| Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər | 
Quran peyğəmbərləri 
| 2013-08-04, 3:34 PM | |
![]() Az. Adəm (ə) Ləqəbi
 - Əbülbəşər. Quranı-Kərimdə adına 25 yerdə rast gəlmək olur. İlk şüurlu
 insan, ilk peyğəmbər, əkinçilikllə məşğul olan ilk şəxs olmuşdur. 
Allah-Təala onun bədənini torpaqdan yaratmışdır. Allah tərəfindən ona on
 səmavi kitab nazil olmuşdur. Məkkədə Əbu-Qubeyş dağında Kəbə evi 
istiqamətində dəfn olunmuşdur. Başqa bir rəvayətlərə görə, Hz. Adəm (ə) 
Nəcəf şəhərində dəfn olunmuşdur. Onun ömrü barədə müxtəlif rəqəmlər 
göstərilir. (920, 936, 1200 il) Hz. Nuh (ə) Ləqəbi
 - Nəbiyullah. Qurani-Kərimdə adına 2 yerdə rast gəlmək olur. Quranın 
71-ci surəsinə onun adı verilmişdir. İllər boyu təbliğat aparmasına 
baxmayaraq qövmündən çox az insan ona iman gətirir. Hətta həyat yoldaşı 
və uşaqları da ona iman gətirmirlər. Onun zamanında baş verən tufandan 
sonra Yer üzündə yeni bir nəsil meydana gəlir. Hz. Nuh (ə) 2500 il ömür 
etdikdən sonra dünyasını dəyişmişdir. Onun qəbri nəcəfdə (İraq), İmam 
Əlinin (ə) qəbrinin yaxınlığında yerləşir. Hz. İdris (ə) Qurani-Kərimdə
 adına iki yerdə rast gəlmək olur. Astronomiya və riyyaziyyat elmləri 
ilə məşğul olan, paltar tikən və ölçü alətlərindən istifadə edən ilk 
şəxs olmuşdur. Hətta ilk yazı yazan şəxs olduğu da rəvayət olunur. Allah
 tərəfindən ona 10 səhifəlik kitab nazil olunmuşdur. Hz. İdris (ə) bir 
neçə dil bilmiş və nüçə-neçə şəhərlər saldırmışdır. 365-il ömür etmiş, 
İsa peyğəmbər (ə) kimi qeybə çəkilmişdir. Hz. Hud (ə) Qurani-
 Kərimdə adına on yerdə rast gəlmək olur. Quranın 11-ci surəsinə onun 
adı verilmişdir. İrəm səhifəsində məskunlaşmış və yüksək saraylar tikən 
İrəm qövmünə peyğəmbər göndərilmişdir. Hz. Hud (ə) 807 (və ya 460) 
yaşında Yəmənin şərq sahilində Həzərul-mövt adlı məntəqədə, başqa bir 
rəvayətə görə, Nəcəf şəhərində dünyasını dəyişmişdir. Hz. Saleh (ə) Qurani-Kərimdə
 adına 10 yerdə rast gəlmək olur. Dağlarda özlərinə saray və hündür 
dağlar tikən Səmud qövmünə peyğəmbər göndərilir. Səmud qövmü ona möcüzə 
olaraq göndərilən balalı dəvəni amansızlıqla qətlə yetirir və bunun 
nəticəsində Allahın qəzəbinə gəlir. Saleh peyğəmbər (ə) ticarətlə məşğul
 olmuş və bu yolla məişətini təlim etmişdir. 280 yaşında Nəcəf şəhərində
 dünyasını dəyişmiş, İmam Əlinin (ə) qəbrinin yaxınlığında dəfn 
olunmuşdur. Hz. İsmail (ə) Ləqəbi
 - Zəbihullah. Quranı Kərimdə adına 12 yerdə rast gəlmək olur. Hz. 
İbrahimin (ə) böyük oğludur. Çobanlıq etmiş və bu yolla məişətini təmin 
etmişdir. Atası Hz. İbrahimlə (ə) birlikdə Kəbə evini inşa etmişdir. Ata
 və anası ilə birlikdə həccin bir çox əməllərinin təməlini qoyur. Hz. 
Muhəmməd (s.ə.s) məhz onun soyundandır. 137 yaçında dünyasını dəyişmiş 
və anasının qəbrinin kənarında (Kəbənin Hicri İsçail adlanan cənub 
hissəsində) dəfn olunmuşdur. Hz. Yunus (ə) Ləqəbi
 - Zunnun. Qurani Kərində adına 4 yerdə rast gəlmək olur. Quranın 10-cu 
surəsinə onun adı verilmişdir. Qədim Aşur dövlətinin paytaxtı olan 
Ninova camaatına peyğəmbərlik etmişdir. 40 il ömür sürüb. Qəbri indiki 
Kufə şəhərində yerləşir. Hz. Lut (ə) Qurani
 Kərimdə adına 27 yerdə rast gəlmək olur. Hz. İbrahimə (ə) iman gətirmiş
 ilk şəxs olmuşdur. Təkallahlıq dinini təbliğ etmək məqsədi ilə indiki 
Fələstin ərazisinə hicrət etmişdir. 80 yaşında dünyasını dəyişmişdir. 
