Bazar günü, 2024-05-19, 9:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files

Total entries in catalog: 2987
Shown entries: 301-350
Pages: « 1 2 ... 5 6 7 8 9 ... 59 60 »

Dünyanın acısı - axirətin şirinliyidir, dünyanın şirinliyi isə axirətin acısıdır

 İmam Əli (ə) buyurur: "Haram dünya zəhərli ilan kimidir, dərisi yumşaqdır, ancaq daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona meyl edər, bilikli aqil ondan uzaqlaşar”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 708 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 5.0/1 | Serhler(0)

Təfəkkürü gücləndirəcək 7 üsul

Əgər təfəkkür və düşüncə hissi insanda canlı olmazsa, insan necə elm öyrənə bilər, insanlara necə xidmət edə bilər ki?
Əgər təfəkkür və düşünmə qüvvə zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilmərik. Bu cür hallarda məntiqli həll yolu odur ki, insan öz təfəkkür qüvvəsini inkişaf etdirsin. Təfəkkürü gücləndirmək üçün bir neçə yol vardır ki, onlara işarə edək:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 764 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi

Müasir dövrümüzün ən böyük bəlalarından biri də körpələrin siqt edilməsidir. İnsan müasir dövrdə yaşamağına baxmayaraq, təfəkkürü hələ də cahiliyyət dövründə qalmışdır.
Müasir həyat bir tərəfdən bizi irəli aparır və bir tərəfdən də həyatımıza olan mənfi təsirlərini müşahidə edə bilərik. Əxlaqdan, rəftardan, həyat tərzindən tutmuş, hər bir şey müasir dövrün təsiri altına düşmüşdür.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 754 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Ər-arvadın bir-birinin libası olması nə məna daşıyır?

"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız” ("Bəqərə” 187).
Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.
Ailə xoşbəxtliyi | Baxis: 884 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Müsəlman necə qidalanmalıdır?

Yeməkdə ifrat etmək bir müsəlmana yaraşmayan əməllərdəndir. Ona görə də bir müsəlman necə yemək yeməlidir? Bunu hədislərə nəzər salaraq öyrənək.
 
İmam Əli (ə) buyurur: "Çox yemək yeməkdən çəkinin ki, qəlbi daşlaşdırar, namaza qarşı tənbəllik mənbəyidir, bədəni xəstələndirər”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 757 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 5.0/1 | Serhler(1)

Insanın hansı 2 ağzı var?

Əllamə Həsənzadə Amulinin tövsiyələrindən: "İnsanın iki ağzı vardır: biri qulaqdır ki, ruhun ağızıdır. O biri isə ağızdır. Bu iki ağız çox möhtərəmdir. İnsan gərək onlara nəzarət etsin. Yəni, ora daxil olub xaric olana nəzarət etsin. O kəslərin ki, yemək əxlaqı yoxdur, iş əxlaqı da olmaz. O kəslərin ki, eşitmə əxlaqı yoxdur, danışmaq əxlaqı da olmaz.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 758 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-28 | Reytinq: 0.0/0 | Serhler(0)

Cavan ailəni möhkəm edən amillər – ARAŞDIRMA

(Əhli-beyt (ə) saytına istinadən)
 
 İnsan mədəni bir varlıqdır. Ona görə də bir yavərə ehtiyacı vardır.
Üsul və şəraitlərinə riayət edilən bir evlilik başqa ailələrin təcrübəsindən istifadə edərək, daha möhkəm və sabit olar.
Cavan ailələr bir neçə nöqtəyə diqqət etsələr, ailələri ilk günlərdən acı və təlatümlü olmaz.
Ailə xoşbəxtliyi | Baxis: 862 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Qız uşağı İlahi hədiyyədir

Cəmiyyətə diqqət etsək görərik ki, hələ də cəmiyyətdə cahilcəsinə oğlan uşaqlarını qızlardan üstün hesab edən insanlar vardır. Quranın buyurduğu kimi, qızın adını eşidən kimi belələrinin üzləri dəyişir və Sübhan Allahın qəzəbinə düçar olurlar.
Bu cahil əməlin tarixi kökləri vardır. Bu yanlış düçüncəni aradan qaldırmaq üçün İslam dinində qadının tutduğu məqama diqqət etmək kifayətdir. Mübahilə hadisəsinə nəzər salsaq görərik ki, Peyğəmbər (s) bu cür mühüm bir yerə qızı Fatiməni (s.ə) özü ilə aparır. Halbuki, cahil ərəblər o zaman qızlarını diri-diri basdırırdılar.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 723 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Ömrü qısaldan və uzadan əməllər

