Cümə axşamı, 2024-04-25, 10:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quranı necə oxumaq barədə tövsiyələr
2013-10-13, 6:02 AM
Quranı necə oxumaq barədə tövsiyələr

Quran insana nəsihət verir, qəlbdəki günahları yuyur. Quran oxumaqla hidayət nuru qəlblərimizi aydınladır. Bu Qurandır ki, həm insanlara və həm cəmiyyətə İlahi neməti nazil edir. (Tebyan)
İmam Əli (ə) buyurur: "Qurandan qəlb xəstəliklərinizin şəfasını diləyin. Ondan problemlərinizin həlli üçün kömək diləyin. Həqiqətən, Quranda böyük bəlaların şəfası vardır”.
Quran - axırıncı səma kitabıdır. Quran – ruhi, ictimai və əxlaqi xəstəliklərin müalicəsi üçün reseptdir. Oxumaqla yanaşı, onun haqqında həm də düşünün.
Quran oxumaq üçün bəzi tövsiyələr:
1. Quranı düşünərək, oxumaq. Quran buyurur: "Bəs məgər onlar bu Quranın (maarifi) barəsində düşünmürlər?!”. ("Nisa” 82). Quran insanları vəzifələndirmişdir ki, Quranın həqiqətləri haqqında mütaliə edib, düşünsünlər. Kor-koranə təqlidlərdən çəkinsinlər. Çünki Quran hamı tərəfindən dərk edilə bilən bir kitabdır.
2. Diqqətlə oxumaq. Allah buyurur: "Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!” ("Muzəmmil” 4). İmam Əli (ə) bu ayənin təfsirində buyurur: "Yəni, Quranı yaxşı bəyan et və onu bir şeir kimi tələsik oxuma. Çınqıl kimi onu dağıtma və qəlbini onunla qorxuya sal”.
3. Quranı hüznlə oxumaq. Quran nəfsə təsir etmək üçün nazil olmuşdur. Ona görə onu gözəl avazla oxuyun. İmam Sadiq (ə) buyurur: "Quran həzin nazil olmuşdur, ona görə də Quranı həzin qiraət edin”.
4. Quranı oxumamışdan qabaq Allaha pənah aparmaq. Allah Təala buyurur: "Quran oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar”. ("Nəhl” 98). Quranın insana nurani təsirini artırmaq üçün maneələri aradan qaldırmaq lazımdır. Allah Təala buyurur ki, Quran oxuyarkən şeytandan Mənə pənah gətirərək, təkəbbürü, təəssübü və qüruru özünüzdən uzaq edin ki, şeytanın taleyinə şərik olmayasınız.
5. Behişt və cəhənnəmi xatırlayaraq. Behiştə aid ayə oxuyan zaman sevinək və Allahdan ora getməyi istəyək. Cəhənnəm ayələrinə çatan zaman isə narahat olaq və Allaha pənah aparaq. İmam Sadiq (ə) buyurur: "Tilavətin mənası odur ki, o yerdə ki, behiştdən və ya cəhənnəm atəşindən söz düşərsə, orada dayan”.
6. Təharətli olmaq. Quran buyurur: "Bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz” ("Vaqiə” 79). Bu ayəyə görə həm zahiri təharət, yəni: dəstəmaz və qüsl və həm də mənəvi təharət, yəni müsəlman olmaq şərtdir.
7. Quran oxumamışdan qabaq misvak etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Quranın yolunu pakizə edin”. Soruşdular: "Quranın yolu nə deməkdir?”. Buyurur: "Ağzınızı”. Soruşdular: "Nə ilə?”. Buyurdu: "Misvakla”.
8. Quran oxuyan zaman ayaqlarımızı uzatmayaq və İslami ədəbə riayət edək.
9. Tilavətdən əvvəl salavat çevirək və dua oxuyaq.
10. Quranı eşidən zaman sakit olaq və ona qulaq asaq.
11. Quranı pakizə və təmiz saxlayaq. Onu münasib yerdə saxlayaq.
12. Quran oxuyan zaman onu yerdən hündürdə, məsələn əllərin üzərində saxlayaraq, oxuyaq.
13. Quranı oxuyub qurtarandan sonra dua edək.
14. Qiraətin sonunda deyək: "Sədəqəllahul-aliyyul-azim”.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 936 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]