Cümə günü, 2024-04-26, 8:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Fikri vəsvəsəliyi necə müalicə edək?
2013-10-15, 5:54 AM

Fikri vəsvəsəliyi necə müalicə edək?

  Vəsvəsəlik - şeytanın tələlərindən biridir. Ancaq eyni halda təbii bir məsələdir ki, əgər ona  düzgün yanaşılarsa, rahatlıqla həll olar. Əlbəttə diqqət etmək lazımdır ki, onun müalicəsi zaman alacaqdır. Gərək yavaş-yavaş, tədricən olsun. (Tebyan)

Məsumlardan (ə) başqa insanların əksər hissəsi fikirlərində, əqidələrində, əməllərində vəsvəsəyə düçar olurlar. Gah Allahın varlığına şəkk edərlər, gah rəhmətinə şəkk edərlər, yaxud əhkam məsələlərində şübhəyə düşərlər. Bu insanlar Allahdan yardım diləyərək, səbir və müqavimətlə bu hisslə mübarizə aparar və öz adi həyatlarına qayıdarlar.

 

Vəsvəsə ilə mübarizə üçün atılan ilk addım - onun kökünü tapıb, mənşəyini tanımaqdır. Bəzi vəsvəsələrin mənşəyi dini məsələləri yanlış anlamaqda və düzgün təhlil edə bilməməkdədir. Bu zaman agah insanlara sual verməklə və onlarla bu zəif nöqtələr haqqında danışmaqla həmin səhvimizi aradan qaldıra bilərik.

 

Etiqadda iki cür şəkk olur: biri müvəqqətidir ki, yəqinin zəminəsidir. İkincisi isə daimi və həmişəlikdir. Daimi şəklər ruhun xəstəliyidir. İnsanı və cəmiyyəti təhlükəyə atar. Ona görə də diqqətlə müalicə olunmalıdır. Yəqin və elm insan ruhuna rahatlıq verər və təkamül etdirər. Ancaq şəkk və şübhə isə iztiraba gətirib çıxardar və insanı təkamüldən saxlayar. Ona görə də İslam dini şəkki şirkə bərabər tutmuşdur. Filosoflar ona görə əqidələrdəki şəklərlə mübarizə aparır və xəstəliyi müalicə etməyə çalışırlar.

 

Ancaq o şəklər ki, yəqinin zəminəsidir, qeyri-mümkün deyildir, bəlkə ağlın və fikrin büluğa başlamasının nişanəsidir. Belə ki, insan cismi büluğa çatdığı kimi, fikir və əqidə cəhətdən də büluğa çatır. Fikri büluğ cismi büluğ çağından başlayır, 40 yaşına qədər davam edir. Molla Sədra bu fikirdə idi ki, insanda ilk əvvəl maddi və cismi büluğ başlayır. Ancaq ruhi və mənəvi büluğ cisim kamil olandan sonra inkişaf etməyə başlayır.

Belə görünür ki, cavanlarımızın bu yaşda şəkk və şübhəyə düşmələrinin səbəbi bu nöqtəyə qayıdır. Yəni, büluğ çağında ağıl da fəaliyyət göstərməyə başlayır. Çünki indiyə qədər onun bildikləri maddi məsələlər idi. Mənəvi məsələlər haqqında anlayışı yox idi və ya kamil deyildi.  

 

Büluğ çağı ağlın təkamülə tərəf irəliləməsinin başlanğıcıdır. İstəyir ki, öz əqidəsinin dərinliklərinə nüfuz etsin və hər şeyi öyrənsin. Ona görə də çox sayda sualla rastlaşır. Ancaq biz demirik ki, bu, yaxşı bir şeydir və müalicə olunmamalıdır, xeyr. Bəlkə onu demək istəyirik ki, bu cür vəsvəsələrdən qorxmaq lazım deyildir. Diqqətlə və nigaran olmadan müalicə oluna bilər.

Bunu qeyd etmək lazımdır ki, şəkk və şübhə halına görə nigaran olmaq hissi, ruhun sağlam olmasının nişanəsidir. Hədislərin buyurduğu kimi, xalis imanın əlamətidir. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Rəsulallah! Mən həlak olmuşam”. Həzrət Peyğəmbər (s) buyurdu: "Şeytan sürətlə gəldi və sənə dedi ki, kim səni xəlq etmişdir və sən dedin ki, Allah. O, sənə dedi ki, bəs Allahı kim xəlq etmişdir?”. Kişi dedi: "Düzdür, ya Rəsulallah!”. Həzrət (s) buyurdu: "Bu, xalis imandır”.

Bəzi vaxtlar günah əqidəni süstləşdirər və vəsvəsəyə salar. Bu zaman Allaha yalvararaq, günahlarımıza görə istiğfar edərək, bu vəsvəsədən nicat tapa bilərik.

Bəzi vaxtlar isə zəif iman və öz nəfsinə etimad etməmək vəsvəsəliyə səbəb olar. Ona görə də imanı gücləndirib, özünə inamı artırmaq lazımdır.

 

Bu vəsvəsələrdən necə xilas olaq?

İnsan əgər boş olarsa, belə fikirlər sorağına çox gələr. Ona görə də çalışın ki, düzgün bir proqramınız olsun. Bu proqram bütün gündüzünüzü və gecənizin bir hissəsini doldura bilsin. Mütaliə, ev təmizliyi, dostlara yardım etmək, idman və s. ilə məşğul olun. Nə zaman boş olsanız, özünüzü məşğul etməyə bir şey tapın.

Nə zaman pis fikirlər sorağınıza gəlsə, fikrinizi başqa bir məsələyə cəm etməyə çalışın. Əgər sizdən əl çəkməsə, deyin: "Qurtar”. Sonra da başqa bir şey fikirləşməyə çalışın. Əksər halda bu vəsvəsələr insanı Allahdan uzaq salır və ibadəti unutdurur. İnsan gərək belə hücumlara qarşı laqeyd olsun və onun yerinə Allahı zikr edib, xilqət haqqında düşünməyə çalışsın. Özünüzə təlqin edin ki, mən bu şəklərdən xilas ola bilərəm. Öz əqidəmə tamamilə inanıram.  

Allah bu nəcib işdə cəmi insanlara yardımçı olsun.

 

/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 929 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]