Ölüm o qədər qarışıq məsələlərdəndir ki, bəzən insanı qəflətən yaxalayır. Həyatda olan zaman ölümlə bağlı insan zehnində çox sayda suallar meydana gəlir. Ancaq insan bunu dəqiq bilir ki, həyatın bu həqiqətindən qaçış yoxdur. Hər bir canlı varlıq bir gün onunla üzləşəcəkdir.
İmam Sadiq (ə) buyurur: "İnsanlar öz ömürləri ilə yaşamazdan əvvəl ehsan və yaxşılıqları ilə yaşayarlar. Əcəli çatıb ölməmişdən qabaq isə günahlarına görə ölərlər”.
Məad | Baxis: 1581 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Bəxtin bağlanmasını necə aradan aparmaq olar?

Bəxti bağlamaq, sehr və cadu - həqiqətdə mövcud olan məsələlərdəndir. Əlbəttə, bunları öyrənmək və öyrətmək haramdır. Ancaq onu nəzərə almaq lazımdır ki, məsələn qıza elçi gəlməyən zaman onu bəxti bağlamaqla əlaqələndirmək düz deyildir. İkincisi də hər kəs sehrbaz və ya cadugər ola bilməz.  
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1181 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-24 | Reytinq: 5.0/1 | Serhler(0)

Müaviyyə (lən) Qurandan necə qorxdu

 Müaviyyə (lən) həccə gedən zaman Mədinədə qaldığı küçədən keçirdi. Keçdiyi yerdə bir qrup Qureyşlini görür. Onlar Müaviyyəni görən kimi ayağa qalxırlar, İbni Abbasdan başqa.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 804 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Sədəqə yalnız maddi olmur, işlərlə də olur


Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: "Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”.
 
Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər?
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 741 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Yersiz mübahisələrdən çəkinməliyik

 Yersiz mübahisə etmək daxili nəfslərdən qaynaqlanır və insana ziyandan başqa bir şey gətirmir. İnsan başqasının sözünə və ya əməlinə irad tutaraq, etiraz məqamına gəlib çatır. Qarşı tərəfə tənə vurmaq istəyir və onu təhqir edir. Özünün ondan üstün olmağını sübut etməyə çalışır.
Mübahisə elə bir mövzudur ki, hər birimiz həyatda onunla qaşılaşmışıq. Bəzən onun nə qədər çirkin əməl olduğudan qafil olmuşuq.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 702 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Vəsvəsəni necə müalicə edək?

Tebyan saytına istinadən, hal-hazırda müasir dövrümüzün ən böyük bəlası vəsvəsəlik xəstəliyidir. Yer üzündə təxminən 50 milyon nəfər buna düçar olmuşdur.
Psixologiya elmində vəsvəsəlik elə bir xəstəlikdir ki, fikrə, kəlməyə, ya da hansısa şəklə aid edilir. İnsanın iradəsinə hücum edir. İnsanın ruhi vəziyyətini öz kontrolu altına alır. Onda depressiya üçün şərait yaradır. Nəticədə insan yersiz və məcburi işlər görər və fikirləri çox narahat olar.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 711 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

İlahi rəhmətə necə layiq olaq?

Rəhmət sözü "rəhm” sözündən götürülmüşdür və mənası mehribanlıq və şəfqət deməkdir. İlahi rəhmət o deməkdir ki, xeyir, xeyir sahibinə verilsin və o miqdarda ki, ona layiqdir. Yəni, Allah Təala hər bir kəsə tutumu və layiq olduğu qədər xeyir verərsə, bu İlahi rəhmət deməkdir.
Rəhmət istər maddi olsun, istərsə də mənəvi - xüsusi məhdud insanlara aid edilmir. Allah hər bir varlığına qarşı mərhəmətli və rəhmətlidir. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 687 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Ümidsizliyə qarşı 3 metod

