Cümə günü, 2024-04-19, 11:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

And içməyin şərtləri hansıdır?
2013-09-14, 5:36 AM
And içməyin şərtləri hansıdır?

 And içməyin şəriətdə bir neçə ümumi şərti vardır.
1. And içən insan həddi-buluğa çatmalı və aqil olamlıdır. Andını iradəsi ilə içməlidir. Ona görə də uşağın və ya dəlinin and içməsi düzgün deyildir. Həmçinin insan əgər əsəbi halda and içərsə və bu andında heç bir qəsdi olmazsa, düzgün and olmaz.
2. And içdiyi şey haram və məkruh olmamalıdır. Tərk etməsi üçün and içdiyi əməl vacibat və ya müstəhəbbat olmamalıdır. Dünyada olmayan qeyri-mümkün şeylərə and içmək caiz deyildir.
3. Allaha and içən zaman elə adlarına and içməlidir ki, Ondan qeyrisində həmin sifətlər olmasın. Məsələn, Allah. Allahın bəzi sifətləri vardır ki, məxluqlarında olsa da, ən çox Onun pak zatına aid edilir, məsələn, Raziq, Xaliq kimi. Bu adlara and içərsə, andı düz olar. Əgər Allahın elə adına and içər ki, həm Allaha aiddir və həm də məxluqa, ancaq niyyətində Allahı tutarsa, gərək həmin andına əməl etsin.
4. Andı dilində deməlidir. Əgər onu yazar və ya qəlbindən keçirərsə, düzgün olmaz. Ancaq lal insan işarə ilə and içərsə, düzgündür.
5. Andına əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içən zaman mümkün imiş, ancaq sonra ona əməl etməkdə aciz olarsa, aciz olduğu andan andı pozulmuş olar. Bu hökm nəzir və əhd haqda da sadiqdir.
 
Rəhmətlik İmamın (r) risaləsində oxuyuruq: "Əgər insan and içər ki, bir işi görəcək və ya tərk edəcəkdir, məsələn and içər ki, oruc tutacağam, ya siqareti tərgidəcəyəm, əgər bilərəkdən əməl etməzsə, kəffarə verməlidir. Bir qul azad etməli, ya da 10 yoxsulu doyuzdurmalıdır. Ya da onları geyindirməlidir. Əgər bunları bacarmasa, üç gün oruc tutmalıdır”.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 742 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]