Cümə günü, 2024-03-29, 1:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Hüseynə (ə) əza saxlayan hindlini od yandırmadı
2013-11-12, 7:42 AM

İmam Hüseynə (ə) əza saxlayan hindlini od yandırmadı

 

 Cəhənnəm atəşi dünya atəşindən daha güclüdür və bu cür atəşi İmam Hüseyn (ə) sevgisi söndürə bilər. Cəhənnəm atəşindən zəif olan dünya atəşinin insanı yandırmaması da təəccüblü görünməz. (Tebyan)

 

Şəhid Mehrab Ayətullah Əbdülhüseyn Dəstiğeyb nəql edir ki, mərhum doktor Seyyid İsmayil Məcab Hindistanda olduğu vaxtdakı xatirələrini belə nəql edir. "Hindistanın bazar tacirləri İmam Hüseynə (ə) etiqad bəsləyir və hər il öz gəlirlərinin bir hissəsini o Həzrətin (ə) yolunda sərf edirdilər. Onların bəzisi də Əhli-beyt (ə) davamçıları kimi Aşura günündə şərbət hazırlayır və əza saxlayırdılar. Bu bütpəsərstlərdən birinin adəti belə idi ki, sinə vuranlara qoşular və onlarla hərəkət edərdi. Bu adam ölən zaman, bütpərəstlərin adətinə əsasən, onun bədənini yandırırlar. Ancaq onun sağ əli ilə sinəsinin bir hissəsi yanmadığına görə, qohumları bu bədən əzalarını götürüb, Əhli-beyt (ə) davamçılarının yanına gətirirlər və deyirlər: "Bu iki üzv sizin Hüseynə (ə) aiddir”.

 

/Deyerler.org/

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]