Cümə günü, 2024-05-17, 9:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files

Total entries in catalog: 2987
Shown entries: 251-300
Pages: « 1 2 ... 4 5 6 7 8 ... 59 60 »

Ərəfə gününün və Qurban bayramı gününün əməlləri


  Zilhiccə ayının 9-cu gününün –  Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı  böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).
Digər məlumatlar | Baxis: 773 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 5.0/1 | Serhler(1)

Fikri vəsvəsəliyi necə müalicə edək?

  Vəsvəsəlik - şeytanın tələlərindən biridir. Ancaq eyni halda təbii bir məsələdir ki, əgər ona  düzgün yanaşılarsa, rahatlıqla həll olar. Əlbəttə diqqət etmək lazımdır ki, onun müalicəsi zaman alacaqdır. Gərək yavaş-yavaş, tədricən olsun.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 932 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Bu il Qurban bayramı oktyabrın 16-na təsadüf edəcək (əməllər)

  Artıq Zilhiccə ayını yaşayırıq. Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qarşılayacağıq. Bu il Qurban bayramı oktyabrın 16-na (Zilhiccə ayının 10-u) təsadüf edəcək.
Bu günün bir neçə müstəhəb əməlləri var.
Digər məlumatlar | Baxis: 850 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Təkəbbür və paxıllıq - kor-koranə günahda eşələnmək üçün bir stimuldur

 
  İnsanın süqut emtəsinə səbəb olan amillərdən biri də təkəbbürdür.
 Təkəbbür.
 Təkəbbür bəyənilməyin bir xislətdir və insanı öz hüquqlarından kənara çıxarır. Bu xüsusiyyət onun bütün varlığına nüfuz edir və günah işlətmək üçün stimul yaradır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 839 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Ölümdən əvvəl Peyğəmbərlə (s) görüşməyin yolu

 
  Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün insan o kəsdir ki, ibadətə aşiq olar”. Əli ibadətin ətəyindən yapışsın, səmimi qəlbdən ibadəti sevsin və özünü ona vəqf etsin. Dünyası istər ağır keçsin, istərsə də asan - ona fərq etməz. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 805 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsan ağlın köməyi ilə Allah bəndəsi olur

 
 Qurani-Məcid ailəmin bütün zahiri və batini işlərinin Müqəddəs Haqqın rəhbərliyi altında olduğunu vurğulayır. Allah insana hər bir varlıqdan daha çox nemət və bərəkət əta etmişdir. Bu bərəkətlərin bir çoxu Həzrət Haqqın Müqəddəs Zatını tərənnüm edir. Bu bərəkətlərdən biri də ağıldır. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 700 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?

  İnsanların ölüm vaxtı məlum deyildir.
Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar. Əgər bu hal ondan alınarsa, həyatı sönər. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 771 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-15 | Reytinq: 5.0/1 | Serhler(0)

Günah mühitində nə etməliyik?

 
   İmam Sadiq (ə) buyurur: "Yaxşı deyildir, o məclisdə ki, günah olar və sizin əlinizdən bir şey gəlməz, orada iştirak edəsiniz”.
İmam Əli (ə) buyurur: "Əxlaqsız insanlarla oturub-durmaq imanın aradan getməsinə və şeytanın hazır olmasına səbəb olar”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 938 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-14 | Reytinq: 5.0/1 | Serhler(2)

Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey

 İmam Əli (ə) Muhəmməf Hənəfiyə etdiyi vəsiyyətdə buyurur: "Həqiqətən qadın reyhanədir (güldür). Ona görə də hər bir halda onunla mehriban ol və yaxşı bir yoldaşa malik ol ki, həyatın səfalı olsun”.
Ərlə arvadın bir-birinə qarşı haqları vardır.
Ailə xoşbəxtliyi | Baxis: 1224 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-14 | Reytinq: 5.0/2 | Serhler(0)

Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür

 Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür.  İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.
Digər məlumatlar | Baxis: 901 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahın rəhmətindən uzaqdır o kəs ki, pul və sərvətə pərəstiş edər
 
"İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi”. ("Ali-İmran” 67).
İmam Sadiq (ə) buyurur: "İbrahimin ibadət və bəndəliyi pak və xalis niyyətlə yerinə yetirilmişdir, xalisliyinə heç bir şey qarışmamışdır”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 750 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(1)

