Cümə axşamı, 2024-04-25, 5:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Mömin adam dünyasını dəyişmək istəməyəndə, Ölüm Mələyi nə edər?
2013-11-12, 7:41 AM
Mömin adam dünyasını dəyişmək istəməyəndə, Ölüm Mələyi nə edər?

İmam Sadiq (ə) buyurur: "Əgər insanlar Allahı tanımağın və mərifətinin əzəməti və nuraniliyindən agah olsaydılar, bu cür yaşamazdılar”. (Erfan)
İnsanların əksər hissəsi bu elmi öyrənmir və öyrənməyə də cəhd etmirlər. Halbuki, Allah onlara ağıl və qəlb vermişdir. Onlara 124 min peyğəmbər, 12 İmam (ə) və Quran göndərmişdir. Əgər bu hovzəyə daxil olsaydılar, dərk edərdilər. Quranın yardımı ilə Allahı, peyğəmbərlərini (ə), İmamları (ə) dərk edər, və dünyaya Allah düşməninin baxdığı kimi baxmazdılar.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, Allah ürfanı və Allah mərifəti ilə dolu olar, xalis dünyalı olması və ya pulun əsiri olması üçün bir daha yolu qalmaz. Ya da pula görə tamahkarlıq və hərislik xəstəliyinə düçar olmaz”.
Rəzzaq Allah hər bir bəndəsinə ruzi verər. Allah buyurur: "Onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik”. ("İsra” 70). Allah heç bir zaman haram şeyləri bəndəsinin ruzisi etməmişdir. Allah bəndəsinə ancaq pak süfrə vermişdir. Allaha mərifəti olanlar həmişə pak süfrəyə tərəf gedərlər. Onlar ömürlərinin axırına qədər onlara təqdir olmuşa razı olarlar. Əgər Allah təqdir etsə ki, bu bəndəmə onun və ailəsinin ölçüsündə ruzi verilsin, o, bu məsələni tez bir zamanda dərk edər. "İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxtanrılığa, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (”Ənam” 82).
Allah bəndələrinin batinini və həqiqətini görəndir. O, bu cür təqdir etdiyi üçün maddi ruzisini də bu qədər etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Bir Allaha inanan insan Allahın əsiridir. Çünki Allah Quranı ilə onu əsarətə almışdır”. Yəqin ki, belə fikirləşirsiniz ki, belə bir insan əlavə ruzini özü üçün istəyir; xeyr belə deyildir. O, ruzisinin artmış hissəsi ilə Allahla ticarət edər. Ən azı ehtiyacı olan qohumlarına verər. O, dünya malının əsiri deyildir ki, orada həb olunsin. İmam Sadiqin (ə) buyurduğu kimi, bu cür insan düşmənlərin dünyaya baxdığı kimi baxmır. Bu da tövhidin təsirindəndir.
Tövhid əhli həyat tərzinə görə Allah düşmənlərindən fərqli yaşayarlar. Bu insanların qəlbi Allahla dolu olduğu üçün, bütün sərmayələrini almış olarlar. Yəni, qəlbləri Allahın hərəmi olar. Onlar hamıdan zəngindirlər. Bu zənginlik də Həzrət Haqqın sifətidir. Bu dünyada olanlar üçün Allahdan qeyri yardım edən yoxdur. Ona görə deyərlər ki, ey mənim Məhbubum, Sənin yardımına ehtiyacım vardır. Bu dünyada yaşadığı zamana qədər Allahın ordusunda olar.
İmam Sadiq (ə) buyurur: "Ölüm mələyi tövhid əhlinin ölüm anında yanlarına gələr və onlara deyər: "Atandan da mehribanam. İstəyirəm ki, sənin ruhunu aparam”. Sakit səslə deyərlər: "Məni rahat burax”. Ölüm mələyi Allaha buyurar: "Aşiqinin ölməkdən xoşu gəlmir. Nə edim?”. Allah buyurur: "Pərdəni kənara çək və yerini ona göstər”. Behişti görər. İnsan 20 metrlik yerini behiştlə dəyişmək istəməz? Ona görə ölmək istəmir ki, çünki bilir ki, ölsə ibadət və bəndəlik bağları kəsilər. O, səhərə, ağlamağa, namazlarına aşiqdir. Allah buyurar: "O, tək deyildir. Rəfiqlərini ona göstərin. Pərdə çəkilər və Peyğəmbəri (s), Həzrət Fatiməni (s.ə), Həzrəti Əlini (ə), İmam Həsəni (ə) ... on iki İmamı (ə) görər. Xüsusilə də İmam Hüseyni (ə) görən zaman ölüm mələyinə deyər: "Məni onların yanına apar””.
İmam Sadiq (ə) başqa yerdə buyurur: "İmam Hüseynin (ə) şəhadət anında Peyğəmbər (s) Həzrət Fatimə (s.ə), İmam Əli (ə), İmam Həsən (ə) qətlgahda idilər. Allah ölüm mələyinə buyurdu: "Əba Abdullahın (ə) canını almağa haqqın yoxdur. Özüm alacağam. Çalanın kənarında eşidilən bu ayəni namazlarınızda oxuyun: "يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة * ارْجِعي‏ إِلى‏ رَبِّكِ راضِيَةً مَرْضِيَّة)
 İmam babasını, atasını, anasını, qardaşını görən zaman isə Allah buyurdu: "فَادْخُلي‏ في‏ عِبادي * وَ ادْخُلي‏ جَنَّتي)
Hüseynim, bax gör kimlər səni gözləyir!”.
 
/Deyerler.org/
Category: Məad | Added by: Ənfal
Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]