Çərşənbə günü, 2024-04-24, 12:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Cavan ailəni möhkəm edən amillər – ARAŞDIRMA
2013-09-24, 1:27 PM
Cavan ailəni möhkəm edən amillər – ARAŞDIRMA

(Əhli-beyt (ə) saytına istinadən)
 
 İnsan mədəni bir varlıqdır. Ona görə də bir yavərə ehtiyacı vardır.
Üsul və şəraitlərinə riayət edilən bir evlilik başqa ailələrin təcrübəsindən istifadə edərək, daha möhkəm və sabit olar.
Cavan ailələr bir neçə nöqtəyə diqqət etsələr, ailələri ilk günlərdən acı və təlatümlü olmaz.
1. Müştərək yaşamaq kamala çatmaq deməkdir. Öz həyat yoldaşınızın yavəri və dostu olun, çalışmayın ki, ona rəhbərlik edəsiniz. Başqa sözlə desək, bir-birinizin yanında olun. O ailələr müvəffəq olurlar ki, bir-biri ilə daima həmahəngdirlər. Bir-biri ilə səmimi və şən həyat qurublar. Cavan cütlüklər bir-birinə tənə vurmaqdan, təhqir etməkdən və həyat yoldaşını başqası ilə müqayisə etməkdən çəkinsinlər.
 
2. Bir-birinə olan sevgini büruzə versinlər. Əgər həyat yoldaşları sevgilərini bir-birinə hiss etdirə bilirlərsə, onların ailəsi daha şən və daha sabit və möhkəm olar. Bu məsələyə ailənin qurulduğu bir neçə gün deyil, bütün ömür boyu riayət etmək lazımdır. Zaman keçdikcə təzə cücərən bu ailə, böyük və möhkəm bir ağaca çevriləcəkdir. Bu ağacın daha çox suvarmağa ehtiyacı olacaqdır. Cütlər bir-birinə daima sevgilərini büruzə verərlərsə, ailə ağacları həmişə bar verər və təravətli olar.
 
3. Bir-birinizə eşqlə nəzər salın. Bir-birimizə nəzər salmağımız bizim nə cür insan olduğumuzdan asılıdır. Cütlər bir-birinə sevgi ilə nəzər salarlarsa, ailələri də bu cür olar. Çünki baxışın dili daha təsirlidir. Baxışlar cütlər arasında səmimiyyət yaradar ki, bu da onların mənəvi və psixoloji ehtiyaclarını da ödəmiş olar.
 
4. Əgər ər və ya arvad səhv edərlərsə, bir-birinə bu səhvi etiraf etsinlər. Sədaqət və peşmançılıq hər bir səhvin əlacıdır. Səhvini boynuna almamaq cütlər arasına soyuqluq salar.
 
5. Xoşagəlməz hadisələrdə özünüzü də bu məsələyə qatın. Məsələn, "Niyə filan kəslə bu cür rəftar etdin” əvəzinə yaxşı olar ki, "Kaş filan kəslə bu cür rəftar etməzdik”, deyin.
 
6. Əgər həyat yoldaşınızda bir səhv görürsünüzsə, dərdinizi o dəqiqə başqası ilə bölüşməyin. Xüsusilə də ata və ananızın yanında həyat yoldaşınızın səhvindən danışmayın. Çünki bununla həyat yoldaşınızı başıaşağı edərsiniz. Bu da barışmaq imkanını zəiflədir.
 
7. Əgər aranızda olan əlaqənin davamlı olmasını istəyirsinizsə, bir yerdə olmaq üçün kifayət qədər vaxt ayırın. Çalışın ki, ailəli olduğunuzu unutmayasınız. Çünki artıq subay deyilsiniz, həyat yoldaşınız sizin üçün bir məsuliyyətdir. Həyat yoldaşınızla ilk görüşünüz və xoş xatirələr haqqında danışın. Bu cür xatirələri yada salaraq, ailə bağlarını möhkəmləndirə bilərsiniz.
 
8. Səbir etməyi öyrənin. Həyat yoldaşınızın bəzi uşaqcasına rəftarlarına göz yumaraq, yersiz münaqişələrin qarşısını almaq olar.
 
Cütlər çalışmalıdırlar ki, hər bir münaqişə yaradacaq hərəkətlərdən uzaq olsunlar və kin və düşmənçiliyin yaranmasına imkan verməsinlər.
Təzə ailə quran cavanlar bilməlidirlər ki, onlar xoşbəxt olmaq üçün ailə qurublar. Onlar bu İlahi vəzifəni yaxşı yerinə yetirmək üçün bir-birini tanımalı və bir-birinə güzəşt etməyi bacarmalıdırlar. Çünki hər ikisi ayrı-ayrı ailələrdə tərbiyə alıblar. Ola bilsin ki, evliliyin ilk günlərində problemlər çox olsun, cütlər bir-birinə çətin uyğunlaşsınlar. Ancaq bu cavan cütlər biz müsəlmanların örnəyi olan İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ailəsinə nəzər salsınlar və onlar kimi olmağa çalışsınlar. Bir ailədəki səmimiyyət və sevgi olarsa, hər ikisi Allaha yaxınlaşmaq hədəfi ilə müştərək ailə qururlarsa, bu ailə möhkəm və sabit olacaqdır.
 
/Deyerler.org/

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 859 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]