Cümə axşamı, 2024-04-25, 9:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Valideyn övladlar arasında fərq qoymamalıdır
2013-09-14, 5:40 AM
Valideyn övladlar arasında fərq qoymamalıdır

Ailədə övladlar arasında fərq qoymaq - övladların ruhi zədələnməsinə gətirib çıxardar. Bəzi valideynlər düşünür ki, bu, övladının inkişafı üçün faydalıdır. Deyirlər ki, biz övladımızın birini dərsinə görə tərifləyən zaman o biri övladlarımız də dərs oxumağa başlayırlar.
Ancaq bu, səhv düşüncədir. İslam belə yanaşmanı ədalətsizlik adlandırır. Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızın arasında ədalətlə rəftar edin. Necə ki, başqalarının sizinlə ədalətlə rəftar etməsini istəyirsiniz”.
Övladların ruhən zərər görməməsi üçün onların arasında fərq qoymaq olmaz. Bu məsələ həm maddi və həm də mənəvi cəhətdən faydalıdır. Əziz Peyğəmbərimiz (s) bir gün görür ki, bir kişi iki oğlu olmasına baxmayaraq, birini öpür, ancaq o birini öpmür. Buyurur: "Niyə onların arasında bərabərliyə əməl etmirsən?”.
Həzrət (s) başqa yerdə buyurur: "Sübhan Allah sevir ki, hətta övladlarınızı öpən zaman ədalətlə rəftar edəsiniz”.
Həzrət (s) həmçinin uşaqlara alınan hədiyyələrdə belə ədalətə riayət etməyi tövsiyə edir. Buyurur: "Övladlarınıza hədiyyə verən zaman bərabərliyə riayət edin. Əgər mən hədiyyə verməkdə kimisə qabağa salmalıyamsa, şübhəsiz həyat yoldaşlarımı və qızlarımı qabağa salardım”.
Digər yerdə Rəsuli-Əkrəm (s) buyurur: "Övladlarınıza əta edən zaman ədalətli olun. Necə ki, (insanların) sizə ədalətlə rəftar etməsini istəyirsiniz”.
 
 Ədalət dedikdə məqsəd birini o birindən üstün etmək deyildir. Rufaə Əsədi İmam Musa ibni Cəfərdən (ə) soruşur: "Əgər bir nəfərin bir qadından olmayan çoxlu oğlu varsa, onlardan birini başqasından üstün edə bilərmi?”. Həzrət (ə) buyurdu: "Bəli, çətinliyi yoxdur. Necə ki, atam məni Abdullah ibni Cəfərdən üstün edərdi”.
Valideyn bu üstünlük hisslərini biruzə verməməlidir, qəlbində saxlamalıdır. Amma hər bir halda övladlar arasına bərabərlik qoyulmalıdır.
İmam Sadiq (ə) buyurur: "Atam buyururdu: "Allaha and olsun ki, mən batini meylimin əksinə olaraq bəzi övladlarımla xoş rəftar edirdim. Onları dizimin üstündə əyləşdirir, onlara sevgi göstərirdim. Çünki bu, bütün övladların haqqıdır. Lakin bu işlər ona görədir ki, layiqli övladları (nalayiqlərdən ) hifz edəm ki, Yusifin qardaşlarının Yusiflə etdiklərini etməsinlər””.
Ədalətə riayət etməmək uşaqların ruhiyyəsinə mənfi təsir qoyar. Onların qəlbinə kin və küdurət salar. Nəticədə bir-biri ilə düşmən olarlar. Necə ki, Yusifin qardaşları onunla edirdilər.
Abdullah ibni Abbas nəql edir: "Mən Peyğəmbərin (s) yanında idim. Həzrət (s) sağ dizinin üstünə Hüseyn ibni Əlini (ə), sol dizinin üstündə isə oğlu İbrahimi otuzdurmuşdu. Bəzən bunu öpürdü və bəzən də o birisini”.
Baxmayaraq ki, İmam Hüseyn (ə) Həzrətin (s) nəvəsi idi, ancaq yenə də övladı ilə nəvəsi arasında fərq qoymamağa çalışırdı.
Əksər ailələrdə qızla oğlan uşağı arasına fərq qoyarlar, bu da qızların qəlbinə kin toxumu səpər. Ona görə də Məsumlarımız (ə) bizə qızlarımıza daha çox diqqət etməyi tövsiyə edirlər.
İbni Abbas Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Hər kəs bazara gedər və hədiyyə alar və ailəsi üçün gətirər, sədəqəni yoxsula çatdıran kimi olar. Qızları və həyat yoldaşlarınızı oğullarınızdan üstün edin”.
Qız uşaqlarına ilk hədiyyəni vermək oğlanların ruhiyyəsinə mənfi təsir qoymaz. Çünki onlar bu məsələni təbii hesab edirlər.
Hədislərin birində oxuyuruq ki, iki körpə uşağı olan bir ana əziz Peyğəmbərin (s) evinə gəlir və Həzrətin həyat yoldaşı ona üç xurma verir. Ana xurmanın birini bir uşağa və o birisini də o biri uşağa verir. Sonra da üçüncü xurmanı bölür və hər ikisinə verir. Həzrət Peyğəmbər (s) evə gələn zaman həyat yoldaşı bu əhvalatı ona danışır və Həzrət (s) buyurur: "O qadının əməlindən təəccüb etdin? Allah Təala ədalətinə görə onu behiştə daxil edəcəkdir”.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 697 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]