Bazar ertəsi, 2024-11-11, 0:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət

Entries in section: 17
Shown entries: 1-17

Ömrümüzü, günümüzü nəyə sərf edirik?

Həqiqətən də düşündürücü sualdır. Saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz.  Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət  vaxtıdır. Yatmaq lazımdır ki, İnşaallah sabah üçün enerji toplayaq və yenidən fəaliyyətə başlayaq. Yenə də səhər açılır, iş-güc, hay-həşir və nəhayət yenə axşam düşür...
Cəmiyyət | Baxis: 921 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-12-26 | Reytinq: 5.0/1 | Serhler(1)

Müsəlman şərq və xristian qərb

Rəqib sivilizаsiyаlаrın üstün və zəif cəhətləri

Еlmi-tехniki tərəqqinin, inkişаfın ən yüksək pilləsində оlаn хristiаn Аvrоpаsı və mü-hаribə, səfаlət girdаbındа bоğulаn müsəlmаn Şərqi. Nədən Аvrоpа bu qədər inkişаfdа оl-duğu hаldа, müsəlmаn dünyаsı günü-gündən gеriləyir? Özü də bu təzаd dəqiq sərhədlər çərçivəsində аydın şəkildə hiss оlunur. Təхminən sоn yüz ildə sоsiоlоqlаrın, tаriхçilərin və digər cəmiyyət tədqiqаtçılа-rının mürаciət еtdiyi mövzulаr sırаsındа ön yеrləri tutаn bu suаlа çохlu sаydа əsərlər həsr оlunub.
Cəmiyyət | Baxis: 822 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-29 | Reytinq: 5.0/1 | Serhler(1)

Dindar müasir ola bilərmi?

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.”

 

Bu bəhsimizdə hər dövr üçün aktual olan bir məsələ barəsində bəhs etməyi nəzərdə tutmuşuq. Bu gün daha çox sorulan suallardan biri "dindar müasir ola bilərmi?” sualıdır. Gündəlik həyatımızda, qəzet-jurnallarda, efir məkanında biz bu sualla tez-tez qarşılaşırıq və bu mövzu ətrafında bəhslər, polemikalar aparılır.
Cəmiyyət | Baxis: 750 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-13 | Reytinq: 5.0/1 | Serhler(1)

 Böyük uğurlara imza atmaq hər birimizin haqqıdır

Əvvəla onu qeyd edək ki, ruhi xəstələr və digər istisnalar xaric yerdə qalan bütün insanların hamısı potensial istedad mənbəyidir. Yəni hər kəsdə mütləq bir bacarıq vardır. Bunu Allah əta etmişdir. Sadəcə olaraq çoxumuz öz istedadımızdan xəbərsizik. Axı niyə?

Cəmiyyət | Baxis: 712 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-13 | Reytinq: 0.0/0 | Serhler(0)

İntihar insanı əbədi cəhənnəmə aparar

Rahatlıq hissi biz insanlar üçün çox mühüm bir mövzudur. Müasir dövrdə insanlar ruhi xəstəliklərlə mübarizə üçün müxtəlif yollar axtarır və səy göstərirlər. Bu gün cəmiyyətində nigarançılıq və iztirab çox yayılmışdır.
Cəmiyyət | Baxis: 763 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-17 | Reytinq: 5.0/1 | Serhler(0)

Zalımı zalım edən məzlumun özüdür
Allahın salamı, rəhmət və bərəkəti Azərbaycan xalqının üzərinə olsun 
Dünyanın keşməkeşli və zülmlə dolu olan çağında yaşayırıq. Günbəgün zülm artır, haqq səs boğulur və məzlumların sayı artır. Görəsən bu qədər zülmün, fəsadın artmasında səbəb nədir? Yaxud bu zalımlara bu enerjini verən nədir? Niyə kütlənin beli sındırılır? Burada səhv məzlumdadı yoxsa zülmkarda?
Cəmiyyət | Baxis: 685 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-03-19 | Reytinq: 0.0/0 | Serhler(0)

Mən nə qədər özüməm?

-Bir ömür yaşayırıq, "fanidir” deyə-deyə;

-Yaxşı ki, "təsəlli” var bu yoxluğun içində.

-Dəyişilir təbiət, zamanı döyə-döyə;
Cəmiyyət | Baxis: 731 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-02-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Dünyanın ən üstünləri

 Bu aləmdə olan bütün varlıqlar Allahın məxluqlarıdır. Bu dünyada olan hər bir məxluq İlahi hikmət üzərində xəlq edilmişdir. Elə bir varlıq yoxdur ki, əbəs yerə xəlq edilsin. Hətta o şeylər ki, bizim gözümüzdə dəyərə malik deyildir, ya da əksər insanların nifrət etdiyi şeylər belə, hikmət üzərində xəlq edilmişdir.

