Cümə günü, 2024-04-26, 5:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

İmam Zaman ağanın (ə.f) fərəci üçün dua etməyin mübarək nəticələri
2013-06-26, 4:41 AM

İmam Zaman ağanın (ə.f) fərəci üçün dua etməyin mübarək nəticələri

 

 

 Ayətullah Seyyid Muhəmmədtəqi Musəvi İsfahani "Məkyail-Məkarim” kitabında İmam Zaman ağa (ə.f) üçün edilən "Fərəc” duasının gətirdiyi faydalar haqqında yazmış və dua etməyin yollarını bizə öyrətmişdir. Kitabın işarə etdiyi bəzi faydalara toxunaq.

 

 

Həzrətin (ə.f) fərəci üçün dua edənin qazandığı bərəkətlər:

 

1. Mövlasına itaət etmiş olar. Çünki İmam (ə) buyurub: "Fərəcin tez olması üçün çoxlu dua edin, sizin fərəciniz ondadır”.

 

2. Bu dua nemətlərin çoxalmasına səbəb olar.

 

3. Qəlbində sevgini bəyan etməkdir.

 

4. İntizarın nişanəsidir.

 

5. Məsum İmamların (ə) əmrlərini dirçəltmək deməkdir.

 

6. Lənətlənmiş şeytanı narahat edər.

 

7. Həzrətin (ə.f) hüquqlarının bir hissəsini əda etməkdir.

 

8. Allaha və Allah dininə təzim etməkdir.

 

9. Həzrət İmam Zaman (ə.f), fərəci üçün dua edən müsəlmana dua edər.

 

10. Qiyamət günü Həzrətin (ə.f) şəfaəti ona şamil olar.

 

11. Peyğəmbərin (s) şəfaəti ona şamil olar.

 

12. Duaların yerinə yetmə mənbəyidir.

 

13. Risalətin əcrini əda etməkdir.

 

14. Bəlanı dəf edər.

 

15. Ruzinin artmasına səbəb olar.

 

16. Günahların bağışlanmasına səbəb olar.

 

17. Dua edən ayıq və ya yatan zaman Həzrətlə (ə.f) görüşə nail olar.

 

18. Zühur zamanı rəcət edəcəkdir.

 

19. Həzrət Peyğəmbərin (s) qardaşlarından olacaqdır.

 

20. Həzrət Sahibin (ə.f) fərəci tezləşər.

 

21. Peyğəmbərin (s) və Məsum İmamların (ə) ardıcılı sayılar.

 

22. İlahi peymana vəfa edər.

 

23. Fərəc üçün dua edən insan valideynlərinə yaxşılıq edər.

 

24. Əmanətə riayət etmək fəziləti əmələ gələr.

 

25. İmamın (ə.f) nurunun qəlbində artmasına səbəb olar.

 

26. Fərəc üçün dua etmək ömrü uzun edər.

 

27. Yaxşı və təqvalı işlər görər.

 

28. Düşmənlərə qələbə çalmaq üçün Allahın yarıdımına tofiq qazanar.

 

29. Qurani-Məcidin nuruna hidayət olar.

 

30. Tanınmış səhabələrin yanında məhşur olar.

 

31. Elm istəyənlərin savabına nail olar.

 

32. Axirət əzablarından amanda olar.

 

33. Ölən zaman ona müjdə verilər və onunla mülayim rəftar edilər.

 

34. Fərəc üçün edilən dua Allahın və Rəsulunun (s) dəvətini yerinə yetirmək deməkdir.

 

35. İmam Əli (ə) ilə məhşur olar.

 

36. Allahın yanında sevimli bəndə olar.

 

37. Sevimli Peyğəmbərimizin (ə) ən əziz insanı olar.

 

38. Behişt əhlindən olar.

 

39. Həzrət Peyğəmbərin (s) duası ona şamil olar.

 

40. Pis rəftarları yaxşı rəftarlara çevrilər.

 

41. Bu duanın yardımı ilə yer əhlinin cəzasından uzaq olar.

 

42. Məzluma kömək etməyin savabına malik olar.

 

43. Həzrət Hüseynin (ə) qanının intiqamını almağın savabına malik olar.

 

44. Məsumlardan (ə) gələn hədisləri qəbul etmək ləyaqətinə malik olar.

 

45. 70 min günahkara şəfaət edə biləcək.

 

46. Qiyamət günü İmam Əlinin (ə) duası ona şamil olar.

 

47. Hesabsız behiştə daxil olar.

 

48. Qiyamətin susuzluğundan amandadır.

 

49. Şeytanın qəlbini yaralayar.

 

50. Qiyamət günü xüsusi hədiyyələr alar.

 

51. Behiştdə cavidan qalar.

 

52. Allah Təala ona behişt xidmətçilərindən verər.

 

53. Allahın geniş kölgəsidən qərar tutar, ona rəhmət nazil olar.

 

54. O məclisdə ki, İmam Zaman ağa (ə.f) üçün "Fərəc” duası oxunar, mələklərin olduğu yer olar.

 

55. Mələklər onun üçün dua edər.

 

56. İnsanların ən yaxşısı hesab olunar.

 

57. Bu dua bərzəx aləmində onun üçün mehriban munis olar.

 

58. Qəmin uzaq olmasına səbəb olar.

 

59. İmanın kamil olmasına səbəb olar.

 

60. Qiyamət günü şəhidlərin ən üstün dərəcəsinə nail olar.

 

 

 

(Tebyan/ Deyerler.org)

Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 660 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]