Qəbri indiki Fələstin ərazisində yerləşir. Hz. Yəqub (ə) Qurani-Kərimdə
 adına 16 yerdə rast gəlmək olur. Hz. İbrahimin (ə) nəvəsidir. Həm övlad
 acızı çəkmiş, həm də övladları tərəfində xəyanətə  məruz qalmışdır. 
Oğlu Hz. Yusifin (ə) ayrılıq həsrətini çəkərək ağlamaqdan gözləri 
tutulmuş, lakin sonradan ona qovuşa bilmişdir. Misirə oğlunun yanına 
gedənə qədər indiki Fələstin ərazisində peyğəmbərlik  etmişdir. 147 il 
ömür sürdükdən sonra dünyasını dəyişmişdir. Hz. Yəqubun (ə) dəfn 
olunduğu yer barədə iki müxəlif məkan qeyd olunmuşdur. Bəzi tarixçilər 
onu Yəmən ərazisində, paytaxt Ədəndən 60 km. aralıqda, bəziləri isə 
İranın Beyzavi fars məntəqəsində, Xeyr-abad kəndində dəfn olunduğunu 
iddia edirlər. Hz. Yəqubun (ə) yaşı barədə də müxtəlif rəqəmlər 
göstərilmişdir. (92 və 200 yaş) Hz. Yusif (ə) Qurani
 Kərimdə adına 27 yerdə rast gəlmək olur. Quranın 12-ci surəsinə onun 
adı verilmişdir. Hz. Yəqubun (ə) on iki oğlu arasında ən sevimlisi olub.
  Alllah-Təala ona yuxu yozumu elmini öyrədir. Qurani Kərimdə həmin 
dastana "Əhsənül-qisəs" (Ən gözəl dastan) adı vermilmişdir. Hz. Yusif 
(ə) Misirdə, 110 və ya 120 yaşında dünyasını dəyişmiş, mərmər tabuta 
qoyularaq Nil çayının dibində dəfn olunmuş və Hz. Musaya (ə) qədər orada
 qalmışdır. Hz. Musa (ə) Misiri tərk etdiyi zaman onu da özü ilə 
Fələstinə aparmış və orada dəf edilmişdir. Hz. İbrahim (ə) Ləqəbi
 - Xəlilullah. Babilistanın Ur şəhərində dünyaya gəlir. Qurani Kərimdə 
adına 69 yerdə rast gəlmək olur. Quranın 14-cü surəsinə onun adı 
verilmişdir. Oğlu Hz. İsmail (ə) ilə birlikdə Kəbəni inşa etmişdir. Hz. 
İbrahim (ə) olduqca qonaqpərvər olmuş və qurban kəsmək adəti bizə məhz 
ondan miras qalmışdır. Allah tərəfindən ona 10 səhifə nazil olmuşdur. 
Babil hökümdari Nəmrud tərəfindən oda atılmış, lakin İlahi möcüzə olaraq
 sağ qalaraq təkallahlıq dininin təbliğinə davam etmişdir. Yaşı barədə 
müxtəlif rəqəmlər göstərilir (120, 175 və 200 yaş). İndiki Fələstin 
ərazisində dəfn olunmuşdur. Hz. Davud (ə) Qurani
 Kərimdə adına 16 yerdə rast gəlmək olur. Cavan yaşlarında Talutun 
ordusunda əsgər olsa da, sonradan Allahın ona verdiyi peyğəmbərlik və 
özünəməxsus bacarığı sayəsində İsrail övladlarına padşah olur. 
Dəmirçilik və zireh düzəltmək sənətinə yiyələnir.  Allahdan ona səmavi 
kitab "Zəbur" nazil olur. Rəvayətlərə görə, 100 illik ömrünün 40 ilini 
padşahlıq etmişdir. İndiki Fələstin ərazisində dəfn olunmuşdur. Hz. Şüeyb (ə) Qurani
 Kərimdə adına 11 yerdə rast gəlmək olur. Ölçü və çəkidə saxtakarlıq 
edən Mədyən camaatına peyğəmbər göndərilmişdir. Qızlarından birini Musa 
(ə) peyğəmbərə ərə verib. 242 il ömür sürmüşdür. Qəbri Fələstin 
ərazisində yerləşir. Hz. Musa (ə) Ləqəbi
 - Kəlimullah. Misirdə dünyaya gəlmişdir. Qurani Kərimdə adına 136 yerdə
 rast gəlmək olur. Musa (ə ) peyğəmbərin adı digər peyğəmbərlərin 
adından daha çox çəkilir. Uzun müddər Şüeyb peyğəmbərə çobanlıq etmiş və
 sonra bunun müqabilində onun qızlarından biri ilə evlənir. Firon və 
çoxallahlıqla mübarizə aparmış, bu səbəbdən onu təqib və təzyiqlərinə 
məruz qalmışdır. İsrail övladları onun peyğəmbərliyi altında Misirdən 
çıxarılır. Allah tərəfindən ona səmavi kitab "Tövrat" nazil olur. Hz. 
