Cümə axşamı, 2024-04-25, 9:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

Zühuru gözləyənlər gərək namazı dərk etsin
2013-08-19, 9:26 AM
Zühuru gözləyənlər gərək namazı dərk etsin

Namaz - dinin sütunudur. İnsan namazın vasitəsilə meraca gedər. Namaz o qədər mühümdür ki, nəinki axirət və İlahi qürbə yaxınlaşmaq üçün, əslində bu dünyamız üçün də böyük təsirə malikdir.
Hədilsərin birində oxuyuruq ki, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və yoxsulluqdan şikayət edir. Həzrət (s) buyurur: "Məgər namaz qılmırsan?” Deyir: "Mən beş namaz zamanı sizə iqtida edirəm”. Həzrət (s) buyurur: "Məgər oruc tutmursan?” Deyir: "Üç ay oruc tuturam”. Həzrət (s) buyurur: "Allahın əmrini qadağan edir və qadağasına əmr edirsənmi? Ya hansısa günaha düçarmısan?”. Deyir: "Ya Rəsulallah! İndiyə qədər Allahın buyurduqlarının əksinə bir iş görməmişəm”.
 
Həzrət (s) fikrə gedir və bu zaman Cəbrayil (ə) nazil olur. Deyir: "Ya Rəsulallah! Allah Təala sənə salam verir və buyurur ki, bu insanın qonşuluğunda bir bağ vardır. Bu bağda sərçə yuva qurmuşdur. Onun yuvasında namaz qılmayan birinin sümüyü vardır. O sümüyə görə həmin şəxsin bərəkəti getmişdir”. Həzrət (s) o kişiyə buyurur: "Get o sümüyü yuvadan götür və uzağa at”. Kişi Həzrətin (s) buyurduğunu edir və yoxsulluqdan qurtulur.
 
Bu gün cəmiyyətdə fəsadın artmasına səbəb - namaza diqqət edilməməsidir. İnsanlar namaz əhli olmadığına görə həm ticarətdə, həm cəmiyyətin başqa sahələrndə bir-birini aldadır və fırıldaq gəlirlər. Ancaq əgər cəmiyyətin əksər üzvü namaz qılsa və ona lazımca diqqət yetirsə, fəsadın səviyyəsi aşağı düşər və cəmiyyət tərəqqiyə doğru irəliləyər.
 
Buna görə hər birimizin vəzifəsidir ki, başqalarına əmr be-məruf və nəhy-əz-munkər edək və namaza həvəsləndirək. Çünki bizim tək çarəmiz - namazdır. Namaz sayəsində dualar qəbul olar. Namaz qılmayan şəxs zühuru necə gözləyə bilər ki? İmam Zaman (ə.f) ağa istəyir ki, müsəlmanlar namaz və ibadət əhli olsun. Çünki həqiqətən namaz - dinimizin sütunu və həqiqi dayağıdır. Hər kimin namaz kimi dayağı olarsa, həm bu dünyada və həm də axirətdə həqiqi bəndələrdən və müvəffəq olanlardan olar.
Allah Təala bizlərə həqiqi namaz qılmaq tofiqini nəsib etsin!
 
(Tebyan/Deyerler.org)
Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 910 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 legendary   (2013-08-24 12:35 PM) [Daxil et]
Allah ibadetlerimizi qebul etsin.Amin

0  
2 leyl   (2013-08-21 11:20 AM) [Daxil et]
amin cox saq olun Allah razi olsun

0  
1 GADİR   (2013-08-20 4:44 PM) [Daxil et]
AMIN ! ! ! 
ALLAH  RAZI  OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]