Cümə axşamı, 2024-03-28, 7:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həmzəni (ə) qətlə yetirən Vəhşinin tövbəsi
2013-10-11, 10:28 AM
Həmzəni (ə) qətlə yetirən Vəhşinin tövbəsi

  "Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxıd ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. ("Nisa” 48).
Həmzəni öldürən Vəhşi Məkkəyə qaçır. Nəhayət öz əməlindən peşman olur. Peyğəmbərə (s) məktub yazır ki, etdiyimdən peşmanam. İstəyirəm ki, islam dinini qəbul edəm. Ancaq bir Quran ayəsi bu işimə mane olur. "Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi can haqq istisna olmaqla öldürmü və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar”. ("Furqan” 68). Biz həm zina etmiş və həm də qətl törətmişik. Ona görə də rəhmətə ümüdimiz yoxdur. (Erfan)
Vəhşinin bu məktubunun cavabında bu ayə nazil olur: "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər. Allah çox bağışlayan və mehribandır”. ("Furqan” 70).
Həzrət Peyğəmbər (s) bir nəfəri bu işə vəzifələndirib, Məkkəyə göndərir ki, həmin ayəni Vəhşiyə oxusun. O və dostları bu ayəni eşidəndən sonra deyir: "Bu, çətin vəzifədir. Biz qorxuruq ki, həmin ayəyə əməl etməyənlərdən olaq”.
Bu zaman "Zumər” surəsinin 53-cü ayəsi nazil olur: "De: "Ey Mənim (günah vasitəsilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 724 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]