Şənbə günü, 2024-12-21, 8:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Bilməli olduğumuz məsələlər
2013-09-21, 5:56 AM
Oğlanla qızın evlilik məqsədilə görüşməsi

Sual: Bəzi ailələrdə nikahdan öncə oğlanın qız evinə gediş-gəlişi (adətən, qızı istəmək üçün oğlanın ailəsinin toy öncəsi müəyyən adətlərlə bağlı qız evinə etdiyi gediş-gəlişlərdən əlavə) adət halını almışdır. Belə ki, qızla oğlan bir-birilə söhbət edir, ünsiyyətdə olur və birlikdə gəzintiyə çıxırlar. Yaxud oğlan və qız valideynləri xəbər tutmamışdan öncə özlərinin dediyi kimi, «gələcək həyat yoldaşı» ilə saatlarla gələcək həyatları haqqında söhbət edirlər. Bu tərzdə qurulan əlaqələr caizdirmi?

Həzrət Ayətullah Xameneyi: Naməhrəmlə söhbət etməyin caizliyi üçün meyar fəsadın olub-olmamasıdır.

Həzrət Ayətullah Safi Gülpayqani: Naməhrəm sayılan şəxslə bu tərzdə qurulan əlaqələr caiz deyildir.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Kişinin evlənmək istədiyi qadının üzünə baxması onunla evlənməsi üçün şəri maneənin olmadığını bilməsi şərtilə, eyni zamanda, qadının onunla evlənməyi qəbul edəcəyini və bu baxışla onun haqqında yeni bir şey öyrənəcəyini ehtimal etməsi şərtilə caizdir. (Tovzihul-məsail, 1944-cü məsələ).

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Caiz deyildir.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Nikah bağlananadək oğlanla qız bir-birinə naməhrəmdirlər və onlara şamil edilən hökm başqa naməhrəm şəxslərlə bağlı hökmlər kimidir.

Həzrət Ayətullah Məkarim Şirazi: Bir-birini tanımaq üçün gərəkli olan çərçivədə maneəsi yoxdur, bu şərtlə ki, normal və ehtiyac duyulan mövzularda söhbət etsinlər.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!
zeka.az

Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 1145 | Downloads: 0 | Rating: 3.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]