Cümə axşamı, 2024-05-02, 9:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Böyük uğurlara imza atmaq hər birimizin haqqıdır
2013-06-13, 10:39 AM
 Böyük uğurlara imza atmaq hər birimizin haqqıdır

Əvvəla onu qeyd edək ki, ruhi xəstələr və digər istisnalar xaric yerdə qalan bütün insanların hamısı potensial istedad mənbəyidir. Yəni hər kəsdə mütləq bir bacarıq vardır. Bunu Allah əta etmişdir. Sadəcə olaraq çoxumuz öz istedadımızdan xəbərsizik. Axı niyə?

Cavab birmənalıdır. Uşaqlıqdan alınan psixoloji travmalar və böyüyəndən sonra da özümüzü fərqli görə bilməmək, sərbəst düşünə bilməmək, özümüzü kütləyə uyğunlaşdırmaq, sosial fobiyalar, həyat planımızı məhdud düşünmək və əlaqədar məsələlərdir.

Ümumiyyətlə ictimaiyyətdə insanları fərqliliyini təhlil etmək həmişə maraq dairəm olmuşdur. Fikirləşirdim ki, görəsən bir müdirlə fəhlə arasında nə fərqlər vardır? Hər ikisi insan, beyin, fiziki sağlamlıq yerindədir. Bəs görəsən fərq nədədir?

 

Fərq düşüncələrindədir. Biri məhdud, digəri isə geniş düşünür və nəticədə həyatlarında ciddi fərqlər yaranır.

Yəni məsələ sırf təhsil, elm məsələsi deyil. Necə deyərlər hər oxuyan Molla Pənah olmur. Elə elmli insanlar vardır ki, həyatda cəsarətsiz və bədbinlikləri səbəbindən uğursuz olmuşlar.

Yuxarıda dediyimiz düşüncə tərzi insanın bütün həyatını dəyişir. Əfsus ki, bəziləri həyatda uğur qazanmaq üçün ilk öncə maddi qüdrəti düşünürlər. Onların fikrincə pul qazanmaq lazımdır, özü də çoxlu. Hansı üsullarla olması bir o qədər də mühüm olmur. Amma anlamaq istəmirlər ki, insan öz istedadının üzərində işləyərsə, sevərək işini görərsə, labüddür ki, onun maddi qazancı da nəticəvi olaraq bərpa olunacaqdır.

İnsanı dəyişən düşüncə və yanaşma tərzidir. Bunun üçün də "istək" lazımdır. Yəni səmimi arzu, iddialı olmaq, arzunu çox sevmək, xəyal etmək. Bunlar olduqca mühümdür. Necə deyərlər niyyətin hara, mənzilin də ora. Niyyət yaxud istək insanların çoxunun dilində olur. Amma səmimi olmur. Ümidsiz yanaşmalar yarımçıqlıqdır. Bir şeyi istəyəndə mütləq dəqiq və tam olmalıdır. Sərrast və ciddi səslənməldir plan.

Niyyətin yaxud istəyin dəqiqləşməsinin qarşısını alan tənbəllikdir ki, insanlığı məhv etmişdir bu xüsusiyyət. Bəhanələr, maneələri qabartmaq kimi hallar tənbəllərə məxsusdur.

Niyyətin həyata keçməsi üçün qüdrətə çatmaq lazımdır. Qüdrət isə o nəticəni əldə etmək üçün lazımi elm və şəraitin yetişməsidir. Deməli 3 mərhələ deyə bilərik: Niyyət, Qüdrət və İnayət.

Bəzən insanın niyyəti var, amma hələ çata bilmir nəticəyə. Deməli qüdrətə hələ çatmamışdır. Bəzən olur ki, elmli insan görürsən, amma nəticə görmürsn həyatında. Deməli onun da istək və niyyəti dəqiqləşməmişdir.

İnsanın səmimi istəyinə Allah və müdrik bəndələr hər zaman müsbət cavab vermişlər. Çünki bu İlahi bir ədalətdir. Mümkün deyil ki, insan səmimi və düzgün niyyət qərarlaşdırsın, çalışsın, amma nəticə olmasın. Belə hal ziddir yaradılış fəlsəfəsinə. Bəzi istisnalar həyatda baş verir.

Bunların da öz hikməti vardır. Məsələn, universitetə hazırlaşan bir abituriyentin dəfələrlə imtahan günü xəstələnməsi halı kimi. Belə olan halda mütləqdir ki, o insanın xeyrinə burada çox mühüm bir nöqtə var. Onu da həyat ona göstərir sonradan. Necə göstərir? Elə göstərir ki, o insan arzuladığı yerə digər vasitələrlə gedib çıxır. Çünki bu dünya səbəb-nəticə qanunlarıyla idarə olunur. Əziyyət mütləq qiymətləndirilir.

Bu vəya digər formalarda

Nəticə olaraq onu deməliyəm ki, böyük uğurlara imza atmaq üçün mütləq "istək" olmalıdır. İstəyi dəqiqləşdirmək və üzərində işləmək.
Əmin olun ki, arzuladığınız zirvə sizi gözləyir.

ihq.az



Category: Cəmiyyət | Added by: Ənfal
Views: 685 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]