Cəmiyyət | Baxis: 716 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-02-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Cəmiyyətdə imanı necə qoruyaq?

Cəmiyyətdə günah hər nə qədər çox olarsa, Allah Təala insana bununla mübarizə qüvvəsi və gücü bəxş edər. Həqiqətən, Allah insanların özlərini günahdan saxlamaları üçün üzrxahlıq yollarını bağlamışdır. Hər günaha qarşı peyvənd yolunu ona öyrətmişdir. Ancaq biz insanlar bu peyvəndlərdən istifadə etmir, müxtəlif əxlaqi və etiqadi xəstəliklərə düçar oluruq.
Cəmiyyət | Baxis: 738 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-02-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Klonlama və GMO

Uca Kitabımız Quran, nazil olduğu əsrdən bu yana insanlığı işıqlandıran uzaq görənliklərlə doludur. Kainatın genişləndiyi (Zariyat 47), barmaq izləri (Qiyamət 4), dağların yer üzünün sarsılmasını maneə törətdiyi (Ənbiya 31) və daha bir çox ayə. Quranda açıq şəkildə qeyd edilməsinə baxmayaraq biz bu elmi gerçəkləri müsəlman olmayan elm insanlarından öyrənirik.
Cəmiyyət | Baxis: 856 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-02-07 | Reytinq: 5.0/1 | Serhler(1)

Cəmiyyətimizdəki natamamlıq probleminin kökü nədədir?

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?
Cəmiyyət | Baxis: 669 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-21 | Reytinq: 0.0/0 | Serhler(3)

Mən nədən qorxuram?

Allahdan başqa, Allah yoxdur demişəm. Muhamməd (s) onun rəsulu və quludur demişəm. Əli (ə) onun vəlisi və vəsisidir demişəm

Hər il Məhhərəmdə İmam Hüseynə (ə) əza saxlayıram. Yeri gələndə özümə camaat içində "məndən mömün olar?” desəm də ürəyimdə özümü mömin hesab edirəm. Amma qorxuram.
Cəmiyyət | Baxis: 706 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-12 | Reytinq: 5.0/2 | Serhler(1)

İblisin insan təkamülü yolunda qurduğu tələlər
İblis insanı yolundan azdırmaq üçün ən rahat və işə yarayan yollardan istifadə edir. Adi insanların nəzərində dini görünən əməlləri o qədər vəsvəsə edir ki, elə həmin yolda insanı xataya düçar edər.
Cəmiyyət | Baxis: 798 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-06 | Reytinq: 5.0/2 | Serhler(1)

HƏYATDA ƏMNİYYƏT
YAXŞILIQLAR VƏ PİSLİKLƏR
İnsan əql, qəlb, nəfs və cismdən ibarət bir varlıqdır. İnsanın bütün üzvlərinin yaxşılıq və pislikləri var. Bütün yaxşılıqlar Haqq tərəfindəndir. Pisliklərin qaynağı isə insanın özüdür.
Quranda Rəhim, Rəhman, Rəbb, Ğəfur, Kərim, Lətif, Rəuf, Qüddus, Əiz sifətləri ilə yad edilmiş müqəddəs varlıqdan xeyirdən, rəhmətdən başqa bir şey gözləmək olmaz.
Cəmiyyət | Baxis: 716 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-04 | Reytinq: 0.0/0 | Serhler(0)

ELM VƏ BİLİK
Quranın buyurduğuna əsasən, bilicilər nadanlarla heç bir sahədə bərabər deyildirlər: «Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni olar bilərmi?!» (Zümər-9).
Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir gün məni Haqqa yetirən elmim artmazsa, o günüm bərəkətsizdir».("Nizanül-Hikmə" c.6, səh.449)
Cəmiyyət | Baxis: 688 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-12-04 | Reytinq: 0.0/0 | Serhler(0)

Hamımız Səadət istəyirik, amma... (2)

Müasir dövr özü canlı nümunədir. 
Hal-hazırda müasir dünyamız gün-gündən inkişaf edir, şəxsi əllərdə olan sərvət, qazanc və pulun miqdarına baxanda keçmişlə müqayisə olunası deyildir. Qədimdə insanlar bu qədər sərvət, pul, rifah və rahat yaşayışa malik deyildilər.
Cəmiyyət | Baxis: 800 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Hamımız Səadət istəyirik, amma... (1)

Şübhəsiz ki, biz hamımız səadət ardınca olub, xoşbəxt yaşamaq istəyir və yaxşı bilirik ki, xoşbəxt olmayan şəxslər həyatın ləzzətini dadmırlar. Lakin çox vaxt xoşbəxtliyin yolunu və səadət "iksir”ini səhv salır, onu başqa yerdə axtarırıq.
Cəmiyyət | Baxis: 858 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2012-11-06 | Reytinq: 0.0/0 | Serhler(0)