Cümə axşamı, 2024-05-02, 5:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files

Total entries in catalog: 2987
Shown entries: 151-200
Pages: « 1 2 3 4 5 6 ... 59 60 »

İMANIN ƏSASLARI
İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul etmək dinin sütunlarındandır. Bu buyuruqların ən mühümü «üsuli-din», yəni dinin əsasını təşkil edən tövhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs qalan buyuruqlar necə?
Tövhid | Baxis: 1073 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-28 | Reytinq: 0.0/0 | Serhler(1)

İMAN NƏ VAXT NİCATVERİCİDİR?

Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir. Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 722 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi

Həbib - Məzahir ibni Əştər ibni Cəxvanın oğludur. O, Kufənin tanınmış simalarından olmuşdur. Bəni-Əsəd qəbiləsindəndir. (Erfan)
Kələbinin verdiyi məlumata görə Həbib – Həzrət Peyğəmbərin (s) səhabəsi olmuşdur. Tarixçilərin yazdığına görə, İmam Əlinin (ə) zamanında Kufədə yaşayırmış. O, İmam Əlinin (ə) yaxın tərəfdaşlarından olub, bütün müharibələrdə onunla bir yerdə qılınc vurmuşdu. Həbib İmama (ə) o qədər yaxın idi ki, sirr səhabələrindən sayılırdı. Yəni, Həzrətin (ə) elmindən xəbərdar idi.
Cəfəri məktəbinin əsasları | Baxis: 975 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/1 | Serhler(2)

Ölənin yaxınları cənazəni torpağa basdırıb qayıdanda, mələk bir ovuc torpağı onların ardınca atar...

  Dünyanı bir körpüyə bənzədirlər. İmam Baqir (ə) buyurur: "Dünyanı çayın üzərində olan körpü qərar verin ki, onun üzərindən keçirsiniz. Ruzigarın sonuna qədər ona tərəf qayıtmayacaqsınız”. (Tebyan)
Məad | Baxis: 2471 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/3 | Serhler(6)

Həzrət Peyğəmbərin (ə) ailəsi ilə rəftarı

 Əziz Peyğəmbərimiz (s) əxlaqı bütün bəşər üçün bir nümunədir. İnsanın ailəsinə göstərdiyi gözəl rəftarı, əxlaqı o Həzrətin (s) təkamül yolunda əldə etdiyi nailiyyətlərdən xəbər verir. O kəs ki, ailə üzvlərinə qarşı xoş rəftar göstərərsə, deməli, ümumiyyətlə xoş əxlaqlı insandır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 712 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/2 | Serhler(1)

Niyə insan çox vaxt bildiklərinə əməl etmir?

 Niyə insan çox vaxt bildiklərinə əməl etmir? Ola bilsin ki, bunun səbəbi - bildiklərimizə  lazımlı qədər diqqət etməməyimizdir. Bəzən bildiklərimiz diqqətimizin  mərkəzində olur və həmişə zehnimizdədir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 640 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 0.0/0 | Serhler(0)

 "Bismillah”ın bərəkəti ilə nicata çatmaq

Allah Təala insanlara hər bir işini "Bismillah” ilə başlamalarını öyrətmək üçün həm Quranı və həm də surələri "Bismilləhir Rahmənir Rahim!” cümləsi ilə başlamışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir iş əgər Allahın adı ilə başlamazsa, həmin iş sona çatmaz”. (Tebyan)
Tövhid | Baxis: 828 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Bəyənilən və bəyənilməyən zarafatlar

Zarafat etmək - gülüş gətirən amillərdən biridir. Zarafat edən zaman istəyirik ki, quru və soyuq mühitdə bir canlılıq yaradaq, sevinc yaradaq. Bəzən də bəziləri insanları təhqir etmək üçün zarafat edərlər. Ona görə də bu zarafat bəzən göz yaşına çevrilir. Zarafat öz simasını itirir. (Tebyan)
Zarafatın əsl siması - tövazökarlıqdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 683 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Riyanı müalicə etmək üçün əməli tövsiyələr

  Bir çoxlarımızın düçar olduğumuz əxlaq rəzilliklərindən biri - riyadır. Əks mənası - ixlasdır. Riya insanın yaxşı əməllərini məhv edər. Behiştə daxil olmaq üçün əməl xalis olmalıdır. Ona görə də o əməl ki, riya ilə bir yerdə olar, Allah tərəfindən qəbul olunmaz. (Tebyan)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 634 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəlbi diri saxlamaq üçün lazım olan zikrlər

  Həzrət Peyğəmbər (s) buyurur: "سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر ("Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)” zikrini çox deyin. Çünki Qiyamət günü bu zikrlər qarşıdan və arxadan mühafizə olunan mələklərlə gələcəklər”. (Tebyan)
Tövhid | Baxis: 1167 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/2 | Serhler(1)

İnsan varlığının 4 tərkibi
 
İnsan - Quranın buyurduğu kimi, İlahi əmanətdir. O, Allahın gözəl adlarını bilir, hidayət oluna bilir və kəramətə malikdir. "Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 870 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytanla İblis bir-birindən nə ilə fərqlənir?

 Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur. (Tebyan)
Sual-cavab | Baxis: 1119 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-19 | Reytinq: 5.0/3 | Serhler(1)

Məhərrəmliyin ideal əzadarlığı
 
Əba Abdullah (ə) əzadarlığı Həzrət Adəmlə (ə) Həvvanın (ə) xəlq olunduğu günə və hətta ondan da əvvələ təsadüf edir. O zaman ki, Cəbrayil (ə) Allahın tərəfindən ona varlıq aləminin ən gözəl adlarını öyrədirdi. 
İmam Hüseyn (ə) | Baxis: 965 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə "Aşura” ziyarətində bu qədər lənət vardır?

 
Lənət haqqında demək olar ki, mənası İlahi lütfdən uzaq olmaqdır. Quranda kafirlər və zalımlar da lənət olunmuşdular. Belə ki, Quran buyurur: "Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır”. ("Əhzab” 64).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 937 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-15 | Reytinq: 5.0/1 | Serhler(0)

İblisin (lən) yolunda olan ən böyük maneə

  İblis lənətliyin bu dünyada gördüyü ilk iş - insanı üsyana və itaətsizliyə təşviq etməkdir. Ancaq əgər insan onun bu dəvətini qəbul etməsə, şeytan heç bir zaman ona hakim ola bilməz.(Tebyan saytına istinadən)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 848 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Məhərrəm - eşq, məntiq və ağıl məktəbidir

Məhərrəm bizlərə öyrədir ki, insan həyəcanlı halında belə aqilcəsinə rəftar edə bilər. Məhərrəm - eşq məktəbidir, məntiq və ağıl məktəbidir. Bu məktəbi İmam Hüseyn (ə) məktəbindən savayı heç bir yerdə görmək olmaz. Bu, elə bir məktəbdir, ki, həm Seyyidüş-şühəda (ə) bizə dərs verir və həm də vəfalı dostları və tərəfdaşları. (Tebyan)
İmam Hüseyn (ə) | Baxis: 897 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 1.0/1 | Serhler(0)

Düzgün dua etməyi peyğəmbərlərdən (ə) öyrənək

  Dua insanın çətinliyə düşən zaman ən böyük silahıdır. İnsan dua vasitəsilə Uca və Qadir olan Allaha diqqət edir və Ondan istəyir ki, çətinliklərini asan etsin və ona yardım etsin. Bunu nəzərə almaq lazımdır ki, duamızın yerinə yetməsi üçün düzgün dua etməyi bacarmalıyıq. Buna görə də Allahın seçilmiş bəndələrinin dualarına nəzər salaq və onlardan ibrət alaq. (Tebyan)
 
Dua ibadətin məğzi və ruhudur | Baxis: 1306 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 1.0/1 | Serhler(2)

İmam Əli (ə): "4 nöqtəyə riayət etsən, aqibətinin xeyirli olmasını təmin edərəm”

  İnsanlara bir yaxşılıq edən zaman onlar əllərini qadlırıb bizim üçün dua edərlər: "Allah sənin aqibətini xeyirli etsin!”. Bəs aqibətin xeyirli olması nə deməkdir? (Tebyan)
İmam Əli (ə) "Nəhcul-bəlağə”nin 69-cu xütbəsində buyurur: "4 nöqtəyə riayət etsən, aqibətinin xeyirli olmasını təmin edərəm”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 486 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 0.0/0 | Serhler(0)

