Cümə günü, 2024-04-19, 7:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan ağlın köməyi ilə Allah bəndəsi olur
2013-10-15, 5:49 AM

İnsan ağlın köməyi ilə Allah bəndəsi olur

 

 Qurani-Məcid ailəmin bütün zahiri və batini işlərinin Müqəddəs Haqqın rəhbərliyi altında olduğunu vurğulayır. Allah insana hər bir varlıqdan daha çox nemət və bərəkət əta etmişdir. Bu bərəkətlərin bir çoxu Həzrət Haqqın Müqəddəs Zatını tərənnüm edir. Bu bərəkətlərdən biri də ağıldır. (Erfan)

İmam Sadiq (ə) ağıl haqqında buyurur: "Onun köməyi və nuraniliyi ilə insan Allah bəndəsi olur. Onun vasitəsilə əbədi behişti əldə edir. Cəhənnəm əhlindən soruşan zaman ki, niyə cəhənnəmə gəlmisən? Cavab verərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq»”. ("Mulk” 10).

İmam Kazım (ə) ağıl haqqında buyurur: "Ağlın sizin varlığınızdakı yeri, peyğəmbərlərin və imamların yeri kimidir. İnsan haqqı eşidən zaman bir qədər düşünsə haqqa təslim olar. O kəslər ki, eşidir, tez-tələsik rədd edirlər və ağlın haqqını əda etmirlər”.

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü sizin əməllərinizin savabını tərəzidə çəkmək istəyəndə ağlınızın tutumu qədər çəkəcəklər”.

"Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur”. ("Fatihə” 2).

Bəli, bu ayənin də buyurduğu kimi bütün həmd və sitayişlər Allaha məxsusdur. Çünki bütün gözəlliklər, bütün xeyir və bərəkətlər Onun tərəfindən gəlir. Heç bir şər Ona aid deyildir. Çünki Onda heç bir nöqsan və eyb yoxdur. Qalanları Ona möhtacdır və bütün xeyirlərin mənbəyi Ona qayıdır. Bütün varlıq aləmi Onun Müqəddəs Zatından nur alır. Həyatları və olmaqları Ondandır.

İnsan bütün varlıqların gülüdür. Əgər o, tövhid əhli olarsa, bütün varlığı Allaha bağlanar, ehtiyaclı olar. Tədricən bu ehtiyaclılığı İlahi zənginliyə çevrilər. Bu zaman Allah onu Qiyamətə qədər tövhidin yanında qərar verər.

Allah Təala bizə buyurar: "Allahın işləri öhdəsinə götürməsi kifayətdir”. ("Nisa” 81).

"Allah yetərli hesab çəkəndir”. ("Nisa” 6).

"Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir”. ("Həcc” 38).

"Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!”

Alimlər deyirlər ki, insan beyni 40 milyon kitab səhifəsini hifz etməyə qadirdir. Bunu bilən insan niyə Allaha qulluq etmir və Onun yolunda elm öyrənmir? Allah insan bədəninin üzərinə bir qədər dəri çəkmişdir ki, hər santimetrində 5 min əsəb telləri vardır. Bu yolla biz istini, soyuğu hiss edirik. Əgər hiss etməsəydik, indiyə qədər ölmüş olardıq. Çünki insan 30 dərəcə soyuğu hiss etməz və donardı. Ya da 50 dərəcə istini hiss etməz, yanardı.

Bu ilahi nemətlərin qədrini bilək və onlardan günah və fəsadda deyil, həqiqi hədəf yolunda bəhrələnək.

 

/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]