İnsanın Allaha dua etməsi Həzrət Adəmin (ə) zamanından başlamışdır. Allah Adəmi (ə) xəlq edəndən və o, da qadağan edilmiş ağacdan yedikdən sonra yerə sürgün edilir və əlini dua üçün açır. Müqəddəs kəlmələrdən istifadə edərək, Allahdan əfv və bağışlanma istəyir. Belə ki, oxuyuruq: "(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi”. ("Bəqərə” 37).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 788 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)

Dua, əməllə bir yerdə olmalıdır

Ali Dini Rəhbərin "Dua” adlı kitabında oxuyuruq: "Lazım deyildir ki, dua həmişə təbii qanunları dəyişsin. Təbii qanunların əleyhinə əməl etsin. Xeyir, dua təbii qanunlar çərçivəsində həyata keçər. Bu, Allahın qüdrətidir ki, qanunlar yaradır və bir-birinin yanında qərar verir. Sizin məqsədiniz də həyata keçir. Əlbəttə, əgər sizin duanız hansısa İlahi qanunla təzad təşkil etsə, yerinə yetməz. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 633 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-22 | Reytinq: 0.0/0 | Serhler(0)




Bilməli olduğumuz məsələlər

Oğlanla qızın evlilik məqsədilə görüşməsi
Şəri məsələlər | Baxis: 1100 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-21 | Reytinq: 3.0/1 | Serhler(0)



Bilməli olduğumuz məsələlər


Qadınların idman meydançalarında tamaşaçı qismində iştirak etməsi 
Şəri məsələlər | Baxis: 1009 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-21 | Reytinq: 0.0/0 | Serhler(0)

İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?


Hədislərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağanın (ə.f) xarici görünüşü Həzrət Peyğəmbərə (s) çox bənzəyir. Siması çox xoş və mülayimdır. Həzrətin (ə.f) siması o qədər gözəldir ki, onu görənlər Allaha belə dua edirlər: "Allahım! O gözəl simanı mənə bir də göstər və gözlərimi onun gözəlliyi ilə bir daha nurlandır”.

İmam Məhdi (ə.f) | Baxis: 674 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Dünyasını dəyişənlərə necə yardım edə bilərik?

Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur: "Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”.
Məad | Baxis: 1079 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-20 | Reytinq: 2.0/1 | Serhler(0)

Valideynə yaxşılıq - insanın üzərində olan ən vacib vəzifədir

Quranda valideynə yaxşılıq etmək haqqında çox sayda ayə vardır. Əlbəttə bu ayələrdə valideynə edilməli olan hörmət və ehtiram təkcə müsəlman valideynə aid deyildir. Bu hörmət qeyri-müsəlman valideynlərə də aid edilir.
Ailə xoşbəxtliyi | Baxis: 1100 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Qardaş Qısqanclığı Səbəbləri 


"Bu uşaqda haradan çıxdı? Artıq anam atam məni köhnəsi kimi sevməyəcəkmi? Mən qardaş istəməmişdim ki… Başmağım damamı atılacaq indi? Mən yenə köhnəsi kimi anam və atamla tək olmaq istiyirəm…"‌
Uşaq | Baxis: 966 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-20 | Reytinq: 0.0/0 | Serhler(0)

İzzətin 6 amili

İmam Hüseyn (ə) bəşər üçün izzət nümunəsidir. Onun Peyğəmbər (s), İmam Əli (ə), xanım Fatimə (s.ə) kimi müəllimləri var idi. Atasının nəsihəti həmişə zehnində idi. Belə ki, buyurmuşdu: "Nəfsini hər cür alçaqlıqdan uzaq tut, baxmayaraq ki, səni sonsuz nemətlərə çatdırsa belə”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 738 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Quranı sadəcə üzündən oxumaq və ya əzəbərləmək kifayət etmir, əməl etmək lazımdır

Hər bir iş insan üçün məsuliyyət gətirər. Quran qariləri də bu məsuliyyətdən xaricdə deyildirlər. İmam Baqir (ə) buyurur: "Ey Quran oxuyanlar! Allah Təaladan Kitabında sizə verdiklərindən çəkinin! Çünki mən məsuliyyət daşıyıram. Siz də məsuliyyət daşıyırsınız. Mən risaləti çatdırmaqda və təbliğ etməkdə məsuliyyət daşıyıram. Siz isə Quran və mənim sünnətimdən əldə etdiklərinizə görə məsuliyyət daşıyırsınız”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1262 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Saleh bəndələrin Quran işığında surəti

