Main » Files » Qadın » Tarixdə qadınlar |
Həzrət Ümmül-Bənin nə üçün Kərbəlaya gəlmədi?
2013-11-08, 7:10 AM | |
Həzrət Ümmül-Bənin nə üçün Kərbəlaya gəlmədi? Həzrət İmam Əlinin (ə) ikinci xanımı Həzrət Fatimə Kəlabiyyə dörd oğlan övladının dünyaya gəlişi ilə "Ümmül-Bənin" adı ilə məşhur oldu. Bu dörd qardaş Həzrət Əbulfəzl Əbbas başda olmaqla Kərbəlada öz böyük qardaşları İmam Hüseynin (ə) hüzurunda idilər. Hüccətul-İslam Muhəmmədhadi Yusifi Ğərəvi Şəbistanın müxbiri ilə söhbətində Həzrət Ümmül-Bəninin-Həzrət Əbbasın (ə) anasının, Kərbəlaya gəlməməsi barədə açıqlama verib. O, deyib: "Həzrət İmam Əlinin (ə) ikinci xanımı Həzrət Fatimə Kəlabiyyə dörd oğlan övladının dünyaya gəlişi ilə "Ümmül-Bənin" adı ilə məşhur oldu. Bu dörd qardaş Həzrət Əbbas başda olmaqla Kərbəlada öz böyük qardaşları İmam Hüseynin (ə) hüzurunda idilər. Amma analarının Kərbəlaya gəlməsinə lüzum yox idi. Çünki Həzrət Ümmül-Bənin Kərbəla hadisəsi zamanı orta yaşlı idi; əgər fərz etsək ki, Həzrət Əli (ə) ilə ailə qurduğu zaman (hicri qəməri tarixin iyirminci ili) iyirmi yaşı var idisə, Kərbəla hadisəsi zamanı (hicri qəməri tarixin 60-cı ilinin sonları) artıq 60 yaşı var idi. O, həzrət Əlinin (ə) zövcəsi olaraq xüsusi hörmətə mailk idi. Digər tərəfdən isə İmam Hüseyn (ə) karvanının hərəkət etdiyi elə ilk günlərdən-hansı ki, zahiri baxımdan faciəli bir hadisə deyil əksinə kufəlilərin istəklərinə cavab olaraq İslam höküməti qurulması məqsədilə karvan Kufəyə tərəf yola düşmüşdü-ola bilsin məqsəd bu olub ki, Kufədə Əhli-Beyt (ə) hakimiyyəti qurulandan sonra Həzrət Ümmül-Bənin Kufəyə dəvət edilsin; yəni ola bilsin ki, oğlanları hökümət qurulandan sonra o həzrəti Kufəyə dəvət etmək fikrində olub. Amma vəziyyət tamamilə başqa çür oldu və Həzrət Ümmül-Bənin təbii olaraq Mədinədə qaldı, sonradan faciəli Kərbəla hadisəsi və oğlanlarının şəhadəti barədə məlumat aldı". ihq.az | |
Views: 1058 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |