Cümə günü, 2024-04-19, 5:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Paxıllıq insanı haralara sürükləyərmiş...
2013-09-28, 5:58 AM
Paxıllıq insanı haralara sürükləyərmiş...

 Paxıllıq qorxulu bir xəstəlikdir ki, bəzən bu xəstəliyin atəşi insanın özünü yandırar. "Əlzuil-lamə” adlı kitabda paxıllıq haqqında maraqlı bir əhvalat nəql edilir: "Bağdadda bir kişi yaşayırdı. Qonşularından birinə paxıllıq edirdi. Var gücü ilə onun əleyhinə işlər görürdü. Ancaq ona ziyan vura bilmirdi. Kiçik yaşlı bir qul alır və onu tərbiyə edir. Nəhayət bu qulu yeniyetmə olur. Bir gün quluna əmr edir ki, onu həmin qonşusunun damında öldürsün və bu yolla da qonuşusunu qətl işlətdiyi üçün tutub, edam etsinlər. Bir dənə iti bıçaq tapır və onu daha da iti edir. Bu bıçağı quluna verir. Sonra da bir vəsiyyətnamə yazır ki, öləndən sonra malının üçdə biri bu qula çatacaqdır. Sonra da şifahi olaraq, quluna deyir: "Mən öləndən sonra sən azadsan və hara istəsən gedə bilərsən”.
 
Ancaq qul bu işi görmək istəmir. Sahibi onu bu işə vadar edir. Nökəri ona deyir: "Mən Allahdan sənə görə qorxuram. Ey mənim ağam! Niyə nəticəsinin sənin istədiyin kimi olacağını fikirləşdiyin bir işi gördürürsən? Fərz edək ki, bu iş qonşunun ziyanına qurtardı, öləndən sonra sənə nə faydası dəyəcəkdir?”.
 
Paxıl insan gecə yarısı yuxudan durur və nökərini də durquzur. Nökəri qorxaraq, yerindən atlanır. Bıçağı nökərin əlinə veir və yavaş-yavaş qonşunun damına çıxır. Damın üzərində üzü qibləyə uzanır və nökərinə deyir: "Tez işimi bitir”. Nökəri də bıçağı boğazına dirəyib, başını kəsir. Sonra da yatağına qayıdır. Paxıl insanı qanına qəltan olmuş halda buraxır. Səhər açılır və ev əhalisi görürlər ki, kişi yoxdur.
 
Nəhayət onu başsız halda qonşunun damında tapırlar. Qonşunu tuturlar. Ancaq həqiqət üzə çıxır və onu buraxırlar”.
 
Bəli, paxıllıq insanı elə bir həddə çatdıra bilər ki, insan hətta özünü belə öldürməyə qadir olar. Necə də yaxşı olar ki, insan aləmə İlahi nəzərlə baxa bilərdi. Ətrafda Allahdan başqasını görməzdi. Əgər belə olsaydı, qəlbi və canı da rahatlıq tapar və rəzilliklərdən uzaq olardı. Onlar ki, ömürlərini Allahdan çəkinmədən yaşayırlar, şübhəsiz ki, əxlaqi rəzilliklərə düçar olar. Daxili nigarançılıq və narahatlıq daima onunla olar.
 
(Erfan/ Deyerler.org)
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]