 Allah bəndələrinin hansı xüsusiyyətləri vardır? Quran bu haqda bizlərə nə deyir?
"Həqiqətən, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. ("Ənbiya” 105). Bu ayədən də göründüyü kimi, Allahın saleh bəndələri Onun varisləri kimi tanıdılmışdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 678 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Başqasını özündən üstün bilmək - möminlərin xüsusiyyətidir

Quran və hədislər biz müsəlmanlara din qardaşlarımızla necə davranmağımızı və rəftar etməyimizi tövsiyə və məsləhət etmişdir. Bunlardan biri də fədakarlıq və başqalarını özündən üstün bilməkdir. Fədakarlıq və başqalarını üstün bilmək - əxlaq fəzilətlərindəndir. Fədakarlıq dedikdə, yəni öz hüququndan başqasına görə keçməkdir. Onu özündən üstün bilməkdir. Bu əməl ehsanın ən üstün mərhələsi hesab edilir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 926 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir

 "Lənət” sözünün mənası "Allahdan uzaqlaşdırmaq” deməkdir. Ona görə də onun pis əməl olduğuna heç bir şəkk yoxdur. Kimisə elə-belə nifrin etmək caiz deyildir.
"Cameyi-səadət” kitabında oxuyuruq ki, dində olan lənət kafirlərə, fasiqlərə və zalımlara aiddir. O cümlədən zalım hökumətə nifrin etmək caiz, bəlkə də müstəhəbdir. Bundan qeyri halda isə bəyənilmir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 754 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəmdən qurtulmağın effektiv yolları

Bu gün müasir elm insanların qəmini aradan qaldırmaq üçün çox sayda yollar məsləhət görür ki, onların əksəri qısamüddətlidir. Bunların çoxu insanın ruh və canına heç də yaxşı təsir qoymur.
Həzrət Əli (ə) insanın qəm və qüssəsini aradan qaldırıb yerini sevinclə doldurmaq üçün bir neçə mübarək məsləhət vermişdir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 879 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-18 | Reytinq: 0.0/0 | Serhler(0)

AİLƏ: CƏMİYYƏTİN İLK VƏ ƏN MÜHÜM MÜƏSSİSƏSİ

(Ustad Ənsarianın nəzərlərinə əsasən) 

Hər bir müsəlman özünə həyat yoldaşı seçməlidir ki, onun həyatına şərik olsun. Həyatının bütün anlarında, bir-birindən əl çəkməsinlər və həyat yoldaşını dünya imtahanlarında özünə sirdaş və təsəlli verən bilsin. Zira, bu vəzifə daha çox qadının öhdəsindədir.
Ailə xoşbəxtliyi | Baxis: 1185 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Qərib İmam Rza (ə)

Lüğətdə vətənindən uzaq düşmüş insana qərib deyirlər. Həzrət Əli (ə) buyurur: "Qərib o kəsdir ki, dostu olmasın”. Ona görə də, vətənindən uzaq düşdüyünə və sürgün olduğu zamanlarda yar və yavəri olmadığına və məzlum halda şəhid edildiyinə görə İmam Rzanı (ə) qərib adlandırırlar. İmam Rzanın (ə) özündən özü haqqında belə hədis vardır: 
İmamət | Baxis: 1078 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-16 | Reytinq: 5.0/2 | Serhler(0)

Ana bətnində qətl!

"Valideynlər dünya və axirət həyatlarının çırağını söndürməsinlər."
"Valideynlər dünya və axirət həyatlarının çırağını söndürməsinlər. Əksinə, ailə ocaqlarında yeni bir ilahi çıraq yandırsınlar"

Uşaq | Baxis: 1125 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-16 | Reytinq: 5.0/2 | Serhler(1)

İlahi tofiqi necə əldə edək?

Ayətullah Behcət buyurur: "İnsan xəyal edir ki, xeyir iş görəndə o işi görənin əsli özüdür. O, hər işi görə bilər. Halbuki, bilmir nə qədər yaşacaqdır. Məgər ömrünün axırına qədər bu işi görə bilərmi?”
 
