Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər |
Sonuncu imtahan
2013-08-04, 5:03 AM | |
İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi. Səfa
və Mərva dağları arasında səy (iti yeriş) mərhələsinə çatdıqda İbrahim
(ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına
saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və
südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı. İbrahim
(ə) bütün xatirələri yada salıb, kədərlənirdi. O, bir neçə gün qabaq
gördüyü yuxunu xatırladı. Həmin yuxuda övladının başını kəsdiyin və
qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü. Peyğəmbərlərin
yuxusu doğrudur. Bunun mənası o idi ki, Allah-təala oğlu İsmayılı
qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq
istəyir. Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi. Atasını fikirli görən İsmayıl dilləndi: -Atacan, niyə səni qəmli görürəm? İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi: -Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mənasını bilirsənmi? -Məni qurbanlıq edirsən? -Hə, oğlum! Fikrin nədir? Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin. Allah-təala
yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah
qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə
də imanlı cavan olan İsmayıl dedi: -Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm. İbrahim
(ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox
sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox
sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda
İbrahim (ə) ondan uzaqlaşdı. İbrahim
(ə) saleh və mömin cavan olan övladı İsmayılı çox sevirdi. Lakin,
Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi. İbrahim
(ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl
Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi.
Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O
qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət
göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə
bir mənzərəni görmək iqtidarında deyildi. Ona görə də atasına dedi: -Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir. İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü. İsmayıl
başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu.
İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı boynu günəşin
nuru altında göründü. O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi: «Ey
İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah
sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən». İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü. İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar. Bu
gün biz baş qırxdıqda və özümüzü çirkabdan yuduqda, öz dırnaqlarımızı
qısaldıb, övladlarımızı sünnət etdirdikdə, həqiqətdə atamız Həzrət
İbrahim Xəlilin (ə) yolu ilə getmiş oluruq. İbrahim (ə) bu işləri bizə
təlim edən insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmişdir. Biz
Yəhudilik, Xristianlıq və İslam dininə nəzər saldıqda onların
ardıcıllarının Allaha inandıqlarını görürük. Unutmamalıyıq ki, bütün
bunlar Həzrət İbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki,
Allah-təala İbrahimi (ə) peyğəmbər olaraq seçdi və sonra onu imam və
rəhbər etdi. O, peyğəmbərlik və rəhbərliyi onun övladlarına da bəxş
etdi. Musa və İsa İbrahimin (ə) oğlu olan İshaqın övladlarından, İslam
peyğəmbəri Həzrət Məhəmməd (s) və Əhli-beyt imamları isə İbrahimin (ə)
oğlu olan İsmayılın nəslindəndir. Buna görə də biz bəzən belə deyirik: «İlahi!
İbrahim və onun ailəsinə gönərdiyin kimi, Məhəmməd və onun ailəsinə də
salavat və salam göndər. Həqiqətən sən təriflərə layiq və ucasan». Xəlil Allah-təala
İbrahimi (ə) imanlı və həqiqi bəndə kimi gördükdə ona fərman verdi ki,
özünün müqəddəs zatından savayı heç kəsdən qorxmasın. Ona görə də Allah
İbrahimi (ə) Xəlil və dost olaraq seçdi. Buna görə ona Xəlilur-Rəhman
(Allahın dostu) ləqəbi verildi. İbrahim (ə) yüz iyirmi ildən artıq ömür sürdü. O,
yaşlı bir qoca olmuşdu. Daha Hicaza gedib, Allahın evini ziyarət etmək
və övladı İsmayılı görmək taqəti yox idi. Ona görə də övladı İsmayıl
atası Xəlilür-Rəhmanı görmək üçün Fələstinə gəldi. Həmin
zaman İbrahim (ə) xəstələndi. Qocalığın zəifliyi onu taqətdən saldı.
İbrahimin (ə) dünyadan köçmə zamanı çatdı. O, cihad, mübarizə və
insanları Allaha doğru dəvət etmək yolunda keçirdiyi uzun müddətli
ömürdən sonra rahatlıq mərhələsinə çatmışdı. Beləliklə İbrahim (ə) öz
Xəlili, dostu və məbuduna sarı səfər etdi. O
həzrət, övladları İsmayıl və İshaqdan bəşəriyyəti yeganə Allaha
pərəstişə dəvət işlərində yorulmamaqları barədə əhd aldı. Sonra isə ruhu
Mələkut aləminə doğru qanad çaldı. Allah-təaladan istəyirik ki, mübariz
insanları Fələstinin, Qüdsün və Məscidül-Əqsanın azadlığı yolunda kömək
etsin və biz atamız İbrahimin (ə) Əlxəlil şəhərindəki müqəddəs qəbrini
ziyarət edək. İlahi,
İbrahim (ə) və onun ailəsinə göndərdiyin kimi, Məhəmməd və onun ailəsinə
salavat və salam göndər. Həqiqətən, sən təriflərə layiq və ucasan! sibtayn.com | |
Views: 887 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |