Çərşənbə günü, 2024-04-24, 12:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

O zaman ki, Həzrət Məhdi (ə) gələr...
2013-07-04, 11:05 AM

O zaman ki, Həzrət Məhdi (ə) gələr...

 

"O zaman ki, Həzrət Hüccət (ə) zühur edər, ədalətlə hökm edər. Heç kim başqasına zülm edə bilməz. Yollar onun vasitəsilə təhlükəsiz olar. Yer insanların istifadəsi üçün bərəkətini xaric edər. İşləri öz əhlinə tapşırar. Islamdan başqa bir din qalmaz. Hamı İslam dinini qəbul edər”.

Hədisin şərhi: Adil hökumət.

Yəni, İmam (ə.f) gələn zaman elə bir hökumət qurulacaqdır ki, heç kimə zülm edilməz və ayrı-seçkilik qoyulmaz. Heç kimin haqqı alınmaz və tapdalanmaz.

Yollar təhlükəsiz olar. İmam (ə.f) gələn zaman yollar təhlükəsiz olacaqdır, çünki heç kim başqasının haqqını almağa çalışmayacaq və başqasına zülm etməyəcəkdir.

Təbiət çiçəklənər. Torpaq öz bərəkətini xaric edər, istər əkin sahələri olsun, istərsə də mədənlər.

İşləri xeyir əhlinə tapşırmaq. İmam (ə.f) gələndən sonra hər kəs öz peşəsinə və sənətinə uyğun işlə məşğul olacaqdır. Halbuki indiki zamanda işlərin bir çoxunun başında həmin işi bilməyən və agah olmayan insanlar durur.

İslam dini hakim olar. İslam dinindən savayı başqa bir din qalmayacaqdır və hamı bu din ətrafında toplanacaqdır.

İslam dininə qəlbən inam bəsləmək. İmanla İslamın fərqi nədir? Hədislərin bəzisi deyir ki, İslam o şeydir ki, əgər şəxs onu aşkar etsə, canı hifz olunar və iman o şeydir ki, Qiyamət günü ona nicat verər. Hədislərin bəzisində oxuyuruq ki, İslam dini Məscidul-haram və iman isə Kəbə kimidir. "Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır»”. ("Hucurat” 14).

 

İmam Zaman ağanın (ə) gördüyü işlər dörd mehvərdə olar:

1. Əqidələri islah edər. "Yerin hər yerində zənginlərin daş evləri və yoxsulların gil evləri və çadırları qalmaz, məgər o halda ki, "Lə iləhə illəllah” kəlməsi orada olmasın. Şirk aradan qalxacaqdır”.

2. Ağıllar təkamül edər. Elmi inqilab baş verəcəkdir. Mərhum Əllamə Məclisi buyurur: "Həzrətin məqsədi yəqin ki, belə idi ki, insanlar onun tərəfindən tərbiyə olunarlar. Düşüncələri kamil olar.”

3. Ədalət. Yer üzündə ədaləti bərpa edər.

4. Əxlaqları islah edər. Əxlaq rəzilliklərini aradan qaldırar və İslami dəyərləri dirçəldər. Çünki zühurdan qabaq əxlaq rəzillikləri: zina, oğurluq, şərab, çəkidə aldatmaq, günahsız insanların qanını tökmək kimi rəzil sifətlər artacaqdır. Ancaq Həzrət Məhdi (ə) qiyam edəndən sonra bütün bunları aradan qaldıracaqdır.

 

Hər kim Həzrətin (ə.f) davamçılarından olmaq istəyirsə, gərək bu dörd mehvərə görə çalışıb səy etsinlər. Bir də İmamın (ə.f) zühur etməsi üçün dua etsinlər.

 

(Tebyan/Deyerler )

Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 543 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]