Bazar günü, 2024-12-22, 5:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Paltarın çox olması israfdırmı?
2013-10-06, 1:11 PM
Paltarın çox olması israfdırmı?

İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: "Bəli”. Deyir: "Bəs 20 köynək necə?”. Buyurur: "Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən”.
Paltarın əhəmiyyəti.
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın haqqı vardır ki, özünü örtmək üçün paltara malik olsun”. Paltar insanın ehtiyacı olan bir şeydir. Həzrət (s) başqa yerdə buyurur: "Bədən üç şeyə sevinər: xoş ətirə, yumşaq paltara və bal yeməyə”.
İmam Əli (ə) buyurur: "Paltar gözəlliyi nümayiş etdirir”. Başqa yerdə buyurur: "Pakizə paltar qəm və qüssəni aradan aparar və namaz üçün də lazımlıdır”.
Geyinmək qaydası.
Həzrət Peyğəmbər (s) buyurur: "Rahat və yüngül ayaqqabı geyinin. Əhli-kitab kimi olmayın”. Həmçinin buyurur: "Yaxşı ayaqqabı və pakizə paltar geyinin”. Və: "Nə zaman ayaqqabı və paltar almaq istəyirsən, onun yenisini seç”.
Bu hədislərdən belə nəticə çıxartmaq olur ki, müsəlman təmizliyə və nəzafətə riayət etməli, paltar alan zaman yaxşı cinsi seçməlidir. Sadə yaşamalı və təmtəraqdan uzaq olmalıdır. Həzrət (s) buyurur: "O zaman ki, paltarını çıxardırsan, "Bismillah” deyin. Paltarınızı çıxarandan sonra onu çırpın”.
İmam Əli (ə) buyurur: "O kəs ki, həyatını davam etdirməyə meyillidir, yaxşı ayaqqabı və rahat paltar geyinsin”. İmam Sadiq (ə) buyurur: "Hamama gedəndən sonra ki, paltarını geyinirsən, de: "Allahım! Mənə təqva paltarı geyindir və pisliklərdən uzaq et”. Əgər bu cür edərsən, hər bir dərddən amanda olarsan”.
Hədisi nəql edən yazır: "İmam Rza (ə) paltarını sağ tərəfi ilə geyinərdi. Əyninə təzə paltar geyinən zaman içində su olan kasaya 10 dəfə "Qədr”, 10 dəfə "Tövhid” 10 dəfə” Kafirun” surəsini oxuyardı. Sonra həmin suyu paltarının üzərinə səpərdi. Bu zaman buyurardı: "Hər kim yeni paltar geyinməmişdən qabaq belə edərsə, həyatı naz və neməti içində olar. O zamana qədər ki, həmin paltarın ipi qalmış olsun””. (Yəni, o zamana qədər ki, paltarı dağılmış olsun).
İmam Sadiq (ə) buyurur: "İsrafın ən az həddi yersiz yerə rəsmi paltardan istifadə etməkdir”. Buyurur: "Hər kim sarı ayaqqabı geyinərsə, davamlı olaraq, sevinc içində olar. O zamana qədər ki, dağılar”.
Həmçinin buyurur: "Yaxşı olar ki, əza sahibi əba geyinməsin. Əyninə elə köynək geyinsin ki, tanısınlar. Yaxşı olar ki, qonşuları onu üç gün qonaq aparsınlar”. Bu hədis əza sahibinin adi paltar geyinməməsinə bir işarədir.
Beləliklə deyə bilərik ki, paltar insanın ehtiyacı olan bir şeydir və müsəlman həmişə təmiz və pakizə paltar geyinməlidir. Təmtəraqlı və təkəbbürlü paltarlardan uzaq olmalıdır.
 
(Tebyan/ Deyerler.org)
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 969 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]