlendi. 
Peyğəmbərlər | Baxis: 953 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-05 | Reytinq: 0.0/0 | Serhler(0)

Üzeyir peyğəmbər (ə)

Süleymanın vəfatından sonra başqa peyğəmbərlər gəldi. Amma, yəhudilər günbəgün ilahi dindən uzaqlaşırdılar.
Onların mal-dövlətə, ləl-cəvahirata olan məhəbbətləri artırdı. Bütpərəstlik adətləri yenidən onlara qayıtdı. Onlar Tövratın hökm və təlimlərini də dəyişdirdilər.
Peyğəmbərlər | Baxis: 1054 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 5.0/1 | Serhler(0)

Allahın elçiləri (1)

 İbn Abbasdan (r.ə) nəql olunan rəvayətdə peyğəmbərlərin sayı yüz iyirmi dörd min göstərilir. Lakin Qurani-Kərində onların yalnız iyirmi dördünün adına rast gəlmək olur.
Peyğəmbərlər | Baxis: 981 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahın elçiləri (2)

Ləqəbli peyğəmbərlər
"Sahibul hut" və "Zunnun" - bu ləqəb Hz. Yunusa (ə) balığın qarnına düşdükdən sonra verilir.
 "Ruhullah" - bu ləqəb Hz. İsaya (ə) Allahın Öz ruhundan yaratdığı, daha dəqiq desək, üfürdüyü üçün verilmişdir.
"Kəlimullan" - bu ləqəb Hz. Musaya (ə) Allahla danışdığı üçün verilmişdir.

Peyğəmbərlər | Baxis: 914 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Süleyman peyğəmbər

Süleymanın adı tarixdə mehriban peyğəmbər, ədalətli padşah və hikmətli bir alim kimi tanınıbdır.

Tarixçilərin çoxunun yazdıqlarına əsasən Davud peyğəmbər Süleymanı öz canişini seçəndə 13 yaşı var idi. Bu İmam Musa ibni Cəfərdən (ə) də bir hədisdə nəql olunubdur. Bəzi hədislərə əsasən Davud Süleymanı öz canişini edərək uşaq olduğuna görə alimlər və Bəni-İsrailin abidləri müxalifətçiliyə qalxdılar. Onlar dedilər:

Peyğəmbərlər | Baxis: 1356 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Quran peyğəmbərləri

Az. Adəm (ə)
Ləqəbi - Əbülbəşər. Quranı-Kərimdə adına 25 yerdə rast gəlmək olur. İlk şüurlu insan, ilk peyğəmbər, əkinçilikllə məşğul olan ilk şəxs olmuşdur. Allah-Təala onun bədənini torpaqdan yaratmışdır. Allah tərəfindən ona on səmavi kitab nazil olmuşdur.
Peyğəmbərlər | Baxis: 997 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Peyğəmbərlər

Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!». ("Nəml" surəsi, ayə 15)
Peyğəmbərlər | Baxis: 814 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

İsa (ə) və onun İslam dünyasında mövqeyi


O, Beytul-Müqəddəsdə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaqyalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barədə fikirləşirdi. Bəli Məsih, Bəni-İsrail barədə fikirləşir, öz-özünə deyirdi: "Yollarını azan bu qövmü necə yola gətirə bilərəm?” Günəş batdı, çobanlar evlərinə, qoyunlar tövlələrinə quşlar yuvalarına getdilər. Amma Məsih qayıtamdı. Niyə? Çünki onun evi yox idi. O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda, dağların mağaralarına gedərdi. Aclıqda yerdən çıxan ot və ələflərlə qidalanardı.

