Cümə günü, 2024-03-29, 5:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

İmam Zaman ağanın (ə) İlahi peyğəmbərlərə (ə) bənzərliyi
2013-06-24, 4:02 AM

İmam Zaman ağanın (ə) İlahi peyğəmbərlərə (ə) bənzərliyi


 

  İmam Sadiq (ə) buyurur: "O zaman ki, biizm Qaim (ə) Kəbə evinə söykənər, deyər: "Ey insanlar! O kəs ki, Adəmi və Şisi görmək istəyir, bilsin ki, mən Adəm və Şisəm. Hər kim Nuhu və oğlu Samı görmək istəyirsə, bilsin ki, mən həmin Nuh və Saməm. Hər şəxs ki, İbrahim və İsmayili görmək istəyir, bilsin ki, mən həmin İbrahim və İsmayiləm. Hər kim istəyir Musa və Yuşəni görsün, mən həmin Musa və Yuşəyəm. Hər kim istəyir İsanı və Şəmunu görsün, mən həmin İsa və Şəmunam. Hər kim istəyir Muhəmmədi (s) və Əlini (ə) görsün, bilsin ki, mən həmin Muhəmməd (s) və Əliyəm (ə). Hər kim istəyir, Həsənlə (ə) Hüseyni (ə) görsün, bilsin ki, mən həmin Həsən (ə) və Hüseynəm (ə). Hər kim Hüseynin (ə) zümrəsindən olan İmamları (ə) görmək istəyir, bilsin ki, mən həmin Məsum İmamlaram. Dəvətimi qəbul edin və ətrafımda toplaşın. Hər nə deyiblər və hər nə deməyiblər, sizə xəbər verim”.

Bu hədis onu göstərir ki, bütün İlahi peyğəmbərlərin (ə) və Məsum İmamların (ə) mübarək sifətləri İmam Zaman ağada (ə.f) cəm olmuşdur.

 

Həzrət İshaqa (ə) bənzərliyi

Həzrət İshaq (ə) ahıl yaşında övlad sahibi olmaqdan məyus olur və Allah onun övladı olacağını müjdələyir. İnsanlar da İmam Həsən Əsgərinin (ə) övladı olmadığı üçün məyus olmuşdular və İmam Zamanın (ə.f) mövludu onlar üçün müjdə olur. İsa ibn Şeyx nəql edir: "İmam Həsən Əsgəri (ə) bizimlə zindanda bir yerdə idi. Mənə buyurdu: "Sənin ömrün 65 il 1 ay və 2 gündür”. Sonra buyurdu: "Övladın varmı?” Dedim: Yox və Həzrət (ə) əlini dua üçün açdı və buyurdu: "Allahım! Ona elə bir övlad ver ki, onun biləyi olsun”. Sonra buyurdu: "Hər kimin biləyi olar, tapdalanmış hüququnu əldə edər. Zəlil o kəsdir ki, biləyi olmasın”. Mən Həzrətdən (ə) soruşdum ki, sizin övladınız varmı? Buyurdu: "Bəli, mənim elə bir övladım olacaqdır ki, yeri ədalətə bürüyəcəkdir. Ancaq indi övladım yoxdur”.

 

Həzrət Luta (ə) bənzərliyi

Həzrət Lut (ə) üçün mələklər nazil olur. "(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər”. ("Hud” 81).

Həzrət Qaim (ə) də zühur edən zaman mələklər ona yardım üçün nazil olacaqlar. İmam Həsən Əsgərinin (ə) kənizi nəql edir: "O zaman ki, Həzrət Hüccət (ə) dünyaya gəlir, o Həzrətdən nur saçır. Səmanın üfüqünə qədər gedirdi. Göydən ağ rəngli quşların gəldiyini gördüm. Qanadlarını onun başına, üzünə və bədəninə sürtürdülər. İmam Həsənə (ə) bu mövzunu danışan zaman Həzrət (ə) güldü və buyurdu: "Bunlar mələklərdir. Gəlmişdilər ki, bu mövludu təbrik etsinlər. Onlar qiyam edən zaman dostları olacaqdır””.

 

Həzrət Yəquba (ə) bənzərliyi

Allah Təala Yəqubun (ə) ayrılığını uzun zamandan sonra sona çatdırır. Həzrət Qaim (ə) də uzun zaman ayrılıqdan sonra zühur edəcəkdir. Həzrət Yəqub (ə) oğlu Yusif (ə) üçün o qədər ağlayır ki, gözləri ağarır. Həzrət Qaim (ə) isə İmam Hüseyn (ə) üçün çox ağlayır. Həzrət (ə) buyurur: "Göz yaşı yerinə qan ağlayıram”.

 

Həzrət Yusifə (ə) bənzərliyi

Həzrət Yusif (ə) zamanəsinin ən gözəl insanı olmuşdur. Həzrət Qaim (ə) də zəmanəsinin ən gözəl insanı olacaqdır. Həzrət Yusif (ə) uzun zaman öz qardaşlarından qaib idi və o, qardaşlarını uzun zamandan sonra tanıyır. Ancaq qardaşları onu tanımırlar. Həzrət Qaim (ə) də insanlardan gizlidir və ancaq onların arasında gəzir, onları görür, tanıyır. Lakin insanlar onu tanımırlar. Həzrət Yusif (ə) bir yuxuya görə zindandan xilas olur. Həzrət Qaim (ə) də bir gecədə zühur edəcək və tərəfdaşları uzaq yerlərdən onun ətrafına toplaşacaqdır.

 

Həzrət Xızıra (ə) bənzərliyi

 

Allah Həzrət Xızrın (ə) ömürünü uzun etmişdir. Allah Həzrət Qaimin (ə) də ömrünü uzun etmişdir. İmam Rza (ə) buyurur: "Xızr (ə) həyat bulağından su içmişdir. O, sağdır və ölmür. O zamana qədər ki, şeypur çalınar. Əlbəttə o, bizim yanımıza gələr və bizə salam verər. Səsi eşidilər, ancaq özü görünməz. Onun adını çəkən kimi, orada hazır olar, ona görə də sizlərdən hər kim onun adını çəksəniz, ona salam versin. O, hər il həcc mərasimində hazır olar. Bütün əməllərini yerinə yetirər, Ərəfədə dayanar. Möminin duasına "Amin” deyər. Allah Qaimin (ə) qeybəti zamanı İmamın dəhşətini onun vasitəsilə aradan aparar və tənhalığını onun vasitəsilə aradan qaldırar”.

Həzrət Xızr (ə) hansı qurumuş ağacın üstündə əyləşsə, həmin ağac çiçəklənər və göyərərdi. Həzrət Qaim (ə) də hansı diyardan keçərsə, çiçəklənər və su qaynayıb axar. Ancaq oradan keçib gedən kimi su çəkilər və həmin diyar əvvəlki halına qayıdar.

 

 Allah Təala Qaimin (ə) zühurunu tezləşdirsin!

 

(Həvzəh/Deyerler)

Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 647 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]