Çərşənbə axşamı, 2024-04-23, 9:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İt olan evə mələklər daxil olmaz
2013-11-07, 7:10 AM
İt olan evə mələklər daxil olmaz

  İslam dininin nəzərinə görə it də başqa heyvanlar kimi insana xidmət etmək üçün xəlq edilmişdir. Bu heyvan insanların mənzilini qoruyar və ova çıxan zaman yardım edərlər. Bu gün itlərdən narkotik maddələrin tapılmasında, zəlzələdən ziyan çəkənləri axtarllmasında və s. də istifadə olunur. (Tebyan)
Əgər it fayda verirsə, ondan istifadə etməyin heç bir çətinliyi yoxdur. Əshabi-Kəhf dastanına nəzər salan zaman, mağaranın girişini qoyuran itə rast gəlmək olar. "Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı”. ("Kəhf” 18).
Quranın başqa yerində isə ova çıxmış it haqqında oxuyuruq: "(Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır)”. ("Maidə” 4). Mərceyi-təqlidlərimiz bu ayəyə əsasən it tərəfindən ov edilən heyvanı pak bilmiş və yeməyə icazə vermişdir.
Ancaq o zaman ki, insan iti əylənmək üçün saxlayarsa, İslam dini bu əməli bəyənmir. İslam dini insanları Allahı yada salmaqdan qafil edən hər bir yanlış əyləncənin əleyhinədir.
Dinimiz iti nəcis hesab edir. Ona görə də bir namazqılan üçün evdə it saxması bəynilməyən əməllərdəndir. Çünki bu zaman paltarını və ya namaz yerini pak saxlamaq çətin olur.
Tarixə nəzər salan zaman görürük ki, o kəslər ki, it və ya meymin saxlayıb, onunla əyləniblər xalqın işlərinə baxmağa vaxt tapmır və öz vəzifələrini yerinə yetirməmişlər. Bu cahillərdən biri də Yezid (lən) idi. İmam Hüseyn (ə) Müaviyəyə (lən) yazdığı etiraz məktubunda Yezidin it saxlamağını çirkin əxlaqi sifətlərdən hesab etmişdir.
Hədislərə nəzər salan zaman görürük ki, o evdə ki, it saxlanılar, Allah Təala oradan üz döndərər və mələklər ora daxil olmazlar. Belə ki, İmam Sadiq (ə) buyurur: "O evdə ki, it saxlanılar, namaz qılınmaz. Çünki, mələklər o evdə ki, it saxlanılır, ora girməzlər. Məgər o halda olar ki, it ov iti olsun və ayrı bir yerdə saxlanılsın. Bu zaman çətinlik olmaz”.
İslam dini heç bir zaman sağlam əyləncə ilə müxalif olmamışdır. Belə ki, Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə edir: "Hər bir aqil insan həyat fürsətlərini üç hissəsəyə bölməlidir. Bir hisəsini ibadət, Allaha dua etməyə, bir hissəsini ailənin iqtisadi ehtiyacını təmin etmək üçün qazanc əldə etməyə və üçüncü hissəni isə halal əyləncələrə ayırsın”.
Dinimiz heyvanlara mərhəmətli yanaşmanı çox bəyənir. Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə buyurulur: "Bir qadın səhrada gedirmiş və susuzluğunu aradan qaldırmaq üçün su quyusunun yanında dayanır və su içir. Qərara alır ki, yoluna davam etsin. Birdən bir itlə qarşılaşır ki, susuzluqdan dilini torpaqla nəmləndirirdi. Bu qadın öz-özünə deyir: "Bu it də mənim kimi susuzdur”. Sonra çəkməsini su ilə doldurur və əlləri ilə həmin itə su verir. Allah onun bu yaxşı işi qarşılığında onun günahlarını bağışlayır”.
Həzrət Peyğəmbərin (s) səhabələri o Həzrətə (s) belə sual verirlər: "Heyvanlara sevgi bəsləməyin mükafatı vardırmı?”. Peyğəmbərimiz (s) cavabında buyurur: "Hər bir canlıya sevgi bəsləməkdə mükafat gizlənmişdir”.
Beləliklə, deyə bilərik ki, əgər it evdən kənarda mənzili qorumaq və ya ov məqsədi ilə saxlanılarsa, İslam dini ona qarşı çıxmaz. İslam dini itin evdə saxlanılıb, ondan əyləncə vasitəsi kimi istifadə edilməsinin əleyhinədir. Bu əməl hər bir bəndəni Allahdan uzaqlaşdırar və namazdan qafil edər.
 
/Deyerler.org/

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]