Cümə günü, 2024-03-29, 9:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qonaq İlahi bərəkət gətirər
2013-10-03, 6:45 AM
Qonaq İlahi bərəkət gətirər

Biz elə bir dövrdə yaşayırıq ki, bir çoxlarımız ancaq telefon və ya mesaj göndərməklə sileyi-rəhm edirik. Çünki qonaqlıq vermək və qonaq qarşılıyıb yola salmaq çətin bir işə çevrilmişdir.
Qonaq getmək və qonaqlıq vermək haqqında çox sayda hədislərimiz vardır. O cümlədən İmam Əli (ə) buyurur: "Qonaqsevən mömin qəbrindən qalxan zaman siması on dörd günlük Aya bənzər, məhşər əhli ona baxar və deyərlər ki, bu mursəl peyğəmbərdən başqası deyildir. Mələklər deyərlər: "Bu qonaqsevən mömindir, behiştdən başqa bir yolu yoxdur””.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah sevdiyi insana hədiyyə verər”. Soruşurlar ki, o, nədir? Buyurur: "O qonaq ki, ruzini gətirər və günahları aparar”.
Bunu da qeyd etmək lazımdır ki, qonaq getməyin də öz ədəb və qaydası olmalıdır. Peyğəmbər (s) bu haqda buyurur: "Qonağa birinci, ikinci və üçüncü gün qulluq etmək onun haqqıdır. Ancaq üç gündən sonra ev sahibinin qonağa verdiyi - sədəqədir”. Həzrət (s) başqa yerdə buyurur: "Sizlərdən heç biriniz qardaşının evində o qədər qalmasın ki, onu günahkar hesab etsin”. Soruşurlar ki, necə günahkar hesab etsin? Həzrət (s) buyurur: "O qədər qalsın ki, ev sahibi xərcini təmin edə bilməsin”.
İslam dini izzət və kəramətə çox əhəmiyyət verir. Ona görə də dinimiz insanın izzətini apara biləcək işlərdən çəkinməyimizi tövsiyə edir.
İmam Sadiq (ə) buyurur: "Möminin şərafəti onun gecə namazında və insanlara əziyyət verməkdən çəkinmək üçün izzətindədir”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Sileyi-rəhm et, hətta əgər bir içməli su qədər olsa belə. Ən yaxşı sileyi-rəhm - ona əziyyət verməməkdir”.
 Beləliklə bu hədislərdən belə bir nəticəyə gəlmək olar ki, qonaq getmək və qonaq qəbul etmək çox bəyənilir. Eyni zamanda, qonaq əgər üç gündən çox qonaq qalarsa, ev sahibini əziyyətə, çətinliyə sala bilər. İslam dini isə möminə əziyyət verməyi qadağan edir. Ona görə də hər bir sahədə mötədil olmaqla, yanaşı qonaq gedən zaman da mötədilliyi qorumaq lazımdır.
 (Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]