Şənbə günü, 2024-04-27, 6:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həqiqi müsəlmanlar o kəslərdir ki, bütün İlahi peyğəmbərlərə iman gətiriblər
2013-10-13, 6:09 AM
Həqiqi müsəlmanlar o kəslərdir ki, bütün İlahi peyğəmbərlərə iman gətiriblər

"(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq»”. ("Bəqərə” 136).
Bu ayə müsəlmanlara əmr edir ki, öz müxaliflərinə desinlər ki, bizim Allaha, bütün haqq peyğəmbərlərinə, Allah tərəfindən nazil olanların hamısına imanımız vardır. İrqi təəssüblər bais olmayacaqdır ki, biz onların bəzisini qəbul edək və bəzilərini inkar edək. (Tebyan)
Onların hamısı İlahi müəllimlər idilər. Müxtəlif dövrlərdə insanları tərbiyə edirdilər. Onların hamısının hədəfi bu idi ki, bəşəri tövhid, haqq və ədalət üzrə hidayət etsinlər. Baxmayaraq ki, onlardan hər birinin müəyyən zamanlarda öz vəzifə və xüsusiyyətləri var idi. Ona görə də biz bütün peyğəmbərlərə (ə), istər İbrahimdən (ə) əvvəl gələnlər olsun - Adəm (ə), Nuh (ə), Hud (ə), Saleh (ə) kimi, istərsə də İbrahimdən (ə) sonra gələnlər - Süleyman (ə), Yəhya (ə), Zəkəriyya (ə) kimi – iman gətirmişik.
Bu ayədə olan mühüm nöqtə də budur ki, bizləri bütün peyğəmbərin dəvətinin vəhdətinə çağırır. Quran dəfələrlə müxtəlif ayələrində bu məsələyə işarə edir ki, bütün peyğəmbərlərin bir hədəfi olmuşdur. Onların arasında heç bir ayrılıq yoxdur. Çünki hamısı bir mənbədən ilham və vəhy almışdılar. Ona görə də müsəlmanlara tövsiyə edir ki, bütün İlahi peyğəmbərlərə eyni ehtiramı qoysunlar. Ancaq necə ki, deyirik bu mövzu ona mane olmur ki, Allah tərəfindən nazil olan hər bir yeni din keçmiş dinləri aradan qaldırsın.
İlahi peyğəmbərlər müəllim kimi idilər. Hər biri eyni məktəbdə yetişmişdi. Bədihidir ki, o zaman ki, hər birinin təlim dövrü başa çatıranda tədrisi başqa bir müəllimə tapşırardı.
Bu ayədə adı çəkilən Əsbat – Bəni-İsrayilin 12 qəbiləsi idi. Onlar da Yəqubun (ə) on iki oğlundan meydana gəlmişdilər.
Biz müsəlmanlar Həzrət Musa (ə) və İsaya (ə) nazil olanı qəbul edirik. Həqiqətdə biz əsl İncil və Tövratı qəbul edirik. Onlarda İslam Peyğəmbərinin (s) müjdə xəbəri gəlmişdir.
Beləliklə, bu ayədən belə bir nəticəyə gəlmək olar ki, peyğəmbərlərə və səma kiablarına iman gətirmək lazımdır. Bəzi peyğəmbərlərə küfr etmək - bütün peyğəmbərlərə küfr etmək deməkdir. Həqiqi müsəlmanlar o kəslərdir ki, bütün İlahi peyğəmbərlərə iman gətiriblər. Biz Musa (ə) ilə İsaya (ə) gələnə iman gətirmişik. Ancaq bu gün Tövrat və İncil kitabı adı ilə təqdim edilənlərə deyil. Qəlb imanı ilə bir yerdə əməl də olmalıdır.
Allah sonrakı ayədə buyurur: "Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!”. ("Bəqərə” 137).
Bu ayə bizə onu deyir ki, əgər kitab əhli: yəhudi və xristinlar irqi təəssübkeşlik yerinə siz müsəlmanlar kimi bütün peyğəmbərlər və səma kitblarına iman gətirsəydilər, yersiz təəssüblərini kənara qoysaydılar, mütləq hidayət olacaqlar. Ancaq əgər keçmişdə olduğu kimi ancaq özlərini haqlı hesab etsələr, başqalarını yolundan azmış bilsələr, onlar da haqdan ayrılmış olarlar.
Əlbəttə, siz müsəlmanlar öz yolunuza inanın. Onların təhqirlərindən qorxmayın. Çünki Allah onların şərini sizdən dəf edər və sizi himayə edər. Əlbəttə, müsəlmanlar həqiqi hidayət olmuşlardır. Çünki onlar bütün peyğəmbərlərə və səma kitablarına iman gətiriblər.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 621 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]