Bazar günü, 2024-12-22, 5:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Alimlərimiz valideynlərinə necə ‎ehtiram göstərir?‎
2013-09-11, 1:53 PM
Alimlərimiz valideynlərinə necə ‎ehtiram göstərir?‎

Din alimləri bütün ömürləri boyu Quran ayələrinə və hədislərə əsasən yaşayırlar. Kamala çatmağı onlara əməl etməkdə görürlər. Bir müsəlmana vacib olan əməllərdən biri-valideyninə hörmət etməsidir. Bu əməlin həm dünyada və həm də axirətdə çox böyük savabı vardır. Bəs alimlərimiz bu vacibatı necə yerinə yetirmişdilər?
 
Ustad Mütəhhəri.

Alim buyurur: "Bəzən öz işlərim haqqında düşünürəm və görürəm ki, həyatımda xeyir və bərəkətə sahib olmağımın səbəbi- valideynlərinə etdiyim ehtiramın sayəsindədir. Xüsusilə də xəstəlik vaxtı. Onlara sevgi ilə yanaşı, imkanım çatdığı qədər maddi yardım edirdim”.
İslamın əziz Rəhbəri Ayətullah Xamenei bu haqda buyurur: "Atası möhtərəm bir ruhani idi, Mərhum Mütəhərrinin ona qoyduğu ehtiram dillər əzbəri idi”. Alim deyir: "Məni mənəvi məsələlərə və ibadətə dəvət edən ilk insan atam olmuşdur. Uşaqlıq və cavanlıq dövrümdə məni Quran oxumağa vadar etmişdi”.
 
Şeyx Murtəza Ənsari.
 
Böyük fəqih olan Şeyx Murtəza anasını hamama belində aparar və oradakı qadınlara tapşırıb qapıda gözləyərdi. Sonra anasını yenə belinə alıb evinə aparardı. Hər axşam anasının əlini öpməyə gələrdi, səhər ondan icazə alıb evdən çıxardı. Anası vəfat edən zaman çox ağlayır, buyurur ki, ağlamağı ona görədir ki, belə bir böyük nemətə xidmət etməkdən məhrum olmuşam.
 
Hacı Şeyx Əbdülkərim Hairi.
 
Bu böyük alim İraqdan və Kərbəladan hicrət etmək istəyən zaman Kərbəladakı tək mal varlığı olan evi satır və onun pulunu İmam Hüseyn (ə) hərəmində atasının bir il qəza namazlarını qılmaq üçün verir.
 
Ayətullah Xoyi.
 
Bu böyük alim də valideynlərinə çox hörmət edərdi. O, Nəcəfdən Quma tələbələri görmək üçün gələn zaman qapının ağzında dayanar və sadə ruhani olan atasından sonra içəri daxil olardı.
 
Ayətullah Burucerdi.
 
1314-cü Hicri ilində (1893-miladi) atası alimə məktub yazıb onu Birucerdə çağırır. Alim belə düşünür ki, atası onun təhsilinin davam etməsini istəyir. Onu Nəcəfə göndərməyi düşünür. Ancaq atası və qohumları ilə görüşəndən sonra düşündüyünün əksinə olaraq, onu evləndirmək istəyirlər. Bu mövzudan çox qəmgin olur, atası bunun səbəbini soraşanda deyir: "Mən çox rahat halda tələbəliyimlə məşğul idim. Ancaq indi qorxuram ki, evlilik mənimlə məqsədim arasına fasilə salar. Mənə məqsədimə çatmağıma mane olar”. Atası deyir: "Oğlum, bunu bil ki, əgər atanın əmrini yerinə yetirməsən, təhsildə olan bu qədər ciddiyyətinə baxmayaraq bir yerə çatmayacaqsan”. Atasını sözləri ona təsir qoyur və şübhəsini aradan aparır. Evləndikdən sonra yenə İsfahana geri qayıdır. İllərlə təhsil alır və tədris edir.
 
Ayətullah Mərəşi-Nəcəfi.

Alim deyir: "O zaman ki, Nəcəfdə idim, bir gün anam mənə dedi: Atanı nahar üçün çağır. Atamı çağırmağa getdim və o, mütaliə zamanı mürgüləmişdi. Qaldım ki, nə edim? Allahım, anamın əmrinə itaət edəm? O biri tərəfdən qorxurdum ki, atamı oyadaraq onu narahat edərəm. Əyildim və dodaqlarımı atamın ayaqlarına qoydum. Bir neçə dəfə öpdüm və atam qıdıqlandığı üçün yuxudan durdu. Atam mənim bu sevgimi və ədəbimi görüb dedi: "Şəhabələddin sənsən?” Dedim: "Bəli”. Əlini göyə qaldırıb dedi: "Oğlum, Allah izzətini göyə qaldırsın. Səni Əhli-beyt (ə) xadimlərindən qərar versin”. Alim deyir: "Hər nəyim varsa, atamın o duasının bərəkətinə görədir”.
 
Əllamə Təbatəbai.
 
Alim deyir: "Qardaşımın şagirdlərindən biri mənim rəftarım haqqında can verən Mərhum Qaziyə sual verən zaman belə cavab vermişdi: "Onun getdiyi yol çox bəyənilmiş yoldur. Bir eybi var və o da budur ki, atası ondan narazıdır və deyir ki, yazdığı təfsirin savabında mənə pay verməmişdir”. Qardaşım bu mövzunu yazıb mənə göndərən zaman dedim: "Mən bu təfsirdə özüm üçün bir savab görmürəm ki, onu atama hədiyyə edəm. Allahım! Əgər sən bu təfsir üçün savab yazmısansa, hamısını valideynlərimə inayət et!” Bir-iki gündən sonra qardaşımdan yeni bir məktub gəldi və orada yazılmışdı: "Mərhum Qazi can verən zaman buyurdu: "İndi Seyyid Muhəmməd Hüseynin atası böyük savabda iştirak etdiyi üçün şad və razıdır”. Bu savabın hədiyyə verilməsindən heç kəs xəbərdar deyildi.

ihq.az

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1085 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]