Peyğəmbərlər | Baxis: 841 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

HƏZRƏT SÜLEYMAN PEYĞƏMBƏR (ə) BARƏDƏ

(Seyid Haşim Rəsuli Məhəllatinin "Peyğəmbərlərin həyatı” kitabına əsasən) 

İlahi peyğəmbərlərin həyatlarına nəzər salanda Allahın qüdrət və əzəmətinin bir daha şahidi oluruq. Bu cür peyğəmbərlərdən biri də Həzrət Süleyman (ə) peyğəmbər olmuşdur. Adı Quranda hallanan bu Peyğəmbərə çox sayda nemətlər əta edilmişdir. O cümlədən, peyğəmbərlik, səltənət, məntiqüt-təyr (quşların dili) elmi, qəzavət elmi, hikmət və alimlik, cinləri, şeytanları ram etmək kimi elmlər.
Peyğəmbərlər | Baxis: 962 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Sonuncu imtahan
İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi.
Səfa və Mərva dağları arasında səy (iti yeriş) mərhələsinə çatdıqda İbrahim (ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı.
Peyğəmbərlər | Baxis: 888 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 0.0/0 | Serhler(0)

İdris peyğəmbər

          
Qısa məlumat:
"  (Ya Rəsulum!)  Səmavi kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan bir kimsə (siddiq) -bir peyğəmbər idi. ("Məryəm”, surəsi, ayə: 56)
Bir çox təfsirçilərin nəqlinə əsasən İdris, Nuh peyğəmbərin atasının babasıdır.
Peyğəmbərlər | Baxis: 930 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-08-04 | Reytinq: 5.0/1 | Serhler(0)

Meydanda və məsciddə Allahla olan Əli (ə)

O gecə qəmgin ulduzlar ah və nalə ilə bir yerə toplaşmışdı. Yer ağlayırdı. Göy nalə çəkirdi. Kufənin divarları qorxudan bir-birinə yaxınlaşmışdılar. Bəlkə onun qarşısını ala bildilər. Bu, bir insana hücum deyildi, bütün peyğəmbərlərə (ə), Övliyalara (ə), Salehlərə hücum idi.

İmam Əli (ə) | Baxis: 831 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-28 | Reytinq: 5.0/1 | Serhler(0)

Pеyğəmbərlər (ə) barədə sual-cavab

Sual-Qurani-Kərimdə adları təsdiqlənən pеyğəmbər­lər hansılardır?
Peyğəmbərlər | Baxis: 955 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 1.5/2 | Serhler(0)

Bu gün imam Həsən Muctəbanın (ə) təvəllüdü günüdür

Həzrət Әlinin oğlu olan imam Həsən Muctəba (ə); Hicri 3-cü ildə dünyaya gəlib.
 İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: "Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: "Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.”
İmam Həsən (ə) | Baxis: 823 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Quranda İmam Zaman ağanın (ə.f) tərəfdarlarının keyfiyyətləri

   Zühur zamanını dərk etmək - ondan əvvəl yaşayanlar üçün asan deyildir. Məsumlardan (ə) gələn hədislərə söykənərək, həqiqətlərin üzərində olan pərdəni kənara çəkmək olar.

Zühur zamanının xüsusiyyətlərindən biri - elmin və mərifətin inkişaf etməsidir. Əlbəttə, bu, o demək deyildir ki, bəşər zühurdan əvvəl elmsiz və düşüncəsiz olmuşdur. Bəlkə məqsəd budur ki, insanların elm gözləri açılacaq və təfəkkür səviyyəsi yüksələcəkdir.

İmam Məhdi (ə.f) | Baxis: 886 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Həsən Mucteba (as)dan Rəvayətlər


Dünya üçün heç ayrılmayacaqmış kimi və axirət üçün sabah öləcəkmiş kimi  çalış.

Ən yaxşı eşidən qulaqlar, öyüd və tövsiyələri dinləyəndir və bunu öz faydaları üçün istifadə edənlərdir.

İmam Həsən (ə) | Baxis: 814 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-20 | Reytinq: 5.0/1 | Serhler(0)

O zaman ki, Həzrət Məhdi (ə) gələr...

