Cümə axşamı, 2024-04-18, 7:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Əcəlin növləri
2013-11-07, 6:57 AM
Əcəlin növləri

 Qurani-Kərim insan üçün iki növ əcəl saymışdır: "Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz”. ("Ənam” 2).
Bu ayədən göründüyü kimi, hər bir insanın şərti və qəti əcəli vardır. Qəti əcəl mütləqdir və onu dəyişdirmək mümkün deyildir. Əgər zamanı çatarsa, nə göz yaşı, nə dua onu xilas edə bilər. İnsan mütləq ölər. (Erfan)
Ancaq şərti əcəl elə bir əcəldir ki, Quranın buyurduğu kimi, insan üçün yazılmışdır. Ancaq insanın gördüyü yaxşı əməllər həmin əcəli aradan qaldıra bilər. Məsələn, valideynə xidmət etmək, kiminsə çətinliyini həll etmək, sədəqə vermək, gecə namazı qılmaq və bu kimi. Bu zaman Allah həmin əcəli insandan uzaqlaşdırar. "Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır”. ("Rəd” 39). Bu ayədən də görmək olur ki, Allah istədiyini silər və ya əlavə edər.
Beləliklə, demək olar ki, qəti əcəli dəyişdirmək olmaz. Ancaq şərti əcəli yaxşı əməllərlə dəyişdirmək olar.
Bir gün Həzrət İsa (ə) bir evin yanından keçirdi. Orada toy məclisi qurulmuşdu. Gülüş və sevinc səsləri qulaqlarına çatırdı. Həzrət (ə) buyurdu: "Bu gecə burada toydur. Ancaq heç kim bilmir ki, bəy bu gecə öləcəkdir”. Soruşdular: "Necə öləcəkdir?”. Buyurur: "Zəhərli ilan onu sancacaq və o, öləcəkdir”.
Sabahısı gün yenə də səhabələri ilə bir yerdə həmin evin yanından keçir. Ancaq görürlər ki, evin qapısına qara parça bağlamayıblar. Ağlamaq səsləri də gəlmirdi. Təəccüb edib, evin qapısını döyürlər.
Qapını açan insandan soruşurlar: "Dünən burada toy idi?”. Dedi: "Bəli”. Dedilər: "Bəyin halı yaxşıdır?”. Dedi: Çox yaxşıdır”. Onlar təəccüblə Həzrət İsanın (ə) yanına gəlirlər ki, bəs dünən başqa söz deyirdiniz? Həzrət (ə) buyurdu: "Dünən bəylə gəlin yemək yeyən zaman bir yoxsul gəlir və onlardan yemək istəyir. Bəy öz yemək boşqabını həmin yoxsula verir. Həmin yoxsul insan da bəy üçün dua edir. Buna görə də Allah onun ölümünü təxirə salır”.
Yaxşı əməllərimizlə şərti əcəlimizi özümüzdən uzaqlaşdıraq.
 
/Deyerler.org/

Category: Məad | Added by: Ənfal
Views: 1105 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]