Salam vermək mədəniyyəti

"Salam” – Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir. (Tebyan)
İslamdan əvvəlki salam.
İslamdan əvvəl salam kəlməsi ilə rabitə qurulmazdı. Ərəblər daha çox "Əhlən və səhlən”, "Məsəxeyr” sözlərindən istifadə edərdilər. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 835 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Həqiqi müsəlmanlar o kəslərdir ki, bütün İlahi peyğəmbərlərə iman gətiriblər

"(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq»”. ("Bəqərə” 136).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 622 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

İlahi rəhmət qapılarını açan şah açar

Yerin və göyün bütün xəzinələri Onun əlindədir. O, sənə dua etməyə icazə vermişdir. Onu yerinə yetirməyi də Öz öhdəsinə götürmüşdür. Səndən istəmişdir ki, Ondan istəyəsən və O da sənə əta etsin. O zaman ki, dostun və ya əzizin səni rədd edir, əgər sənin üçün çox əzizdirsə və əgər onu çox istəyirsənsə, onun yanına qayıtmağa can atırsan.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 885 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Yas yerində gülməyə dair İmam Əlinin (ə) buyuruşu

  İmam Əli (ə) buyurur: "Heç vaxt sizdən qafil olmayan şeydən necə qafil olursunuz?”. İmam Əli (ə) bu ibrətli sözləri o zaman demişdir ki, mömin qardaşlarından birinin cənazə məclisində iştirak edirdi və bu zaman bir nəfərin uca səslə gülməyini eşidir. İmam (ə) buyurur: "Sanki ölüm bu dünyada bizdən qeyrisinə yazılmışdır. Sanki haqq bizdən qeyrisinə vacib olmuşdur. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 872 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 4.0/2 | Serhler(1)

Yaxşı iş görmək imkanı – Allahın möminə hədiyyəsidir

  Fəzil Əyaz dövrünün məşhur ariflərindən idi. O, nəql edir ki, dərvişlərdən biri çox yoxsul idi və ailəsinin toxuduğu bir əşyanı bir dirhəmə satır. Evinə qayıdan zaman yolda dalaşan iki nəfəri görür. Onlar bir dirhəmə görə bir-biri ilə dalaşırdılar. Qərara alır ki, pulu onlara versin və bu davaya son qoysun. Belə də edir və evə əli boş gəlir. Həyat yoldaşı buna görə narahat olmur, əksinə sevinir ki, bir davanı sülhlə sonlandırmışdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 679 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Qorxu neçə cür olur? Hansı qorxu bəyənilir?

 İnsanın həyat prosesini tənzimləyən ən mühüm xüsusiyyətlərdən biri – qorxu hissidir. Bu hisslə bir qədər yaxından tanış olaq.
Qorxu üç cür olur:
1. Təbii qorxu.
2. Məzəmmətlənmiş qorxu.
3. Mədh edilmiş qorxu. (Erfan)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 974 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 5.0/1 | Serhler(1)

Ömrünü uzun etmək istəyənlər üçün tövsiyələr

  O kəslər ki, cavidan – həmişəyaşar olmaq istəyirlər, Quran onlara belə xitab edər: "Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. ("Nisa” 78).
Bəşər həyatı boyu həmişə cavidan yaşamağı arzu etmişdir. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 750 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Ürəklərimizi necə səliqə-sahmana salaq?

  Bizim hər birimiz həyata bir cür tərif veririk və hərəmizin bir növ həyatımız vardır. Bu dünyada hərəkət etməyi bacaran hər bir canlı özünəməxsus yaşayır. Ancaq hər şeydən dəyərlisi odur ki, həqiqi yaşamağın yollarını tanıyaq və hansı yaşayışın düzgün olduğuna agah olaq. (Tebyan)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 787 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Quranı necə oxumaq barədə tövsiyələr

Quran insana nəsihət verir, qəlbdəki günahları yuyur. Quran oxumaqla hidayət nuru qəlblərimizi aydınladır. Bu Qurandır ki, həm insanlara və həm cəmiyyətə İlahi neməti nazil edir. (Tebyan)
İmam Əli (ə) buyurur: "Qurandan qəlb xəstəliklərinizin şəfasını diləyin. Ondan problemlərinizin həlli üçün kömək diləyin. Həqiqətən, Quranda böyük bəlaların şəfası vardır”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 940 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Salam vermək müstəhəb, almaq isə vacibdir

Əllamə Təbatəbai "salam” sözünün mənası haqqında buyurur ki, "salam” - sülhdə olmaq, amanda olmaq deməkdir. Salamlaşan insan qarşı tərəfə deyər ki, mən səninlə sülh və amandayam. Yəni, səninlə qardaşam. (Tebyan)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 622 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Mömin can verəndə kimləri görər?

 İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.
Həqiqətdə bu, həmin möminin öz İmamı (ə) ilə yaratdığı o məhəbbətli rabitənin səmərəsidir.
Sual-cavab | Baxis: 1062 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 5.0/2 | Serhler(1)

Nə edək ki şeytan ətrafımızda fırlanmasın?

İnsan şərafətli bir varlıqdır və yarandığı ilk gündən indiyə qədər hələ heç kim onu lazımlı qədər tanımamışdır.
İnsanı tədqiq edənlər isə deyirlər: İnsan tanınmamış bir varlıqdır.
İnsanın həm cismi var və həm də ruhu.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 886 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 0.0/0 | Serhler(2)

Niyə Həzrət Nuhun (ə) övladı dönük çıxdı?

 Ata və ananın ən mühüm vəzifələrindən biri budur ki, övladları ilə dostluq əlaqəsi yaradıb, onlarla qaşılıqlı anlaşmada olsun. Bunu bilmək lazımdır ki, bir ailənin müvəffəqiyyət qazanmasının rəmzi ata və ananın qarşılıqlı anlaşmasından asılıdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 709 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Həmzəni (ə) qətlə yetirən Vəhşinin tövbəsi

  "Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxıd ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. ("Nisa” 48).
Həmzəni öldürən Vəhşi Məkkəyə qaçır. Nəhayət öz əməlindən peşman olur. Peyğəmbərə (s) məktub yazır ki, etdiyimdən peşmanam. İstəyirəm ki, islam dinini qəbul edəm.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 730 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-11 | Reytinq: 1.0/1 | Serhler(0)

Cadu kimə təsir edir? Cadunu və tilsimi aradan qaldırmaq üçün bəzi tövsiyələr

Allah Təalanın qüdrəti sayəsində dörd qeyri-adi qüvvələr mövcuddur ki, bunlardır:
1. Zəmimə qüvvələr.
2. Ayin qüvvələri.
3. Ruh qüvvələri.
4. Mənəvi qüvvələr.
 
Birinci qrupa daxil olan qüvvələrin özü də iki dəstəyə bölünür: şeytanlara və cinlərə.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 2257 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-07 | Reytinq: 3.0/2 | Serhler(3)

Müsəlman olan oğulun rəftarı anaya necə təsir etdi?
 
 İbni Vəhəb, Zəkəriyya ibni İbrahimdən nəql edir: "Mən xristian dinində idim və sonra müsəlman oldum. Həccə getdim və o əyyamda İmam Sadiqin (ə) hüzuruna getdim. Ona dedim: "Mən xristian dinində idim. İndi müsəlman olmuşam. Allah qəlbimə İslam nurunu saldı və məni İslam dininə tərəf hidayət etdi”. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 685 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Paltarın çox olması israfdırmı?

İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: "Bəli”. Deyir: "Bəs 20 köynək necə?”. Buyurur: "Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən”.
Paltarın əhəmiyyəti.
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın haqqı vardır ki, özünü örtmək üçün paltara malik olsun”. Paltar insanın ehtiyacı olan bir şeydir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 925 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-06 | Reytinq: 0.0/0 | Serhler(0)

İstixarənın hansı növləri var? Necə edilir?

 İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: "İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: "Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”.
İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 644 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-06 | Reytinq: 0.0/0 | Serhler(0)

Zalım hakimlərin yolu

"(Xatırlayın) sizdən bir-birinizin qanını tökməməyiniz və bir-birinizi öz məmləkətinizdən çıxarmamağınız haqqında əhd aldığımız zaman, (bu əhdi) iqrar etdiniz və özünüz buna şahidsiniz.” ("Bəqərə" surəsi, ayə 84)
Bəni-İsraildən xalqın qanını möhtərəm tutmaq barədə alınan əhd dedikdə, "Maidə” surəsinin 32-ci ayəsi də nəzərdə tutula bilər. Ayədə buyurulur: "Bəni-İsrail üçün yazdıq ki, hər bir şəxs dəlilsiz və günah üzündən kimsəni öldürsə, sanki bütün xalqı öldürmüşdür.”
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 682 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Qonaq İlahi bərəkət gətirər

Biz elə bir dövrdə yaşayırıq ki, bir çoxlarımız ancaq telefon və ya mesaj göndərməklə sileyi-rəhm edirik. Çünki qonaqlıq vermək və qonaq qarşılıyıb yola salmaq çətin bir işə çevrilmişdir.
Qonaq getmək və qonaqlıq vermək haqqında çox sayda hədislərimiz vardır. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 715 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Şəhidi bərzəx aləmində sorgu-sual etməzlər
 
İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Behiştə daxil olan ilk insan Allahın ibadətini yaxşı şəkildə yerinə yetirən bəndə və şəhiddir”.
Əbuzər nəql edir: "Məcsidə daxil oldum, Allahın Peyğəmbəri (s) tək əyləşmişdi. Fürsəti qənimət bilib dedim: 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 652 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Həyatın çətinliklərindən Allahı zikr edərək, xilas olaq

Dünya fanidir və keçicidir. İnsan heç bir zaman dünyada kamil şəkildə əzab görməmiş və savaba çatmamışdır. O kəslər xoşbəxt sayılır ki, axirəti üçün daha çox azuqə toplayıblar. Bəs həyatın çətinlikləri ilə nə edək?
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 609 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Yatmaqdan qabaq 3 dəfə "İxlas” surəsini oxumaq insanı həmin gecə hifz edər

 
Ayətullah Əli Səadətpərvər buyurmuşdur: "Mənə insanları nişan verirdilər və gördüm ki, Peyğəmbərlər (s) və İlahi Övliyalar (ə) mənim cənazəmdə iştirak edirlər. Bu, da ona görədir ki, mən 40 il səhər çağı yüz dəfə "Tövhid” surəsini oxuyurdum və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 838 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Valideyn övladının namaz qılmasına görə məsuldur

 İslam dininin böyük əhəmiyyət verdiyi yerlərdən biri də evdir. Çünki çox sayda əxlaqi fəzilət və rəzilliklər elə bu mühitdə meydana gəlir. Ev mühiti müqəddəs bir yerdir ki, atadan, anadan, övladlardan təşkil edilir. Hər birinə ehtiram göstərmək vacibdir. Hər birinin öz məsuliyyəti vardır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 724 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Ömür boyu 1 həqiqi səcdə edən, ziyandan amanda qalar
 
 İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ona ziyan dəyməz. Baxmayaraq ki, ömrü boyu hətta bu cür səcdəni bir dəfə etsə belə”.
İbadətlər içərisində səcdənin yeri başqadır. Çünki bu, elə bir ibadətdir ki, Həzrət Haqqın diqqətini həmişə cəlb edər. Əgər bu səcdəni qəlb hüzuru ilə yerinə yetirərəriksə, əcr və savabı daha çox olar.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 673 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Havayi-nəfsə qarşı ən gözəl silah

 İslam dini bizə öyrədir ki, dünya və axirət hədəflərinə çatmaq üçün insanın daxilində dəyişiklik baş verməlidir. Əgər bu cür dəyişiklik bir İslami cəmiyyətdə yaranmazsa, qəlblər Allahla tanış olmazsa, Allah yolu ən üstün yol kimi seçilməzsə, İslam cəmiyyətlərinin problemləri həll olmayacaqdır.
Bütün İlahi dinlərin əsasını bu təşkil edir. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 640 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

"Təlqin verilən, mənimlə birlikdə təlqini təkrar edir...”

 Ayətullah Seyyid Abbas Kaşani buyurur: "Alimlərlə bir yerdə Ayətullah Birucerdinin cənazəsini mənzilindən məscidə qədər müşayiət etdim. Torpağa dəfn etmək üçün ancaq alimlərə və mərcəyi təqlidlərə yol verirdilər. Yol, qalan insanlar üçün bağlı idi. Mən də alimlərlə bir yerdə daxil oldum.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 605 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsanın hər bir əməli özünə qayıdır

Hər bir insan bu dünyada özü üçün quyu qazar. Qəbirini özü darlaşdırar. Bir gün Peyğəmbər (s) bir qəbiristanlıqdan keçirmiş və sağ olanlara buyurur: "Bu ölülərin bir çoxu ki, bu qəbiristanlıqda dəfn olunublar, qəbirlərini dişləri ilə qazıblar”. Bu, bir kinayə idi və Həzrət (s) onların çox yeyən olduqlarına işarə edirdi. Çox yediklərinə görə mədə xəstəliyinə düçar olur, nəfəsləri darlaşdı. Mədə qəlbə yaxın olduğu üçün rahat hərəkət edə bilmədiyindən həmin təzyiqlərə tab gətirə bilmirdi.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 745 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Suаl: Nә üçün Аllаh şеytаnı insаnа qаlib еtdi?

