Şənbə günü, 2024-04-20, 2:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam (ə) buyurdu ki, sui-zənn etdiyin o cavanı razı salmalısan
2013-11-12, 7:45 AM

İmam (ə) buyurdu ki, sui-zənn etdiyin o cavanı razı salmalısan

 

  Seyyid Muhəmməd Ətaran nəql edir: "Aşura günü sinə vuranların arasında idim. Və gözəl cavan oğlanlardan biri sinə vuraraq qadınlara tərəf baxırdı. Mən taqət gətirmədim və qeyrət edib ona sillə vurdum. Onu sinə vuranların cərgəsindən çıxartdım. Birdən əlim bərk ağrımağa başladı və bu ağrı get-gedə artmağa başladı. Nəhayət həkimə müraciət etdim və həkim mənə səbəbini bilmədiyini söylədi və bir məlhəm yazdı ki, o da kömək etmədi. Əlimin ağırısı artır və şişirdi. Evə gəldim və fəryad çəkdim. Gecənin sonunda yuxu məni apardı. Yuxuda Həzrəti (ə) gördüm ki, mənə buyurur: "Gərək o cavanı razı salasan”. Özümə gələn zaman bu ağrının nədən baş verdiyini anladım. Gedib, həmin cavanı tapdım və ondan üzr istədim. Nəhayət razı saldım və o andan əlimin ağırısı kəsdi və şiş də çəkilməyə başladı. Məlum oldu ki, səhv etmişəm və sui-zənn etmişəm. İmamın (ə) əzadarını təhqir etmişəm”. (Tebyan)

 /Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 704 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]