Cümə axşamı, 2024-03-28, 7:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Başqasını özündən üstün bilmək - möminlərin xüsusiyyətidir
2013-09-18, 6:30 AM
Başqasını özündən üstün bilmək - möminlərin xüsusiyyətidir

Quran və hədislər biz müsəlmanlara din qardaşlarımızla necə davranmağımızı və rəftar etməyimizi tövsiyə və məsləhət etmişdir. Bunlardan biri də fədakarlıq və başqalarını özündən üstün bilməkdir. Fədakarlıq və başqalarını üstün bilmək - əxlaq fəzilətlərindəndir. Fədakarlıq dedikdə, yəni öz hüququndan başqasına görə keçməkdir. Onu özündən üstün bilməkdir. Bu əməl ehsanın ən üstün mərhələsi hesab edilir. Əgər mömin fədakar olmazsa, bu yolda səy etməzsə, çarəsiz təkəbbürə və eqoistliyə düçar olar. Hər kim öz nəfsini fədakarlığa vadar edərsə, nəfsi onunla fədakarlıqdan əl çəkməsi üçün döyüşər. Əgər bu döyüşdə hər kim qalib gələrsə həqiqi möminlər sırasına qoşular. Quran bu haqda dəfələrlə söz açmışdır. "Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. ("Həşr” 9).
 
Bu ayənin nazil olması haqda belə nəql edilir: "Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və aclıqdan şikayət edir. Peyğəmbər (s) həyat yoldaşlarının evinə adam göndərir və onlar deyirlər ki, sudan başqa heç bir şeyimiz yoxdur. Peyğəmbər (s) buyurur: "Kim bu kişini bu gecə qonaq saxlayar?”. İmam Əli (ə) buyurur: "Mən, ey Rəsulallah!”. İmam Əli (ə) Həzrət Fatimənin (s.ə) yanına gəlir və onu bu işdən xəbərdar edir. Xanım (s.ə) deyir: "Uşaqların yeməyindən başqa yeməyimiz yoxdur. Ancaq biz onu qonağa verərik”. İmam (ə) buyurur: "Uşaqları yatızdır və biz qonağımız üçün çırağı yandıraq”. Xanım (s.ə) belə edir və səhər bu ayə nazil olur.”
 
Məsumların (ə) həyatına nəzər salan zaman həqiqi fədakarlığın nümunələrini aydın şəkildə görmək olar. İmam Əli (ə) buyurur: "Fədakarlıq - ən gözəl ehsan və imanın ən ali mərtəbəsidir”.
İmam Kazım (ə) tərəfdaşlarından birinə bu cür tövsiyə verir: "Səni təqvalı olmağa əmr edirəm”. Sonra Həzrət (ə) susur və həmin şəxs deyir: "Allaha and olsun ki, patarsız qalmışam və filankəs əyninə geyindiyi iki paltardan birini çıxardıb mənə geyindirdi”. İmam (ə) buyurur: "Oruc tut və Allah yolunda infaq et! Həmin şəxs deyir: "Din qardşlarımdan mənə çatan dəyəri az olan şeyləri infaq edim?”. İmam (ə) buyurur: "Allahın sənə ruzi etdiyindən sədəqə ver. Başqalarını özündən üstün bil.”
 
Peyğəmbərimiz (s) buyurur ki, əgər hər kim mömin üçün məğfirət istəyərsə, Allah Adəmin (ə) xilqətindən Qiyamətə qədər xəlq etdiyi hər bir möminin sayı qədər onun üçün 3 şeyi nəzərə alar: onun üçün həsənə yazar, günahlarını azaldar, məqamını yüksəldər.
 
Din qardaşlarımızın bağışlanması üçün dua etmək bizim üçün sadə bir əməl görünsə də, ancaq savabı çoxdur. Yəni, biz onlar üçün bağışlanma diləyərək, başqalarını özümüzdən üstün hesab edirik və onların hüququnu özümüzün hüququndan qabağa salırıq. Yəni, fədakarlıq edirik. Allah da bu fədakarlığımızın qarşısında bizlərə təsəvvür edə bilməyəcəyimiz sayda həsənə yazar, günahlarımızın sayını azaldar və məqamımızı yüksəldər. Beləliklə, başqaları üçün dua edərək, həm təmizlənər, həm savab qazanar, həm də dərəcəmiz yüksələr.
 
Həqiqi mömin olmağa çalışaq və fədakarlıq etməyə cəhd edək.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 918 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]