Cümə axşamı, 2024-04-25, 7:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

İncildə Hz. Mehdi (ə.s) -3
2013-06-21, 11:16 AM

İncildə Hz. Mehdi (ə.s) -3)



İNCİLdə HƏZRƏTİ MEHDİ (A.S)ın HAKİMİYYƏT DÖVRÜ:

... Bəşərövladının [Hz. İsa (a.s)ın] gəlişi, şərqdə çaxıb qərbə qədər hər tərəfdən görülən şimşək kimi olacaq. [İman işığı bütün dünyanı örtəcək.] (Matda, 24:27)

O günlər qadın kişi qullarımın üzərinə Ruhumu tökəcəyəm, onlar da Peyğəmbərlər kimi bir əxlaqa sahib olacaqlar. (Elçilərin İşləri, 2:18)

Bunu bil ki, son günlərdə... [gerçəyə qarşı gələnlər] düşüncələri korlanmış, iman mövzusunda rədd edilmiş insanlardır. Amma daha irəli gedə bilməyəcəklər. Çünki... bunların da ağılsızlığını hər kəs açıqca görəcək. (Pavlusdan Timoteosa II. Məktub, 3:1, 8-9)
... Allah, bu dünyada yoxsul olanları imanda zənginləşmək və Özünü sevənlərə vəd etdiyi suverenliyin varisləri olmaq üzrə seçmədimi? (Yaqubun Məktubu, 2:5)

Bundan sonra yeni bir göylə yeni bir yeriyi gördüm... Artıq nə yas, nə ağlayış, nə də iztirab olacaq. Çünki əvvəlki nizam ortadan qalxdı. (Vəhy, 21:4)

İsa izdihamları görüncə dağa çıxdı. Oturunca şagirdləri yanına gəldi. İsa danışmağa başlayıb onlara bunları öyrətdi: "Nə xoşbəxt ruhda məhrum olanlara! Çünki Göylərin Suverenliyi onlarındır... Onlar təsəlli ediləcəklər. Nə xoşbəxt yumşaq xasiyyətli olanlara! Çünki onlar yer üzünü miras  götürəcəklər. Nə xoşbəxt doğruluğa acıb susayanlara! Çünki onlar doyurulacaqlar. Nə xoşbəxt mərhəmətli olanlara! Çünki onlar mərhəmət tapacaqlar. Nə xoşbəxt ürəyi təmiz olanlara!... Nə xoşbəxt barışı təmin edənlərə! Çünki onlara Allah qulları deyiləcək. Nə xoşbəxt düzgünlük uğruna zülm görənlərə! Çünki Göylərin Suverenliyi onlarındır." (Matda, 5:1-11)

Xalqlar şəhərin işığında gedəcəklər. Dünya kralları sərvətlərini oraya gətirəcəklər. Şəhərin qapıları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. Xalqların görkəmi və zənginliyi oraya daşınacaq. (Vəhy, 21:24-26)

Köhnə çağlardan bəri müqəddəs Peyğəmbərlərinin ağızından bildirdiyi kimi, qulu Davudun soyundan bizim üçün güclü bir qurtarıcı [Hz. Mehdi (ə.s)] çıxardı; düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtuluşumuzu təmin etdi. (Luka, 1:69-71)
... Yazılmış olduğu kimi: "Qurtarıcı [Hz. Mehdi (ə.s)]... gələcək, Yaqubun soyundan Allahsızlığı uzaqlaşdıracaq." (Pavlusdan Romalılara Məktub, 11:26)

... Xalqları bir daha sapdırmasın deyə onu (dəccalı) dibsiz dərinliklərə atdı, oraya bağlayıb girişi möhürlədi... (Vəhy, 20:3)

... Dünyada pis arzuların gətirib çıxardığı korlanmadan xilas olmuş olaraq, bu vədlər vasitəsilə Rəhmanı özyapıya ortaq olasınız. (Petrusa II. Məktub, 1:4)

Artıq acmayacaq, artıq susamayacaqlar... (Vəhy, 7:16)

İNCİLdə KEÇƏN FARAKLİT SÖZÜ HZ. MEHDİ (A.S)a İŞARƏ ETMƏKDƏDİR

Faraklitin söz mənası: Köməkçi, Həqiqət Ruhu, Təsəlliçi.

Əgər məni sevirsinizsə, əmrlərimi güdərsiniz. Mən də Allaha yalvaracağam və O sizə başqa bir "Faraklit" göndərəcək. (Yuhanna, 14:15-16)

Faraklit, elə bir həqiqət ruhudur ki, Rəb onu mənim adımla göndərəcək. O sizə hər şeyi öyrədəcək və mənim sizə söylədiklərimi də təkrar xatırladacaq. (Yuhanna, 14:26)

Faraklit gəldiyində mənim üçün şahidlik edəcək və siz də mənə şahidlik edərsiniz. (Yuhanna, 15:26-27)

Mən sizə haqqı söyləyirəm. Mənim getməm sizin üçün xeyirlidir. Çünki mən getməzsəm Faraklit sizə gəlməz. Amma mən xərcsəm onu sizə göndərərəm. (Yuhanna, 16:7)

Faraklit gəldiyində bütün aləmi səhvləri

səbəbiylə qınayar və onları tərbiyə edər. Günah mövzusunda, çünki mənə iman etməzlər. Düzgünlük mövzusunda, çünki Allaha gedirəm və artıq məni görə bilməzsiniz. Və hökm mövzusunda, çünki bu dünyanın rəisində hökm edilmişdir. Sizə söyləyəcək daha çox şeylərim var, lakin indi  dözə bilməzsiniz. Lakin o, yəni həqiqət ruhu gəlincə, sizə hər həqiqətə yol göstərəcək. Çünki özbaşına söyləməyəcək, lakin hər nə eşitsə söyləyəcək və gələcək şeyləri sizə bildirəcək. (Yuhanna, 16:8-13)

Məsih belə dedi: Artıq mən sizinlə çox söyleşmem. Çünki bu aləmin rəisi gəlir. Məndə  əsla onun obyekti yoxdur. (Yuhanna, 14:30)

tebyan


Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 840 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 GADİR   (2013-06-23 12:37 PM) [Daxil et]

0  
1 GADİR   (2013-06-23 12:36 PM) [Daxil et]
Slam aleykum
ALLAH RAZİ OLSUN 
İSLAM DİNİ KİTABXANALARDA  BU FAKTLAR YERİNDƏDİR, AMMA ÖRİSTİAN MƏNBƏLƏRİNDƏ TAM BAŞQA CÜRDÜR NƏGƏDƏRDƏ ONLARİN KEŞİŞLƏRİ  YALAN SÖYLƏYİRLƏR, NİTGLƏRİ QURUYA-QURUYADA OLSA BELƏ YALANDAN ÇƏKİNMİRLƏR  BİLMİRƏM SİZƏ LİNK ÇATAR BURADA YA YOX 
QEYD ETDİYİNİZ MƏNBƏƏNİN BİRİ HAQQİNDA KEŞİŞİN ÇİXİŞİ AÇİQ AŞKAR YALAN !

http://www.sebchurch.org/ru/archive/play/1748/all/
ALLAH SİZDƏN RAZİ OLSUN 

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]