Çərşənbə günü, 2024-04-24, 7:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ümidi olan günahkarın aqibəti
2013-11-07, 7:04 AM
Ümidi olan günahkarın aqibəti

  Malik ibni Dinarın vaxtında günah işlər görən bir kişi var idi və heç vaxt xeyir işlər düşünməmişdi. Nəhayət, ölüm mələyi onun ətəyindən yapışır. O, ölüm mələyini görəndə başa düşür ki, ölümü gəlib çatıbdır. Öz əməllərinə bir nəzər salır. Ancaq orada ümid ediləsi bir şey görmür. Dərindən bir ah çəkir və Allaha tərəf hərəkət edir. Şəhər əhalisi onun ölümünə çox sevindilər. Onu şəhərdən kənara çıxarıb, zibilxanaya atırlar. Cənazəsinin üzərinə də torpaq tökürlər.
Malik ibni Dinara yuxuda deyirlər: "Filankəs ölüb və onu zibilxanaya atıblar. Qalx və ona qüsl ver və yaxşı insanların qəbiristanlığında basdır”. Deyir: "Allahım! O, bəndələr arasında pis işləri ilə məşhur idi. Məgər Sənin dərgahına hansı yaxşı işi ilə gəlmişdir ki, bu cür kəramət göstərirsən?”. Cavab gəlir: "Can verən zaman əməl dəftərinə baxdı. Hamısında xata gördü. Aciz halda bizim dərgahımıza nəzər saldı. Bizim fəzl ətəyimizdən yapışdı və ona rəhm etdik. Onu elə bağışladım ki, sanki heç günahı olmamışdır. Əzabdan ona nicat verdim. Əbədi nemətə çatdırdım. Bizim dərgahımızdan yapışan hansı insana şəfa verməmişik ki?”. (Erfan)
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 823 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 GADİR   (2013-11-23 12:35 PM) [Daxil et]
Aleykum salam 
Əzrailin xidmətçiləri  insanin başinin üstünü kəstirəndən sonra ölüm yatağinda olan tövbə qəbul olunmur artiq gecdir, məss helə bu səbəbdən Peyqəmbərimis (s.ə.s) buyurub; Tövbə etməyi tələsin ömür axirina bir ay qalmiş bir həftə qalmiş və yaxud bir gündə qalmiş olsada belə. 
Ölümin isə nə zaman çatacaqni heçkəs təbiidir ki  bilmir.
 
ALLAH RAZİ OLSUN.

0  
1 Abdulinal   (2013-11-15 7:10 PM) [Daxil et]
Salam aleykum bu məqaləni oxudum və məndə belə bir hiss yarandıki görəsən hər bir insan ömür boyu eyş işarət nə bilim haramlar içərisində keçirsə və ölən zaman peşman olsa allah bu qəbildən olan bütün insanları bağışlayarmı axı mən bildiyimə görə ölüm yatağında edilən tövbə qəbul edilmir

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]