Cümə axşamı, 2024-05-02, 6:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

HƏYATDA ƏMNİYYƏT YAXŞILIQLAR VƏ PİSLİKLƏR
2012-12-04, 7:12 AM

HƏYATDA ƏMNİYYƏT
YAXŞILIQLAR VƏ PİSLİKLƏR
İnsan əql, qəlb, nəfs və cismdən ibarət bir varlıqdır. İnsanın bütün üzvlərinin yaxşılıq və pislikləri var. Bütün yaxşılıqlar Haqq tərəfindəndir. Pisliklərin qaynağı isə insanın özüdür.
Quranda Rəhim, Rəhman, Rəbb, Ğəfur, Kərim, Lətif, Rəuf, Qüddus, Əiz sifətləri ilə yad edilmiş müqəddəs varlıqdan xeyirdən, rəhmətdən başqa bir şey gözləmək olmaz.
Cəhlin, kinin, həsədin, tamahın və tənbəlliyin pislikdən, ziyandan qeyri məhsulu yoxdur.
Biliyin, savadın insana öz həyatında lazım olan qədər mənimsənilməsi bir tərəfdən vacibi-eyni, digər tərəfdən isə vacibi-kifayidir.(Vacibi eyni, yəni o vaciddər ki, hamının boynundadır və bəzi şəxslərin əncam verilməsinə o birilərin bornundan düşmür. Məs: namaz qılmaq kimi, Vacibi-kifayi, yəni o vacibdər ki, hamının boynundadır və bəzi şəxslərin əncam verilməsilə o birilərin boynundan düşür,məs; ölü müsəlmanın dəfn olunması kimi)
Elm, bilik ağılın inkişafı üçün Allahın bəxş etdiyi ləzzətli bir tikədir. Haqq tərəfindən bəxş edilmiş bir nemət olan ağıl bilik kimi bir nemətlə qoşalaşdıqda, insanın daxilində nurdan yaranmış bir dərya meydana gəlir. Bu nuraniyyət insanın daxili aləminin əmniyyətinin bir qismini təmin edir. Təbii olaraq, bu əmniyyət insandan həyat yoldaşına, övladlarına keçir və nəticədə, onlar da bu daxili təskinlikdən bəhrələnir, həyatları aramlıq nuruna bürünmüş bir həyata çevrilir.
Din elminin, məxsusən fiqh elminin, yəni halal-haramı tanımağın lazım olduğu qədərincə mənimsənilməsi ilk növbədə ailə başçısı, sonra isə evin xanımı və övladları üçün zəruridir. Onlar bu yolla savadlanar və cəhl şərindən amanda qalarlar.
Bəli, savad əmniyyət, savadsızlıq isə ziyan doğurur.

CƏHL VƏ SAVADSIZLIQ

Əhli-beytdən nəql olunan rəvayətlərdə savadsızlıq mənəvi ölüm, əbədi bədbəxtlik amili, insanın təhlükəli, qorxunc düşməni, küfr və azğınlıq kimi hesab edilmişdir.
«Həzrət Peyğəmbərdən (s) cahilin xüsusiyyətlərini soruşduqda, cavab verdi: «Əgər onunla yoldaşlıq etsən, səni zəhmətə, əziyyətə salacaq. Ondan kənar gəzsən, səni məzəmmət edəcək, sənə bir şey bağışlasa minnət qoyacaq, ona bir şey bağışladıqda isə naşükürlük edəcək. Ona sirr versən, sənə xəyanət edəcək».("Tuhəful-uqul" səh.28)
Özünüz fikirləşin, əgər ailə başçısı cəhalət xəstəliyinə düçar olarsa, mənəvi baxımdan yoxsul olarsa, istər ailədə, istərsə də ailədən kənarda hansı əmniyyətsizliyə, əzab-əziyyət qaynağına çevriləcək?
Cahilin ixtiyarında olan var-dövlət, ailə, arvad-uşaq, hamısı təhlükə ilə qarşı-qarşıyadır.
İslamın təhsilə, elmə verdiyi əhəmiyyətin sirri budur ki, insan özünü, ailəsini tam əmniyyətdə yaşatsın, onları heç bir təhlükə qorxutmasın.
İslami qaynaqlarda qeyd olunur: «Həzrət Məsih var qüvvəsi ilə qaçırdı. Bir tanışı ondan qaçmasının səbəbini soruşdu. İsa (ə) «Cahilin əlindən qaçıram»-deyə cavab verdi».
Bəli, tam qüvvə ilə cəhlin və peyğəmbərliyə qarşı cahil olanın əlindən qaçmaq lazımdır. Yalnız bu yolla dünya və axirət səadətinə nail olmaq mümkündür.
Cahil iksirə malik olmaqla yanaşı, yenə yoxsuldur. Alim yoxsulluq içində olsa belə, var-dövlət sahibidir.
Əgər sənə iksir belə versələr, elmin olmadıqda yoxsulsan.
Lakin sənə elm versələr, bu zaman iksiri sat getsin.
Category: Cəmiyyət | Added by: Ənfal
Views: 692 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]