Cümə axşamı, 2024-03-28, 1:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
2014-01-13, 7:48 PM
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?

 "Nüdbə duasında İmam Zamanın (ə.f) künyələrindən biri kimi Əba Saleh adını oxuyuruq. Bəs İmamın (ə.f) belə bir övladı vardırmı ki, onu Əba Saleh adlandırırlar?
İmam Zaman (ə.f) haqqında nəql edilən mötəbər kitablara nəzər salandan sonra belə nəticəyə gəlinmişdir ki, İmamın (ə.f) belə bir məşhur künyəsi olmamışdır. Bəlkə insanların arasında bu künyə çox işləndiyi üçün məşhur olmuşdur. Bəziləri isə deyir ki, nə eybi var ki, İmama (ə.f) bu künyəni deyək ki, mənası "Bütün salehlərin Atası deməkdir.
Mərhum Məclisi "Biəharul-ənvar” kitabında nəql edir: "Hədilsərə müraciət edəndən sonra məlum oldu ki, Saleh və ya Əba Saleh o cinin adıdır ki, yolunu azmış insanları düz yola hidayət etmək üçün vəzifələndirilmişdir”.
İmam Sadiq (ə) buyurur: "Nə zaman yolunu azsan, səslən: "Ya Saleh!”. Ya da dedi: "Ya Əba Saleh, yolu bizə göstər!”. Allah sizə rəhmət edər”.
Əmir İshaq Əstərabadi qırx dəfə ayaqyalın halda həccə getmişdir və bir dəfə karvanı itirir və suzuz halda həmin səhrada qalır. Səsləyir: "Ya Saleh, ya Əba Saleh, bizə yol göstər!”. Anidən görür ki, uzaqdan bir atlı gəlir və ona düz yolu nişan verir. O, karvanına yetişir. O, deyir: "Mən sonra başa düşdüm ki, bu İmam Zaman ağa (ə.f) idi”.
Ola bilsin ki, Əba Saleh - ixtiyarında saleh insanların olduğu üçün belə adlandırılmışdır. Çünki İmam (ə.f) hər bir saleh müsəlmanların atasıdır. Əbu, əba sözü bəzən ata mənasını vermir. Məsələn, Əbülfəzl, Əbu Turab kimi künyələrə nəzər salsaq görərik ki, Həzrət Abbasın Fəzl adında oğlu olmamışdır, mənası "Fəzilətlər atası” deməkdir. İmam Əlinin (ə) də Turab adlı oğlu olmamışdır.
Adətən Allaha dua edən zaman hacətimizə uyğun olaraq, Haqq Təalanın adlarına müraciət edirik. Məsələn, ruzi istəyən zaman Rəzzaq deyirik, şəfa istəyən zaman Şafi, tövbə edən zaman Təvvab deyirik. Eyni zamanda Peyğəmbərimiz (s) bizə dualar üçün ən münasib vaxtları da tanıtmış və buyurmuşdur ki, elə vaxtlar vardır ki, İlahi ərşin qapıları açılar və dualar eşidilər. Ona görə də ola bilsin ki, yolunu azmışların bu duası eşidilsin.
Çünki, İmam Baqir (ə) və həmçinin İmam Sadiq (ə) buyururlar: "Əgər düzənlikdə və ya səhrada yolunuzu azsanız, səslənin: "Saleh! Ya da Əba Saleh, bizi eşidin və bizə yolu göstərin! Allah sizə rəhmət edər”.
Elə ona görədir ki, möminlər və salehlər nəinki səhrada itən zaman, fikri, əməli, elmi cəhətdən yolunu azan zaman İmam Zaman ağanı (ə.f) bu künyə ilə çağırır və yardım istəyirlər. (Tebyan)
 
/Deyerler.org/

Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 986 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 1
0  
1 imanli   (2014-02-24 11:05 AM) [Daxil et]
%) 
  •  :D  cry tongue 


Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]