Musa (ə) 120 və ya 126 yaşında dünyasını dəyişmiş və Nəba dağında dəfn 
olunmuşdur. Hz. İsa (ə) Ləqəbi
 - Məsih. Qurani Kərimdə adına 25 yerdə rast gəlmək olur. Atasız dünyaya
 gəlmiş, beşikdə ikən danışmağa başlamışdır. Allahın izni ilə ölüləri 
dirildər və ağır xəstələrə şəfa verərdi. Dünyaya gəldiyi tarix miladi 
təqviminin  başlanğıcı kimi qəbul olunur. Allah tərəfindən ona səmavi 
kitab "İncil" nazil olur. 33 yaşında ikən qeybə çəkilmişdir. Hz. Zül-Kifl (ə) Qurani
 Kərimdə adına 2 yerdə rast gəlmək olur. Rəvayətlərdə Hz. əyyubun oğlu 
olduğu göstərilir. Allahın səbirli və əməlisaleh peyğəmbərlərindən 
olmuşdur. 75 il ömür etmişdir. Qəbri indiki Kufə şəhərində yerləşir. Hz. Əyyub (ə) Qurani
 Kərimdə adına 4 yerdə rast gəlmək olur.Sayı-hesabı bilinməyən 
 var-dövlət sahibi olsa da, İlahi sınaq olaraq onların hamısından məhrum
 olub. Övladlarını itirən Hz. Əyyub (ə) ağır xəstəliyə düçar olur, amma 
dözümlülüyü ilə səbrlilik nümunəsinə çüvrilir. 140 il ömür etmişdir. 
Qəbri Huran məntəqəsində yerləşır. Hz. Zəkəriyya (ə) Qurani
 Kərimdə adına 7 yerdə rast gəlmək olur. Hz. Süleymanın (ə) soyundandır.
 Beytül-Müqəddəsdə  Hz. Məryəmin himayədadı olmuşdur. Qoca yaşında oğul 
sahibi olmuş  və 115 yaşında İsrail övladları tərəfindən şəhid 
edilmişdir. Qəbri Beytül Müqəddəsdə yerləşir. Hz. İshaq (ə) Qurani
 Kərimdə adına 15 yerdə rast gəlmək olur. Hz. İbrahimin (ə) kiçik 
oğludur. İsrail övladlarına göndərilən və Hz. Muhəmməddən (s.ə.s) savayı
 Quranda adı çəkilən bütün peyğəmbərlərin atasıdır. Hz. ishaq (ə) Həbrun
 160 və ya 180 il ömür etmiş və indiki Xəlbəl (Fələstin) şəhərində anası
 Saranın kənarında dəfn olunmuşdur. Hz. Əlyasa (ə) Qurani
 Kərimdə adına 2 yerdə rast gəlmək olur. Hz. İlyasa (ə) yardımçı olaraq 
göndərilmişdir. 75 il ömür etmişdir. İndiki Dəməşq şəhərində dəf 
olunmuşdur. Hz. İlyas (ə) Qurani
 Kərimdə adına 3 yerdə rast gəlmək olur. İsrail övladlarından olan, Bal 
adlı bütə sitayiş edən camaatı təkallahlığa dəvət etmək üçün 
göndərilmişdir. 22 il ğmür edir. Qeybə çəkilən peyğəmbərlərdəndir. Hz. Yəhya (ə) Hz.
 Yəhya (ə) Quranı Kərimdə adına 5 yerdə rast gəlmək olar. Hz. 
Zəkəriyyanın (ə) oğludur. Bu ad ilk dəfə ona verilmişdir.Hz. isanın (ə) 
özündən sonra gələcəyinə müjdə vermişdir. 30 il ömür etmişdir. Dəmşəqdə 
Əməvi məscidində dəfn olunmuşdur. Hz. Muhəmməd (s.ə.s) Ləqəbi
 - Rəsulullah. Qurani Kərimdə adına 4 yerdə rast gəlmək olur. Quranın 
12-ci surəsinə onun adı verilmişdir. Fil ilində Məkkə şəhərində dünyaya 
gəlmişdir. Allah-Təala tərəfində bəşəriyyətə gpndərilən sonuncu 
peyğəmbərdir. Sonuncu səmavi kitab "Quran" ona nazil olub. 23 il 
peyğəmbərlikdən sonra hicrətin 11-ci ilində səfər ayının 28-də, 63 
yaşında Mədinə şəhərində dünyasını dəyişmişdir. Qəbri Mədinə 
şəhərindədir.  | |
| Views: 1073 | Downloads: 0 | Rating: 0.0/0 | |
| Total comments: 0 | |









































