Bazar ertəsi, 2024-05-06, 0:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bir arifin və bir filmin hekayəsi
2013-09-28, 5:47 AM
Bir arifin və bir filmin hekayəsi

Bir arif belə nəql edir: "Məni bir evə qonaq dəvət etdilər. Mən onları yaxşı tanımırdım. Nahar yeyəndən sonra təklif etdilər ki, istəyirsinizsə bir filmə tamaşa edək. Dedim, ixtiyar sizindir, ancaq bilmirdim ki, onlar hansı filmə tamaşa edəcəklər. Ev sahibi bizim üçün xarici bir əxlaqsız film nümayiş etdirdi. Mən də bu filmdən bir parçaya baxdım. Sonra çox pis oldum və ayağa qalxıb, salonun bir küncündə ağlamağa başladım. Ev sahibi filmi söndürdü və mənim bu göz yaşları tökməyimin səbəbini soruşdu. Dedim: "Bu filmdə nümayiş etdirilən qadınlar və kişilər çox gözəldir. Ancaq mən ona görə ağlayıram ki, Allah hər şeyi gözəl yaratmışdır. Bu insanlar isə gözəl batinlərini gözəl zahirlərinə uyğunlaşdırmayıblar. Ürəyim bu insanlara yandı ki, onlar göz görə-görə cəhənnəmə gedirlər. Sonra da ürəyim sizin üçün yandı ki, bu qədər gözəlliklər ola-ola niyə günahkarları seçmisiniz. Əgər icazə versəniz, yanımda bir video kaset var, ona tamaşa edək”. Ev sahibi razılaşdı. Həmin diski qoydu və bu İmam Hüseynin (ə) 40 mərasimində minbərdə xütbə deyən alimlərdən birinin çıxışı idi. Bu çıxışa qulaq asan zaman  ev sahibi və ailəsi göz yaşlarını saxlaya bilmirdilər. Onlar Peyğəmbər (s), İmam Əli (ə) və İmam Hüseyn (ə) haqqında deyilənlərə diqqətlə qulaq asırdılar. Sonra onlara dedim: "Siz Əhli-beyti (ə) və Quranı tərk etmisiniz. Baxdığınız şey dəri üzərindəki gözəllikdir. Siz Əhli-beytin (ə) gözəlliyini yüngül dəri gözəlliyi ilə dəyişmisiniz?”. Mən ayağa qalxdım və getmək istədim. "Ev sahibi qabağımı kəsib dedi: "Bu diski bizim üçün qoyun və xarici diskləri də sizə verək, aparıb yandırın. Biz artıq sizin sözlərinizdən nəsihətimizi aldıq. Gözəlliyin əsl mənasını dərk etdik””.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 692 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]