Dünya məhəbbəti - hər bir səhvin başıdır

  Bağışlayan və Mehriban Allah bizə çox yaxındır. Ancaq biz Ondan uzağıq. Onu səhralarda, dağlarda və ya səmalarda axtarmaq lazım deyildir. O, insanın olduğun hər yerdə vardır. O, Qaim, Qəyyum və Heyydir. Eşidir və görür.  Allah buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam”. ("Bəqərə” 186).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 595 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Hüseynin (ə) qiyamında və Həzrət Məhdinin (ə.f) zühurunda oxşar cəhətlər

İmam Zaman ağanı (ə.f) İmam Hüseynə (ə) çox bənzədirlər. Əhli-beyt (ə) davamçıları elə bir Aşuranın və Kərbəlanın intizarındadır ki, İmam Zaman ağa (ə.f) ilə bir yerdə gələcəkdir. (Tebyan)
İmam Hüseyn (ə) | Baxis: 1084 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-13 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam (ə) buyurdu ki, sui-zənn etdiyin o cavanı razı salmalısan
 
  Seyyid Muhəmməd Ətaran nəql edir: "Aşura günü sinə vuranların arasında idim. Və gözəl cavan oğlanlardan biri sinə vuraraq qadınlara tərəf baxırdı. Mən taqət gətirmədim və qeyrət edib ona sillə vurdum. Onu sinə vuranların cərgəsindən çıxartdım. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 707 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Səccad (ə) əsir ola-ola Kərbəlaya necə gəldi? İmam Hüseyni (ə) necə dəfn etdi?

  Məsumların (ə) həyatı sirlərlə və möcüzələrə dolu olan bir həyatdır. "Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır”. ("Ənam” 103).
Əlbəttə, o kəslər ki, pakdırlar və qəlbləri hər cür xata və günahdan məsumdur, dünyanın çox sayda həqiqətlərini görməyə qadirdirlər. İlahi peyğəmbərlər (ə), İmamlar (ə) və övliyalar o kəslərdir ki, mənəvi məqamlarına görə bu səlahiyyətə layiq olmuşdular. 
Cəfəri məktəbinin əsasları | Baxis: 955 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Hüseynə (ə) əza saxlayan hindlini od yandırmadı

 Cəhənnəm atəşi dünya atəşindən daha güclüdür və bu cür atəşi İmam Hüseyn (ə) sevgisi söndürə bilər. Cəhənnəm atəşindən zəif olan dünya atəşinin insanı yandırmaması da təəccüblü görünməz. (Tebyan)
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 780 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 5.0/1 | Serhler(0)

Mömin adam dünyasını dəyişmək istəməyəndə, Ölüm Mələyi nə edər?

İmam Sadiq (ə) buyurur: "Əgər insanlar Allahı tanımağın və mərifətinin əzəməti və nuraniliyindən agah olsaydılar, bu cür yaşamazdılar”. (Erfan)
İnsanların əksər hissəsi bu elmi öyrənmir və öyrənməyə də cəhd etmirlər. Halbuki, Allah onlara ağıl və qəlb vermişdir. Onlara 124 min peyğəmbər, 12 İmam (ə) və Quran göndərmişdir.
Məad | Baxis: 814 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Mənfi və müsbət göz yaşları

 Məsum İmamlar (ə) biz Əhli-beyt (ə) davamçılarını həmişə Əba Abdullah (ə) müsibətinə ağlamağa təşviq etmişdilər. Ona görə də vəhy əhlinin müsibətinə ağlamağın, xüsusilə də İmam Hüseyn (ə) müsibətinə ağlamağın çox mühüm əhəmiyyətə malik olması bəlli olur. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 660 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Yuxu 3 cürdür: Allahın möminə verdiyi vəd, şeytanın atdığı qorxu və qarışıq yuxular

Yuxu aləmi elə bir aləmdir ki, Quranda da ona işarə edilmişdir. Yuxu - Allahın varlığının və qüdrətinin nişanlərindəndir. İmam Sadiq (ə) Mufəzzil adlı şagirdinə belə buyurur: "Ey Mufəzzil! Yuxuda gördüklərinə görə düşün. Bəzən yuxular doğrudur, bəzən də əsassızdır. Nəticədə insanlar gördükləri yuxu vasitəsilə öz xeyirlərinə hidayət olarlar. Ya da mövzunun ziyanlı olmasını görüb ondan uzaqlaşarlar”. 


