Bazar ertəsi, 2024-05-06, 5:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Havayi-nəfsə qarşı ən gözəl silah
2013-10-03, 6:38 AM
Havayi-nəfsə qarşı ən gözəl silah

 İslam dini bizə öyrədir ki, dünya və axirət hədəflərinə çatmaq üçün insanın daxilində dəyişiklik baş verməlidir. Əgər bu cür dəyişiklik bir İslami cəmiyyətdə yaranmazsa, qəlblər Allahla tanış olmazsa, Allah yolu ən üstün yol kimi seçilməzsə, İslam cəmiyyətlərinin problemləri həll olmayacaqdır.
Bütün İlahi dinlərin əsasını bu təşkil edir. Ona görə bizim vəzifəmiz aydındır – havayi-nəfsimizlə mübarizə aparmalıyıq. İmam Səccad (ə) buyurur: "Sizin tərəfinizdən gələn bəla dua vasitəsilə dəf olar və həmçinin gəlməyən bəlalar. Yəni əgər dua etməsəniz, o bəla sizə diqqət edəcəkdir”.
 
Allah Təala insana elə vasitələr vermişdir ki, onun köməyilə öz ehtiyaclarını aradan qaldıra bilər. Bəs bu vasitə nədir? Allah Təaladan istəməkdir. Duada olan ən mühüm şey isə maarifdir. Bu o dualardır ki, Məsumlardan (ə) bizə çatmışdır. İmam Səccad (ə) duaları "Səhifeyi-Səccadiyə” kitabında toplamışdır. Bu kitabda çox sayda İlahi və İslami maarif vardır. Bu kitabda xalis tövhid vardır. Bu kitabda Əbu Həmzə Somalinin, Kumeylin duaları vardır. Bu kitabda həqiqətlər dua şəklində bəyan edilmişdir.
İmam Səccad (ə) - nuraniyyət mərkəzi, mənəviyyat və kamal mədənidir. İmam (ə) gecə yarısı namaz qılar və üzünü Allaha çevirib buyurardı: "Pərvərdigara! Mən nəfsimə görə, zəiflərimə və nöqsanlarıma görə Sənin yanında xəcalətliyəm. Öz nəfsimə qəzəblənmişəm. Səndən razıyam”. Bu cümləni Allaha İmam (ə) buyurur və bu İmam (ə) elə bir kəsdir ki, o, xata və günah işlətməz, nəfsinə hakimdir. Bu kamil insan nümunəsidir. Çünki insan nə qədər uca məqama malik olsa da, yenə dönüb, özünə baxır və nöqsanlarını görərək, Allahdan həya edir. Onlar məhz bu xüsusiyyətlərinə görə o cür ali məqama çatmışdılar.
Gözünü özünün zəif cəhətlərinə yuman insan isə məğrur və təkəbbürü üzündən, zəiflərini görməməzliyə vurar. Bu insanlar qəlblərində olan kiçik xeyirlə qənaətlənərlər. Bəs belə kamala çatmaq olarmı? Xeyr, əlbəttə ki, xeyr. İnsanı xoşbəxt edən o şeydir ki, səhvlərini və eyblərini görsün. Nəfsinə qalib gələ bilsin və bu yolda İmamları (ə) özünə örnək tutsun.
Bunu da qeyd etmək lazımdır ki, İmamlar (ə) elədikləri duanı bizə təlim vermək məqsədilə etmirdilər. Onlar əslində həqiqəti deyirdilər. İmam Səccad (ə) buyurur: "Sizin muzdunuz və sizin ömrünüzə münasib olan qiymət - ancaq behiştdir. Ona görə də axirət əcr və savabı üçün iş görün”.
İmam (ə) bu nurani sözləri ilə bir insanlara öyrədir ki, insanlığın məqamı ucadır. Həqiqi insanın yeri şübhəsiz ki, behiştdir və bundan azı olsa, ona zülm olardı. Ona görə də həqiqi insan olmağa çalışaq və nəfsimizə qalib gəlməyə çalışaq ki, bunun yollarından biri də Allahdan istəmək və dua etməkdir. Duanı yaddan çıxartmayaq. Necə ki, Allah bizləri bir an belə yaddan çıxartmır.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 638 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]