Cаvаb: Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.
Sual-cavab | Baxis: 982 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-10-02 | Reytinq: 2.0/1 | Serhler(0)

Həqiqi mömin olmaq üçün lazım olan xüsusiyyətlər

Mömin o kəsə deyilir ki, imanlı olsun. Ancaq Quranın nəzərinə görə mömin o kəsdir ki, qəlbi imanla yanaşı ona uyğun gələn əmələ də malik olmalıdır. Yəni, insanın həm qəlbi imanı, etiqadı olmalıdır, həm də bu inanca uyğun əməl də etməlidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 709 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Cinlərdən qorxmaq lazımdırmı?

 İnsanlar tarix boyu tanımadıqları bu varlıqlara qarşı müxtəlif reaksiyalar nümayiş etdirmişdilər. Bu əqidələr qəlblərdən-qəlblərə ötürülərək, bizim nəslə qədər gəlib çatmışdır. Onların nəzərinə görə cinlər biz insanlara daima ziyan vurur və əziyyət verirlər. Nə zaman əlacsız xəstəliyə düçar olsalar, onu cinlərə nisbət verirlər.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 740 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 1.0/1 | Serhler(0)

Paxıllıq insanı haralara sürükləyərmiş...

 Paxıllıq qorxulu bir xəstəlikdir ki, bəzən bu xəstəliyin atəşi insanın özünü yandırar. "Əlzuil-lamə” adlı kitabda paxıllıq haqqında maraqlı bir əhvalat nəql edilir: "Bağdadda bir kişi yaşayırdı. Qonşularından birinə paxıllıq edirdi. Var gücü ilə onun əleyhinə işlər görürdü. Ancaq ona ziyan vura bilmirdi. Kiçik yaşlı bir qul alır və onu tərbiyə edir. Nəhayət bu qulu yeniyetmə olur. Bir gün quluna əmr edir ki, onu həmin qonşusunun damında öldürsün və bu yolla da qonuşusunu qətl işlətdiyi üçün tutub, edam etsinlər. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 669 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Bəsirəti açan və bağlayan əməllər

"Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).
"Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. ("Həcc” 46).
"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 770 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual

Mərhum Feyz Kaşani "Vafi” və "Şafi” adlı kitablarında belə yazır: "Quranın ən çox bəhs etdiyi peyğəmbərlərdən biri olan Həzrət İbrahim (ə) əyləşmişdi. Ölüm mələyi onun yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 827 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Var-dövlətə görə insanlara ehtiram qoymaq olmaz

"Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. ("Kəhf” 28).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 754 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Quşun dimdiyindən dənizə düşən damcı nəyi simvolizə etdi?

Allah bütün ailəmlərin rəssamıdır. Onun xəql etdiyi hər bir şey gözəldir. Allah Təala Özü haqqında buyurur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır”. ("Səcdə” 7). Bunun da səbəbi odur ki, xəlq edənin özü gözəldir. Bu rəssamın çəkdiyi hər bir təsvir hikmətlə edilir və onda heç bir qüsur yoxdur, O, səhv edə bilməz.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 640 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Cavan, atasının borclu olub-olmamasını necə bildi?

İmamların (ə) elmi kamildir. Allah onlara elə bir mənəvi qabiliyyət vermişdir ki, digər bütün insanlardan fərqlidir. Əhli-beyt (ə) davamçısı olan bir cavan Musa ibni Cəfərin (ə) yanına gəlir və deyir: "Ey ibni Rəsulallah! Mənim ailəmin etiqadı sizinki ilə fərqlənirdi. Sizi İmam hesab etmirdilər.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 678 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Ən möminlər – insanlarla ən xoşrəftar olanlardır

 İnsanın mənəvi inkişaf və kamala çatması üçün əxlaqi fəzilətləri inkişaf etdirmək lazımdır. Əxlaqlı insan mənəvi dəyərlərlə bəzənər və bütün varlıqlardan üstün olduğunu sübut edər. Qurani-Kərim insanın özünü tərbiyə etməsinə xüsusi əhəmiyyət verir.  
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 731 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Bir arifin və bir filmin hekayəsi

Bir arif belə nəql edir: "Məni bir evə qonaq dəvət etdilər. Mən onları yaxşı tanımırdım. Nahar yeyəndən sonra təklif etdilər ki, istəyirsinizsə bir filmə tamaşa edək. Dedim, ixtiyar sizindir, ancaq bilmirdim ki, onlar hansı filmə tamaşa edəcəklər. Ev sahibi bizim üçün xarici bir əxlaqsız film nümayiş etdirdi. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 692 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

1-50 51-100 ... 151-200 201-250 251-300 301-350 351-400 ... 2901-2950 2951-2987