Yuxular | Baxis: 716 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Kin və nifrəti aradan aparmağın 5 üsulu

 
 Quran ayələri və Məsumlardan (ə) gələn hədislər bizə həmişə səadət yolunu göstərmişdir. Bu tövsiyələr və göstərişlər içərisində kin və nifrətlə mübarizə aparmağın da yolları bəyan edilmişdir. Bu tövsiyələrdən istifadə edərək, həyatımızda rahatlığa çata bilərik. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 665 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

İftira yağdıran və böhtan atanın yeri cəhənnəmdir

  Böhtan və töhmət başqasının razı olmadığı şey haqqında yalan deməkdir. Başqa sözlə desək, başqasına yalanı nisbət verməkdir. Yəni, həmin şəxs bu günahı işlətməmişdir, ancaq yalan danışaraq, onu bu günahla ittiham edirsən. Ya onda olmayan hansısa bir eybi ona nisbət verirsən. İstər onun yanında olsun, istərsə də qaib olan zaman fərqi yoxdur, hər iki halda yalandır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 688 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 5.0/1 | Serhler(1)

Ulul-əzm nə deməkdir? Onlar kimlərdir?

 Əndişeyi-Qum saytına istinadən, İmam Rza (ə) buyurur: "Ulul-əzm ona görə belə adlanır ki, onların dini olmuşdur”. Bəli, Nuh peyğəmbərdən (ə) sonra məbus olan peyğəmbərlər onun şəriətinə və kitabına tabe olmuşdular. O zaman ki, Həzrət İbrahim (ə) məbus olur, ondan sonra gələn peyğəmbərlər onun dininə və kitabına tabe oldular.
Sual-cavab | Baxis: 953 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-12 | Reytinq: 0.0/0 | Serhler(0)

QƏFLƏTƏ SƏBƏB OLAN AMİLLƏRİN ƏQLİ CƏHƏTDƏN ARAŞDIRILMASI

Qeyd olundu ki, insanı uçuruma yuvarladan səbəb qəflətdir. Allahdan, məaddan və bəndəlik vəzifələrindən xəbərsizlik insanı heyvanlıq dərəcəsinə, bəzən ondan da aşağı alçaldır. Dinin əsaslarından xəbərdar olmayan insanın təkamül yolunda hərəkət etməsi qeyri-mümkündür. İndi aydınlaşdırmalıyıq ki, insanda qəfləti doğuran və yaxud insanı qəflətdən çıxaran səbəblər hansılardır. 
Tövhid | Baxis: 820 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

Aşura haqqındakı şübhələrə cavab

Həmd və sənalar olsun uca yaradan Allaha ki, bəndələrinə sonsuz nemətlər bəxş etmişdir. Allahın salamı olsun Peyğəmbərimiz Muhəmmədə (s), onun pak Əhli-beytinə (ə), Peyğəmbərimizə və onun Əhli-beytinə (ə) iman gətirib, kömək edən səhabələrə.
Şübhə doğuran suallar | Baxis: 1205 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

Məhərrəm əhli olmaq

Atalarımızdan və balarımızdan eşitmişik ki, qədim zamanlarda Məhərrəm ayını daha yaxşı dərk etmək üçün bu aya 40 gün qalmış əzadarlıq saxlayır və günahı tərk edərdilər. Aşura ziyarətini oxuyaraq, bu aya hazırlaşırdılar. 
Digər məlumatlar | Baxis: 684 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Ümmül-Bənin nə üçün Kərbəlaya gəlmədi?

Həzrət İmam Əlinin (ə) ikinci xanımı Həzrət Fatimə Kəlabiyyə dörd oğlan övladının dünyaya gəlişi ilə "Ümmül-Bənin" adı ilə məşhur oldu. Bu dörd qardaş Həzrət Əbulfəzl Əbbas başda olmaqla Kərbəlada öz böyük qardaşları İmam Hüseynin (ə) hüzurunda idilər.
Tarixdə qadınlar | Baxis: 1059 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 5.0/1 | Serhler(0)

Zeynəbi-Kubranın (s.ə) İlahi məqamı

Həzrət Zeynəb (s.ə)-İmam Əlinin (ə) dili, Həzrət Zəhra (s.ə) iffətinin hicabda olan günəşi, Həsənin (ə) həlimliyi idi. Zeynəbin (s.ə) kəlamları bir ox idi ki, düşmənin bağrını yarırdı və Həzrət Peyğəmbəri (s) yada salırdı. Əyilmiş qəddi isə anası məzlum Zəhranı (s.ə) xatırladırdı. Qəmli gözləri başı kəsilmiş Hüseyndən (ə) xəbər verirdi. O, qardaşının yanında böyümüş və ömrünün son günlərinə qədər onun həmdəmi olmuşdur.
Tarixdə qadınlar | Baxis: 1017 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 0.0/0 | Serhler(0)

Niyə İmam Hüseyn (ə) yaddan çıxmır‎?

