Cümə günü, 2024-04-19, 4:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Şeytanın mahiyyəti, əsas silahı, növləri
2013-11-07, 7:02 AM
Şeytanın mahiyyəti, əsas silahı, növləri

  Şeytan - insan daxilində olan nəfsani bir qüvvədir ki, daima insanı pis işlərə tərəf sövq edir. Bütün yanlış əməllər, batil etiqadlar, inanclar, vəsvəsələrin mənbəyi və hiylə işlətmələrin hamısının kökü şeytani hisslərə qayıdır. Bu hisslər insana batili haqq kimi və haqqı da batil kimi nümayiş etdirir. (Tebyan)
 
Düşmən həmişə səninlədir.
Düşmənini tanıyırsan? Bilirsən ki, düşmənin and içmişdir? Onu hiss edə bilirsənmi? Anbaan səninlədir. Ömrünün sonuna qədər də səninlə olacaqdır. Düşmənini nə qədər tanıyırsan?
 
Qədim bir düşmənin hekayəsi.
İnsanın elə bir düşməni vardır ki, Qiyamətə qədər onunla olub, onu yolundan azdıracağına and içmişdir. Bu düşmən insan ruhunda baş verən hər bir şeydən xəbərdardır. İnsan hələ qədimdən onu tanıyır və son nəfəsinə qədər də onunla bir yerdə olur. O, insana necə ziyan vuracağını yaxşı bilir. Bu, şeytandan başqası deyildir. "Şeytan insanın aşkar düşmənidir”. ("Yusif” 5). İndi ki, bunu bildin, indi də düşmənini tanımalısan. Düşmənə qalib gəlməyin ilk yolu - onu tanımaqdır.
 
Əmirəl-möminin (ə) dilindən şeytanın tanıdılması.
Şeytan - Allahın düşməni və təəsübkeşlərin rəhbəri və təkəbbür əhlinin başçısıdır. Əsəb və qəzəbin əsasını qoymuşdur. Təkəbbür libasına bürünərək, Böyük Allaha qarşı çıxmışdır. O, 6 min il ibadət etmişdir. Ancaq bir təkəbbürü ilə hamısını məhv etmişdi. Deməli, şeytan dindarlar üçün böyük bir maneədir. O, çox təhlükəli bir düşməndir.
Qürur və özünü hamıdan üstün bilmək bütün varlığını əhatə etmişdir. Bədbəxtlik ona qələbə çalmışdır. Özünün oddan yaranmağına görə iftixar edir. Torpaqdan yaranan insanı özündən alçaq hesab edir.
 
Şeytanın əsas silahı - vəsvəsə və düz yoldan azdırmaqdır. Bu, insandır ki, onun dəvətini qəbul edib, etməyə bilən. Əgər dəvətini qəbul edənlərdən olarsa, özünü həlak etmiş olar.
 
Şeytanın mahiyyəti.
Şeytanın əsli cindir. Cinlərin əsl işi xəyaldır və həqiqətə yaxın deyildir. Həmçinin onun işi yersiz və piş şeyləri zinətləndirib, bəzəməkdir. Bu yolla da insanları yolundan azdırar. O, dünyanı insanın gözündə zinətləndirər. Onu dəyərli bir gövhərə bənzədər. Ancaq özü dünyanın çirkin olmasını bilir.
 
Şeytanın növləri.
Şeytan iki cür olur: daxili şeytan və zahiri şeytan. Demək olar ki, bizlərin əksəriyyəti zahiri düşmənimizi tanıyırıq. Zahiri şeytan o cindir ki, insana səcdə etməkdən imtina etmişdi. O, Adəmlə (ə) Həvvanı (ə) yoldan çıxartmış və aldatmışdı. Bundan başqa, insanın daxili şeytanı vardır ki, həmişə onunla birlikdədir. İnsan qüvvələri içində vahimə adlı bir qüvvə vardır. Ariflər bu qüvvəni şeytani qüvvə adlandırırlar. Bu qüvvə insanı şəhvətə, dünyapərəstliyə dəvət edər.
Allah bizləri bütün şeytanlara qalib etsin.
 
/Deyerler.org/

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 785 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]