Meydanda və məsciddə Allahla olan Əli (ə)
O gecə qəmgin ulduzlar ah və nalə ilə bir yerə toplaşmışdı. Yer
ağlayırdı. Göy nalə çəkirdi. Kufənin divarları qorxudan bir-birinə
yaxınlaşmışdılar. Bəlkə onun qarşısını ala bildilər. Bu, bir insana
hücum deyildi, bütün peyğəmbərlərə (ə), Övliyalara (ə), Salehlərə hücum idi. Allah ərşini titrətmək istəyirdilər. Onlar həqiqi dini məhv etmək istəyirdilər. Mənfur İbn Mulcəm keçmiş arzusuna çatmaq üçün məscidə gəlmiş və pusu
qurmuşdu. İnsan gərək o qədər bədbəxt olsun ki, məsciddə əlinə qılınc
alsın. O, yetimlərin başına nəvaziş əlini çəkən insanı zəhərli qılıncı
ilə qətlə yetirmək istəyirdi. Bu yetimlərin gözünü yaşlı qoyaraq, onları
yenə də qəm və qüssəyə qərq etmək istəyirdi. İmam
Əli (ə) Peyğəmbərimizin (s) bütün kamil sifətlərini özünə təcəssüm
etdirirdi. Axı o, Peyğəmbərin (s) qardaşı və canişini idi. Sözlərlə onun
haqqını ödəmək olmaz. Çünki Allahdan və Peyğəmbərdən (s) başqa Qiyamət
gününə qədər onu heç kim tanımamışdır və tanımayacaqdır da. Bu insan o
qədər əzəmətli və qüdrətli idi ki, onu dərk etmək qabiliyyətmiz yoxdur. Onun
üçün əsas hədəf Allah idi. Onun üçün həyatda vacib olan Allahın
göstərişlərini yerinə yetirmək idi. İstər xəlifə olanda olsun, istərsə
də evində məhbus olanda. İstər düşmənin qarşısında olanda olsun, istərsə
də yetimlərin yanında olanda. İstər Kəbədə gözünü dünyaya açanda olsun,
istərsə də Kufə məcsində can verəndə olsun. Kəbədə dili şəhadətləri
demək üçün açılardı, Kufə məscidində isə şəhadətləri deyərək,
bağlanırdı. Çünki həmişə haqq Əli (ə) ilə idi. İmam
Əli (ə) bütün fəzilətlərin mərkəzi, ali rəftarların və gözəl əxlaqların
və mənəvi kamalların ən ali mərtəbəsində idi. Əgər kimsə salehlərdən və
xilasolmuşlardan olmaq istəyirsə, gərək sadəcə onun davamçısı olsun.
Çünki dünya və axirət səadətinə çatmaq üçün bundan başqa yol yoxdur.
Ancaq bu yolda addımlamaq lazımdır və hər bir məsələdə onu nümunə
götürmək lazımdır. Əli (ə) - Sirat körpüsüdür. Bu, həmin o körpüdür ki,
gecə və gündüz hər bir vacib namazlarımızda Allahdan istəyirik. Bizi ona
hidayət etməyimizi istəyirik. Əli
(ə) - bir İlahi nemətdir. Bu, həmin nemətdir ki, Allah Qiyamət günü
bizdən onu soruşacaqdır. Bu nemətə görə şükr edib-etmədiyimizi bizdən
soruşacaqdır. Bizim şükrümüz onun vilayətini qəbul edib, ona əməl
etməkdir. Hər kim gecələri və gündüzləri dayanmadan Allaha ibadət
edərsə, ancaq İmam Əlini (ə) qəbul etməzsə, Siratdan keçə bilməyəcəkdir.
Əli
(ə) insanları Allaha dəvət edərdi. Əli (ə) Peyğəmbərin (s) sünnətini və
risalətini davam etdirirdi. İmam Əli (ə) buyurur: "Rəsullah (s)
xəbərdarlıq edən idi və mən isə hidayət edənəm”. Əgər Əlinin (ə)
fəziləti olmasaydı, Peyğəmbər (s) səhərdən axşama qədər onu tərifləməz
və onun fəzilətlərini saymaqla qurtarmazdı. Əlinin
(ə) səbri dağları titrədərdi. Bütün vəfasızlıqlara, namərdliklərə,
nifaq və düşmənçiliklərə qarşı səbr edən ancaq Əli (ə) olmuşdur. Dağ
olsaydı, bütün bu insafsızlıqlara dözməzdi. Bu cür dərdlər Əlinin (ə)
qəlbində çox idi. Düşmən elə bilirdi ki, Əlini (ə) öldürməklə onu yer
üzündən yox edə biləcəkdir. Ancaq
bilmirdi ki, İmam Əli (ə) necə də ölümü arzulayırdı və onun cismi bu
dünyanı tərk etsə də, ruhu və etdikləri həmişə cavidan qalacaqdır. Bu
nurani insan o cür əzəmətli bir məkanda dünyaya gözlərini açdığı kimi,
bu cür bərəkətli və əzəmətli gecədə, yəni Qədr gecəsində dünyaya vida
dedi və Kəbənin Allahına qovuşdu. Allah bizləri o Həzrətin həqiqi
davamçılarından qərar versin.
ihq/az
|