İmam Hüseynin (ə) həyat tarixi, bəşər tarixində ən çox iz buraxan bir hadisə idi. Bu, elə bir hadisədir ki, indiyə qədər də səs-sədası əzadarlıq mərasimlərinin əmələ gəlməsinə səbəb olur. Maraqlısı budur ki, təhrikedici bir qüvvə yoxdur, ancaq pak dini və insani sevgidən qaynaqlanır.
İmam Hüseyn (ə) | Baxis: 996 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-08 | Reytinq: 5.0/1 | Serhler(0)

İt olan evə mələklər daxil olmaz

  İslam dininin nəzərinə görə it də başqa heyvanlar kimi insana xidmət etmək üçün xəlq edilmişdir. Bu heyvan insanların mənzilini qoruyar və ova çıxan zaman yardım edərlər. Bu gün itlərdən narkotik maddələrin tapılmasında, zəlzələdən ziyan çəkənləri axtarllmasında və s. də istifadə olunur. 
Digər məlumatlar | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Eqoistliyə görə məhv olan abid və səmimiyyətə görə xilas olan günahkar

  Bəni-İsrayildən olan bir kişinin 40 il idi ki, işi oğurluq idi. Bir gün Həzrət İsa (ə) Bəni-İsrayildən olan bir abid ilə yol gedirdi. Abid Həzrət İsanın (ə) arxasınca hərəkət edirdi. Oğru öz-özünə dedi: "Bu, Allahın peyğəmbəridir. Yanında da həvarilərindən biri var.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 782 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(1)

Rəhmani fikirlərlə şeytani fikirləri necə ayırmaq olar?

 Çox hallarda rəhmani fikirlə şeytani fikir arasında fərq qoymuruq və bilmirik ki, hansı fikir rəhmanidir və hansı şeytani. Fikirləri ayırd etməmək insanı sərgərdan edir. Bəs şeytani və ya rəhmani ola biləcək fikirlərimizin qarşısındakı vəzifəmiz nədir?
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 816 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Ümidi olan günahkarın aqibəti

  Malik ibni Dinarın vaxtında günah işlər görən bir kişi var idi və heç vaxt xeyir işlər düşünməmişdi. Nəhayət, ölüm mələyi onun ətəyindən yapışır. O, ölüm mələyini görəndə başa düşür ki, ölümü gəlib çatıbdır. Öz əməllərinə bir nəzər salır. Ancaq orada ümid ediləsi bir şey görmür. Dərindən bir ah çəkir və Allaha tərəf hərəkət edir. Şəhər əhalisi onun ölümünə çox sevindilər. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 824 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 5.0/1 | Serhler(2)

Şeytanın mahiyyəti, əsas silahı, növləri

  Şeytan - insan daxilində olan nəfsani bir qüvvədir ki, daima insanı pis işlərə tərəf sövq edir. Bütün yanlış əməllər, batil etiqadlar, inanclar, vəsvəsələrin mənbəyi və hiylə işlətmələrin hamısının kökü şeytani hisslərə qayıdır. Bu hisslər insana batili haqq kimi və haqqı da batil kimi nümayiş etdirir. 
Digər məlumatlar | Baxis: 788 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Tövbə etmiş şəxsin 4 nişanəsi

  Tövbə - Allahın lütf və inayətidir ki, insanlara əta etmişdir. Həqiqi tövbə günahın bütün ziyanlarını və aqibət cəzasını aradan aparar. Günah sanki bataqlıqdır ki, insan hər nə qədər ona batarsa, daha dərinliklərə çəkilər. Özünü məhvə yaxın edər. Ancaq insan tövbə edən zaman həmin günahlardan əl çəkəcəyini, bir daha onlara qayıtmayacağını qərara alır. Bunun özü böyük bir qələbədir. Çünki bu zaman Allahın rəhmət qapıları üzünə açılar. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 819 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 3.0/1 | Serhler(0)