Tofiq nədir?
Tofiq dini bəhslərdəndir ki, bizlərə onu tövsiyə edirlər. İnsanlar bir-birinə deyərlər: "Allah sənə tofiq versin”. Saleh əməl görmək üçün tofiq lazımdır. Bəs bu cümlənin mənası nədir?
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 721 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Valideyn övladlar arasında fərq qoymamalıdır

Ailədə övladlar arasında fərq qoymaq - övladların ruhi zədələnməsinə gətirib çıxardar. Bəzi valideynlər düşünür ki, bu, övladının inkişafı üçün faydalıdır. Deyirlər ki, biz övladımızın birini dərsinə görə tərifləyən zaman o biri övladlarımız də dərs oxumağa başlayırlar.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 702 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Teyyül-ərz – bir göz qırpımında min kilometrlərlə məsafəyə getməkdir

Əllamə Təbatəbayidən soruşurlar ki, teyyül-ərzin həqiqəti nədir? Buyurur ki, yeriyənin addımları altında yeri bükməkdir.
Mərhum Qazi ziyarət əyyamında həmişə Nəcəfdən Kərbəlaya gələrdi. Heç kim onun maşına mindiyini görməzdi. Bu sirdən heç kim xəbərdar deyildi. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 894 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Günah insana 3 böyük ziyan vurar

İmam Səccad (ə) buyurur: "Günah üç ağır xəsarət gətirər. Birinci ziyanı zillət libasını geyinməkdir”.
Günah insanı Allah dərgahında xar və zəlil edər. Əgər bu alçaqlıq libası insanın əynində qalarsa, Qiyamət günü nicat yolu tapa bilməz. Bu zillət libasını xalis tövbə ilə çıxartmaq olar. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 705 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 5.0/1 | Serhler(0)

And içməyin şərtləri hansıdır?

 And içməyin şəriətdə bir neçə ümumi şərti vardır.
1. And içən insan həddi-buluğa çatmalı və aqil olamlıdır. Andını iradəsi ilə içməlidir. Ona görə də uşağın və ya dəlinin and içməsi düzgün deyildir. Həmçinin insan əgər əsəbi halda and içərsə və bu andında heç bir qəsdi olmazsa, düzgün and olmaz.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 746 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Günahkardan necə ibrət almaq?

İmam Əli (ə) buyurur: "O kəslər ki, günahdan uzaq olublar, Allah da onları çirkinliklərdən amanda saxlayıbdır. Yaxşı olar ki, günahkarlara rəhm etsinlər.”
Bu xütbədə İmamın (ə) işarə etdiyi insanlar - ismət əhlidirlər. Onlar o kəslərdir ki, özlərini günahdan saxlayarlar. Bu, o kəslərdir ki, Allah onlara yardım edər ki, əmmarə nəfslərinə qalib gəlsinlər. Onu öz aqil qüvvələrinin əsiri etsinlər. Nəticədə günahı tərk etmək mələkəsi əldə edərlər. 

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 774 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-14 | Reytinq: 1.0/2 | Serhler(0)

Alimlərimiz valideynlərinə necə ‎ehtiram göstərir?‎

Din alimləri bütün ömürləri boyu Quran ayələrinə və hədislərə əsasən yaşayırlar. Kamala çatmağı onlara əməl etməkdə görürlər. Bir müsəlmana vacib olan əməllərdən biri-valideyninə hörmət etməsidir. Bu əməlin həm dünyada və həm də axirətdə çox böyük savabı vardır. Bəs alimlərimiz bu vacibatı necə yerinə yetirmişdilər?
Ailə xoşbəxtliyi | Baxis: 1046 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-11 | Reytinq: 0.0/0 | Serhler(0)

Qurani-Məcid hicab barədə nə buyurur?

Şübhəsiz ki, qadınların naməhrəm kişilərin yanında örtünməsi İslam dininin nəzərinə görə zəruridir. Hər Quran və həm də Peyğəmbərdən (s) gələn hədislər bunu təsdiq edir. Hicab keçmiş dinlərdə də mövcud olmuşdur. Ancaq bu hökm İslam dinində daha çox qalıcı olmuşdur. Çünki bu dində, keçmiş dinlərdən fərqli olaraq, ifrat və təfritə yer yoxdur. Hicab üçün müəyən hədd təyin edilmişdir. 
İslamda qadınlar | Baxis: 1221 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-11 | Reytinq: 5.0/1 | Serhler(4)

