Şənbə günü, 2024-04-20, 4:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ömrünü uzun etmək istəyənlər üçün tövsiyələr
2013-10-13, 6:04 AM
Ömrünü uzun etmək istəyənlər üçün tövsiyələr

  O kəslər ki, cavidan – həmişəyaşar olmaq istəyirlər, Quran onlara belə xitab edər: "Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. ("Nisa” 78).
Bəşər həyatı boyu həmişə cavidan yaşamağı arzu etmişdir. Elə bir həyat arzusunda olmuşdur ki, heç sona çatmasın və arzularına çatmaq üçün insan daima səy və çalışma içində olsun. Bu axtarış bir kabusa çevrilmişdir və bu haqda çox sayda filmlər belə çəkilmişdir. Bu filmlərdə insanlar elə bir su axtarırlar ki, onlara cavidanlığı hədiyyə edir. Bəs insan bu qədər texnikanın inkişaf etdiyi bir zamanda belə bir məcun hazırlaya bilərmi? Bu sualın cavabını Allah bizə Quranda vermişdir. Belə ki, insan bu həyatda cavidan yaşaya bilməz. Bu, Allahın əmridir. (Tebyan)
Əgər civadan yaşamaq mümkün olsaydı, peyğəmbərlər bu məsələdə ilk insanlar olardılar. Allah Peyğəmbərə (s) belə xitab edir: "Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər”. ("Zumər” 30).
İnsan bu dünyada cavidan yaşamağı bacarmasa da, elə edə bilər ki, ömrü uzansın. Quran-Kərim uzunömürlü olmaq üçün bəzi tövsiyələr verir. Amma bu məsələyə diqqət etmək lazımdır ki, ömür dərəli bir şeydir və o qədər qısa ömürlü insanlar olmuşdur ki, həyatları çox bərəkətli və səmərəli olmuşdur. Məsələn, Əllamə Məclisi ömrü boyu cəmiyyətə və İslam dininə xidmət etmiş və bərəkətli bir ömrə malik olmuşdur. 73 il ömründə 100-yə yaxın kitab yazmışdır ki, onlardan biri də "Buharul ənvardır”.
Ya da Əllamə Hilli kimi bir alim yarım saat zamanının şahı ilə söhbət etdikdən sonra onu Əhli-beyt (ə) davamçısı edir və saray əhli də onun kimi bu məzhəbi qəbul etdilər.
Əgər uzun ömürlü olmaq istəyirsinizsə:
1. Səhər yeməyini yaddan çıxartmayın. Quran behişt əhlinin yeməyi haqqında danışan zaman gün ərzində yeyilən iki vədə yeməyə işarə etmişdir. "Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam hazırdır”. (Məryəm” 62).
İmam Əli (ə) də səhər yeməyini əhəmiyyəti haqda buyurmuşdur: "Hər kim cavidan olmağını istəyirsə, səhər yeməyini tez yeməli və axşam yeməyini də gec yeməlidir”.
2. Yemək yeyən zaman ifrat etməyin. Biz gündəlik namazlarımızda Allahdan dəfələrlə bizi düz yola hidayət etməyini istəyirik. Allahdan istəyirik ki, bizləri qəzəbləndiyi kəslərin yoluna hidayət etməsin. Allahın qəzəbləndiyi insanlardan bəziləri yeməkdə ifrat edənlərdir. Allah Təala bu məsələyə "Taha” surəsinin 81-ci ayəsində işarə etmişdir.
3. Başqalarını bağışlayın. Allah Təbarəkə və Təala buyurur ki, insanların pisliklərinə yaxşılıqla cavab verin. "Yaxşı iş ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et”. ("Fussilət” 34).
İnsanları bağışlamaq ömrün uzunmasına müsbət təsir qoyur. Belə ki, kin və küdurət bir çox xəstəliklərə yol açdığı üçün, ömrü qısaldar. Ancaq insan əgər kin və küdurətdən uzaq olaraq, insanları bağışlamağı bacararsa, bu məsələ onun ruhuna və cisminə müsbət təsir qoyacaqdır.
4. Çox fikirləşin. Quran da çoxlu təfəkkür etməyi vurğulamışdır. "Bəs niyə fikirləşmirsiniz?” (Ənam” 50). Təfəkkür insanın mənəvi həyatına təsir etdiyi kimi, onun ömrünün uzanmasına da əvəzsiz təsir qoyur. Bəzi tədqiqatlara görə, təfəkkür etmək insan ömrünü 15 il uzada bilər.
5. Öz qohumlarınıza baş çəkin. İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhmdən başqa elə bir şey tanımıram ki, bu qədər ömrü artırar. Əgər kiminsə ömrünə üç il qalıbsa, sileyi-rəhm edərsə, Allah ömrünü 30 il artırar. Ömrü 33 il olar. Əgər rabitəni kəsərsə, qalmış 30 ili 3 ilə çevrilər”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 746 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]