Allahla dost olmağın 20 əməli yolu
 
 
Dini kitablar, əxlaq dərsləri Allaha yaxınlaşmağın yolunu namazda, orucda, həcdə, əmr-be-mərufda, xümsdə, zəkatda və bu kimi görürlər. Şübhəsiz ki, bütün bu ibadətlər Allahla rabitədə və insanın özünü islah etməsində çox dəyərli fenomenlərdir. Onlardan birini tərk etmək Allahla rabitədə, ruh və psixologiyada çətinliklər yaradar. Ancaq bəzi ibadətlər də vardır ki, çoxlarımız ondan qafilik. Onlara işarə edək.
Tövhid | Baxis: 1062 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 5.0/3 | Serhler(1)

Məada inamın insanın həyat yoluna verdiyi səmərələr

  Məada inam hissi insanın ruh və əməlində dəyişikliklər yaradır. İnsan ancaq təbii deyil, həm də mənəvi aləm haqqında düşünməyə başlayır. Məad etiqadından yaranan bu dəyişliklər insanı kamala çatdırar və inkişaf etdirər. İnsanın səy və çalışmasına mənəvi çalar qatar. İnsanı, öz axirəti üçün çalışmağa vadar edər.
Məad | Baxis: 838 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Qarışqa Həzrət Süleymana nəyi aşkar etdi?
 
 Bir gün Həzrət Süleyman (ə) dənizin kənarında əyləşmişdi. Gözü üzərində buğda dənəsi aparan bir qarışqaya sataşdı. Süleyman ona baxmağa davam etdi. Gördü ki, o, suya yaxınlaşan zaman sudan bir qurbağa çıxır və ağzını açar. Qarışqa da onun ağzına girir. Qurbağa dənizə girir və yox olur. Süleyman bir qədər bu haqda düşünür. Sonra görür ki, qurbağa başını sudan çıxartdı və qarışqa ağzından çıxdı. 
Sual-cavab | Baxis: 1206 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 1.0/1 | Serhler(0)

Halal ticarət insanın axirətini abad edər

  "Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır”. ("Əraf” 85).
Bu mübarək ayədə görmək olur ki, Həzrət Şüəyb (ə) insanlara buyurur ki, mal satan zaman nə tərəzidə, nə metrdə və nə də litrdə insanları aldatmayın. Çünki bu zaman insanların malı sizin boynunuzda olar və bu da qul haqqıdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 746 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Əcəlin növləri

 Qurani-Kərim insan üçün iki növ əcəl saymışdır: "Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz”. ("Ənam” 2).
Məad | Baxis: 1106 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Məhərrəm ayının ilk 10 günündə nə edək?

 Məhərrəm ayının ilk ongünlüyündə ilk növbədə Məhərrəm ayının duasını oxumaq çox fəzilətlidir. Çünki bu ay ərəb təqviminin ilk ayıdır. Bu dua sağlamlığa, bəlaların uzaq olmasına və yaxşı əməllər əldə etmək üçün çox təsirlidir. (Tebyan)
Digər məlumatlar | Baxis: 779 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Hüseyn (ə) haqqında hədislər
 
İmam Hüseyn (ə) qiyamının hədəfi
Allah taala Qurani-kərimdə buyurur: "(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”
İmam Hüseyn (ə) | Baxis: 1030 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 5.0/1 | Serhler(0)

Gündəlik namazlarımızda valideynlərimizi unutmayaq!

  Allah çox sayda Quran ayəsində valideynə yaxşılıq etməyi biz müsəlmanlara əmr edir və bu əməli İlahi nemətlərə şükür etməklə bərabər tutur. Allah buyurur: "Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. 
Dəstəmaz-Namaz | Baxis: 1147 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 2.0/1 | Serhler(1)

Məhərrəm gəldi
 
   Bu günləri Kufənin ab-havası həmişəkindən daha görməli olub. Kufə bazarında gəzdikdə qərarsızlıq və narahatlığı hiss edirsən. Dəmirçilərin can alan səsləri bir an da olsun kəsilmir. Hamı özü üçün qılınc, nizə və ox sifariş verir.
Digər məlumatlar | Baxis: 774 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-11-06 | Reytinq: 0.0/0 | Serhler(0)

1-50 51-100 101-150 151-200 201-250 251-300 ... 2901-2950 2951-2987