Cümə axşamı, 2024-05-02, 10:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

İntihar insanı əbədi cəhənnəmə aparar
2013-05-17, 10:05 AM
İntihar insanı əbədi cəhənnəmə aparar

Rahatlıq hissi biz insanlar üçün çox mühüm bir mövzudur. Müasir dövrdə insanlar ruhi xəstəliklərlə mübarizə üçün müxtəlif yollar axtarır və səy göstərirlər. Bu gün cəmiyyətində nigarançılıq və iztirab çox yayılmışdır.


Bu gün əksər insanlar ruhi rahatlıq tapmaq üçün çox sayda yollardan istifadə edirlər ki, işə yaramır, onları məqsədinə çatdırmır.

Bu günün insanlarının rahatlıq tapmaq üçün istifadə etdiyi yollar: narkotik, siqaret çəkmək, günah işlətmək, haram musiqiyə qulaq asmaq, şərab içmək, haram yemək, sərvət toplamaq aludəçiliyi və s.

O zaman ki, insan bu yanlış yolların hamısından istifadə edir, ancaq nəticə almırsa, intihara əl atır. Əslində bu yol – qətiyyən həll yolu deyildir.

İnsan belə düşünür ki, intihar edərək və bununla ruhi rahatlıq əldə edə biləcəkdir. Bu cür insan Allahdan, Qiyamət günündən və ölümdən qafildir. Bu insan elə bir yol seçir ki, səhvini düzəltməsi üçün geriyə yol olmaz. O, bu hərəkəti ilə nəinki ruhi rahatlıq tapmaz, əslində əbədi olaraq özünü rahatlıqdan məhrum edər.

İnsan intihar edərək, necə rahatlıq əldə edə bilər ki? İmam Sadiq (ə) buyurur: "O kəs ki, bilərəkdən özünü öldürər, həmişəlik cəhənnəm atəşində olar”.



İmam Əli (ə) buyurur: "Mömin hər bəlaya düçar olar və hər cür ölə bilər. Ancaq heç bir zaman intihar etməz”.

Ona görə də intihar çıxış yolu deyildir. Əgər ruhunuzun rahat olmasını istəyirsinizsə və nigarançılıqdan və iztirabdan uzaq olmaq istəyirsinizsə, Allaha təvəkkül edin və Ona tərəf üz tutun. Allah Təala duaları eşidəndir.



(Tebyan/ Deyerler.org)
Category: Cəmiyyət | Added by: Ənfal
Views: 737 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]