Cümə günü, 2024-03-29, 2:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

BİGANƏLİK NÜMUNƏLƏRİ
2013-09-09, 6:06 AM
BİGANƏLİK NÜMUNƏLƏRİ
Bu günün özündə də elə insanlarla rastlaşırıq ki, millət və adət-ənənədən dəm vurur, keçirdiyi mərasimlərə dini büdcədən (beytul-maldan) pul xərcləyir, amma Allahdan və dindən söhbət düşəndə narahat olur. Onlar yalnız öz nəfsani istəklərinə çatmaq üçün özlərini dinə yaxın adam kimi göstərirlər. Belələri dinə zidd mərasimlərə pul xərcləyir, növbə məscidə çatdıqda "qoy, məscid əhli özü çalışsın” deyir. Acı da olsa, aramızda hətta şəhid adından narahat olanlar da var. Bu insanlar dini və mənəvi dəyərlər üçün çalışanlara təşəkkür etmək əvəzinə onlara mane olurlar. "Kəhf” surəsinin 57-ci ayəsində buyuru-lur: "Allahın ayələri ilə nəsihət edildiyi zaman üz çevirən və etdiyi əməlləri unudan kəsdən daha zalım kim ola bilər?” Belələri susuzluqdan dodaqları çat-çat olduğu halda təklif edilən suyu dağıdan xəstəyə oxşayırlar.
"Əraf” surəsinin 179-cu ayəsində oxuyuruq: "Onların qəlbləri varkən anlamaz, gözləri varkən görməz, qulaqları varkən eşitməzlər.” Belə xəstələr üçün ən gözəl dərman Allahın zikridir. Amma onlar öz dəvasından üz döndərir, zəlalətlərini artırırlar. Onların fikrincə artıq dindarlıq zamanı başa çatmış, insan "modernizə” olunmuşdur. Guya, kamilləşmə, həqiqət yolunda fədakarlıq, bəndənin yaradan qarşısında ibadəti köhnənin qalığıdır. Guya, bəşər tarixində quldarlıq dövrü başa çatmış və insan azad olmuşdur! Sual olunur: Yalnız Allaha itaət edən kəs azaddır, yoxsa nəfsinə və dövrün iyrənc əxlaqsızlığına qul olan kəs? Əsl Allah bəndəsi həqiqət yolunda canından keçir, amma zülmə baş əymir. Nəfsini özünə tanrı edənlər isə gündə min bir boyaya girərək insani şəxsiyyətini satır. Kimdir azad? Bu qəbil insanlar Allaha inanmır və bu inamsızlıq səbəbindən də din, mənəviyyat mövzusundakı söhbətlərdən narahat olurlar. Onlar hər vasitə ilə dini mərasimləri aradan qaldırmaq, insanların düşüncəsini musiqi, rəqs, əxlaqsız filmlərlə məşğul etmək istəyirlər. Hətta etiqadlı insanları aldatmaq məqsədi ilə öz proqramlarında tez-tez "Allah” kəlməsini işlədirlər. Hətta bəziləri çox cazibədar səslə Quran oxuyub, əməldə Qurana zidd hərəkət edirlər. Məgər Quran yalnız gözəl səslə oxunmaq üçünmü nazil olub? Mənasını anlayıb əməl etmədən Quran oxumağın faydası nədir?! Bütün bunlar şeytan fitnəsindən başqa bir şey deyil.
İnsanlara dini təbliğ edən şəxs dinə biganə olmamalıdır. Xalqı Allah zikrinə çağıran ruhaninin əməli sözü ilə uyğun gəlməlidir. Ruhaniliyə peşə kimi baxmaq əsla düz deyil.
Bir sözlə, insan hər bir əsərə baxanda onun yaradıcısını xatırlamalıdır. Sudan ləzzət alan insan bu neməti bəxş etmiş Allahı unutma-malıdır. "Vaqiə” surəsinin 68-70-ci ayələrində buyurulur: «Buludlardan suyu endirən sizsiniz, yoxsa biz? Əgər istəsək onu acı edərik. Bəs nə üçün şükr etmirsiniz?» İnsan hər bir məxluqa baxdıqda onun xaliqini düşünməklə qəflətdən qurtula bilər.

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]