 "O zaman ki, Həzrət Hüccət (ə) zühur edər, ədalətlə hökm edər. Heç kim başqasına zülm edə bilməz. Yollar onun vasitəsilə təhlükəsiz olar. Yer insanların istifadəsi üçün bərəkətini xaric edər. İşləri öz əhlinə tapşırar. Islamdan başqa bir din qalmaz. Hamı İslam dinini qəbul edər”.
İmam Məhdi (ə.f) | Baxis: 582 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-04 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Zaman ağanın (ə.f) fərəci üçün dua etməyin mübarək nəticələri


 Ayətullah Seyyid Muhəmmədtəqi Musəvi İsfahani "Məkyail-Məkarim” kitabında İmam Zaman ağa (ə.f) üçün edilən "Fərəc” duasının gətirdiyi faydalar haqqında yazmış və dua etməyin yollarını bizə öyrətmişdir. Kitabın işarə etdiyi bəzi faydalara toxunaq.
İmam Məhdi (ə.f) | Baxis: 695 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-26 | Reytinq: 0.0/0 | Serhler(0)

İMAM ZAMAN AĞANIN (ə.f.) QEYBİNİN SƏBƏBİ

 

  (İslami saytlara istinadən)

İmam Zaman ağa (ə.f.) nə səbəbə görə nəzərdən gizlidir və qeyb zamanı onunla rabitə yaradan kimsə varmı?

Cavab: İmam Zaman ağanın (ə.f.) qeyb zamanının həqiqi və əsl səbəbini bəyan etmək çətin məsələdir. Qeyb haqqında həm tarixi və həm də psixoloji nəzərə malik olmaq olar.
İmam Məhdi (ə.f) | Baxis: 744 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Zaman ağa (ə.f.) harada yaşayır?

  Deyilənə görə İmam Zaman (ə) hər yerdə yaşayır. Ancaq insanlar onu tanımırlar. Ola bilsin ki, yoldan keçən biri olsun və bizim yanımızdan gəlib getsin.

İmam (ə.f.) cismi varlığa malik olduğuna görə necə ola bilər ki, eyni zamanda hər yerdə olsun? Əgər belədirsə, bəs Həzrət (ə.f.) harada yaşayır?

İmam Məhdi (ə.f) | Baxis: 741 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Zaman ağanın (ə) İlahi peyğəmbərlərə (ə) bənzərliyi

   İmam Sadiq (ə) buyurur: "O zaman ki, biizm Qaim (ə) Kəbə evinə söykənər, deyər: "Ey insanlar! O kəs ki, Adəmi və Şisi görmək istəyir, bilsin ki, mən Adəm və Şisəm. Hər kim Nuhu və oğlu Samı görmək istəyirsə, bilsin ki, mən həmin Nuh və Saməm. Hər şəxs ki, İbrahim və İsmayili görmək istəyir, bilsin ki, mən həmin İbrahim və İsmayiləm.
İmam Məhdi (ə.f) | Baxis: 685 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

İncildə Hz. Mehdi (ə.s) -3

İNCİLdə HƏZRƏTİ MEHDİ (A.S)ın HAKİMİYYƏT DÖVRÜ:

... Bəşərövladının [Hz. İsa (a.s)ın] gəlişi, şərqdə çaxıb qərbə qədər hər tərəfdən görülən şimşək kimi olacaq. [İman işığı bütün dünyanı örtəcək.] (Matda, 24:27)

O günlər qadın kişi qullarımın üzərinə Ruhumu tökəcəyəm, onlar da Peyğəmbərlər kimi bir əxlaqa sahib olacaqlar. (Elçilərin İşləri, 2:18)
İmam Məhdi (ə.f) | Baxis: 878 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-21 | Reytinq: 5.0/1 | Serhler(2)

İncildə Hz. Mehdi (ə.s) -2


İNCİLdə HZ. MEHDİ (A.S)ın GƏLİŞİNDƏN ƏVVƏLKİ DÖVRÜN XÜSUSİYYƏTLƏRİ:

Nuhun günlərində necə oldusa, İnsanoğlunun [Hz. İsa (a.s)ın] günlərində [gəlişi əvvəlində] də elə olacaq. Nuhun gəmiyə mindiyi günə qədər insanlar yeyib içir, evlənib evləndirilirdilər. Sonra tufan gəlib hamısını yox etdi. (Luka, 17:26-27)
şaf edinin görkəmiylə yox edəcək. (Pavlusdan Selaniklilere II. Məktub, 2:8)



İmam Məhdi (ə.f) | Baxis: 913 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-21 | Reytinq: 5.0/2 | Serhler(0)

1-50 51-79