Gülmək, amma lağa qoymaq yox

"Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!” ("Hucurat” 11).
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 1232 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

BİGANƏLİK NÜMUNƏLƏRİ
Bu günün özündə də elə insanlarla rastlaşırıq ki, millət və adət-ənənədən dəm vurur, keçirdiyi mərasimlərə dini büdcədən (beytul-maldan) pul xərcləyir, amma Allahdan və dindən söhbət düşəndə narahat olur. Onlar yalnız öz nəfsani istəklərinə çatmaq üçün özlərini dinə yaxın adam kimi göstərirlər. Belələri dinə zidd mərasimlərə pul xərcləyir, növbə məscidə çatdıqda "qoy, məscid əhli özü çalışsın” deyir. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 805 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

RAMAZANI QƏNİMƏT SAYAQ  

Həyat sürətlə keçməkdədir. İnsan isə sərmayəni əldən necə verdiyini düşünmür. Bəzən öz keçmişini xatırlamağa müvəffəq olduqda görür ki, bir ömür yaşayıb, qüvvələr sərf edib, çalışıb, lakin əldə heç bir şey yoxdur.

İl boyu həmişə elə bir fürsət axtarırıq ki, həyatımız, onun müqəddiməsi və yaşanması barəsində düşünək, bizə əbədi həyat verən bir yol seçək. 
11 ayın sultanı | Baxis: 845 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

TƏSİRLİ DUALAR
Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, təsirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır. Qurani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, girami peyğəmbər və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 765 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

Sədəqə Ömürü Uzadar 

  Şeyx Saduk Emali adlı kitabında İmam Cəfər Sadiq (a.s)dan belə rəvayət edir; Həzrət İsa, sevin içindəi olan bir qövmün yanından keçərkən, onlara sevinc və sevinclərinin səbəbini soruşdu. Belə dedilər; Ya Ruhullah! Bu axşam filanın qızını filan şəxs üçün gəlin olaraq aparırlar. Hz. İsa buyurdular ki; bunlar bu gün sevinclidirlər amma sabah ağlayacaqlar. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 743 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)


Onlara Of Belə Dəmə! 


  Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə![ İsra 23. ]
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 782 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 5.0/1 | Serhler(0)

Dünya axirətin tarlasıdır


Sabahkı atəş; cəhalətin tərəfdarı, ürəyin fəsadı və əməli pozğunluqlardır. Allahı Təala əzabı, istədiyi hər kəs üçün zorla yeritmiş deyil. Bu, axirətdə əzab və atəş şəklində zühur edən və günahkarın varlığını özünə əsir edən günah çirkinlikləri və əxlaqi alçaqlıqlardır. 
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 700 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

Kredit, sələm - cəhənnəm... 


Bu, bir İblis texnologiyasdır...

Əcnəbi dövlətlərdən, təşkilatlardan götürdüyümüz kreditlərə ödədiyimiz faizlər sonradan raket və mərmilərə çevrilərək Qarabağda, Fələstində, İraqda, Əfqanıstanda... müsəlmanların başına yağır...
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 778 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

Kim zina etsə, bir gün onun öz namusu ilə də zina ediləcək

Belə rəvayət edilir. Həzrət Davudun (ə) dövründə fasiq bir kişi varmış

Günlərin birində bu fasiq kişi yoxsul birinin arvadıyla yaxınlıq edir. Qadınla əlaqədə olduğu vaxt başqa bir kişinin onun arvadıyla zina etdiyi gözləri önünə gəlir. Həmin fasiq kişi tez evinə dönür. Arvadının doğrudan da yad kişi ilə zina etdiyini görür. Kişini cəzalandırmaq üçün Davudun (ə) yanına aparır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 654 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 0.0/0 | Serhler(0)

Haram olan qazanclar hansılardır?
1-Qumar
Qumar ortaya pul qoyularaq oynanılan şans oyunudur.Qumar müxtəlif alətlərlə oynanılır.Nə ilə oynanılırsa oynanılsın, bu oyun tərəflərdən birinə və ya bir neçəsinə qazanc və ya zərər verirsə,qumardır və qadağandır.Bu yolla qaznılan pul da haramdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 786 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-09-09 | Reytinq: 5.0/1 | Serhler(0)

1-50 51-100 ... 201-250 251-300 301-350 351-400 401-450 ... 2901-2950 2951-2987